06 İyul 2026 16:41
190
İQTİSADİYYAT
A- A+
Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası anlaşma memorandumu imzalayıb

Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası anlaşma memorandumu imzalayıb


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Pakistan İslam Respublikasının Pəncab əyalətində fəaliyyət göstərən Okara Ticarət və Sənaye Palatası arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və sahibkarlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

ASK-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunan imzalama mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Okara Ticarət və Sənaye Palatasının sədri Şahzad Həsən iştirak ediblər. Bu sənədin imzalanması cari ilin iyun ayının ortalarında Pakistan nümayəndə heyətinin Bakıya reallaşdırdığı uğurlu işgüzar səfərin və Azərbaycan Sahibkarlar Konfederasiyasında keçirilmiş səmərəli görüşlərin məntiqi davamıdır.

Xatırladaq ki, həmin səfər çərçivəsində düyü, ədviyyat və kağız istehsalı sahəsində ixtisaslaşmış Pakistan şirkətləri ilə məhsulların Azərbaycana ixracı, eləcə də ölkəmizdə mövcud olan əlverişli investisiya imkanları ətrafında geniş müzakirələr aparılmış və əməkdaşlığın yaxın gələcəkdə Anlaşma Memorandumu ilə rəsmiləşdirilməsi qərara alınmışdı.

Onlayn görüşdə çıxış edən Məmməd Musayev iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin xüsusilə 2022-ci ildən etibarən ciddi dinamika qazandığını və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Pakistanın böyük iqtisadi və ixrac potensialına malik olduğunu qeyd edən konfederasiya prezidenti Okara Ticarət və Sənaye Palatasının üzvlərini və bölgənin aparıcı sahibkarlarını ölkəmizə növbəti işgüzar səfərlərə dəvət etdiklərini, eyni zamanda Azərbaycanın biznes nümayəndələrinin də Pakistana səfər edərək orada yeni tərəfdaşlıqlar qurmasını hər zaman təşviq etməyə hazır olduqlarını bildirib.

M.Musayev, həmçinin bu yaxınlarda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının xətti ilə Türkiyədə keçirilən tədbir çərçivəsində Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının nümayəndə heyəti ilə keçirilən görüşü xatırladaraq ikitərəfli əlaqələrin İslam Palatası platforması və beynəlxalq qurumlar çərçivəsində də uğurla inkişaf etdirilə biləcəyini diqqətə çatdırıb.

Okara Ticarət və Sənaye Palatasının sədri Şahzad Həsən isə çıxışında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana göstərdiyi marağı ifadə edərək, Bakıda keçirdikləri görüşlərin və apardıqları bazar araşdırmalarının praktiki əhəmiyyətini qeyd edib. O, bildirib ki, iyun ayındakı səfər zamanı nümayəndə heyətinin tərkibində əsasən düyü ixracatçıları yer alıb, rəhbərlik etdiyi şirkət isə şəxsən ədviyyat istehsalı və ixracı sahəsində fəaliyyət göstərir.

Səfər çərçivəsində Bakının irimiqyaslı topdansatış və pərakəndə ticarət mərkəzləri olan “Sədərək” və “Meyvəli” komplekslərində olduqlarını deyən Ş.Həsən yerli bazardakı düyü nümunələrini əldə edərək təhlil etdiklərini diqqətə çatdırıb. O, apardıqları müşahidələrə əsasən Pakistanda istehsal olunan düyü növlərinin öz dadı və keyfiyyət xüsusiyyətlərinə görə tamamilə fərqləndiyini qeyd edərək, bu məhsulların Azərbaycan bazarına tədarükü üçün çox əlverişli perspektivlərin mövcud olduğunu vurğulayıb.

İmzalanan anlaşma memorandumu tərəflər arasında müntəzəm məlumat və təcrübə mübadiləsinin aparılmasını, birgə biznes forumların, profilli sərgilərin təşkilini, eləcə də hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri arasında birbaşa əlaqələrin qurulmasına institusional dəstək verilməsini nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliya müdafiə naziri: NATO-nun 36-cı Sammiti yaxşı nəticələr verəcək

18:39
06 İyul

Çinin kosmik cihazı asteroidə çatdı  

18:26
06 İyul

Çinin kosmik cihazı asteroidə çatdı

18:08
06 İyul

Pişiklərdən keçən təhlükəli parazit korluğa səbəb ola bilər

17:59
06 İyul

İspaniyada güclü meşə yanğınları zamanı 500 nəfər təxliyə edilib

17:48
06 İyul

NASA-nın kosmik gəmisi yeni muzeydə nümayiş olunacaq

17:44
06 İyul

Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər

17:31
06 İyul

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

17:26
06 İyul

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb

17:19
06 İyul

Azərbaycan Rusiyaya nota verib 

17:13
06 İyul

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB   

17:01
06 İyul

“Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb VİDEO

16:53
06 İyul

Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası anlaşma memorandumu imzalayıb

16:41
06 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:37
06 İyul

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbulları davam etdirir

16:28
06 İyul

Azərbaycandan tranzit keçməklə Ermənistana 1026 ton propan göndərilib

16:23
06 İyul

Dövlət Su Ehtiyatları Agentliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib

16:17
06 İyul

Neymarın norveçli qapıçısı ilə dialoqu açıqlanıb

16:16
06 İyul

 Meksika-İngiltərə oyunundan sonra Los-Ancelesdə atışma baş verib

16:15
06 İyul

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib  

15:56
06 İyul

Bəzi rayonlarda yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək – XƏBƏRDARLIQ  

15:43
06 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!