25 May 2025 09:40
1029
Mədəniyyət
A- A+
Sadəlik və təvazökarlıq onun "Daxilə pəncərə"si idi

Sadəlik və təvazökarlıq onun "Daxilə pəncərə"si idi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşovun anadan olmasından 105 il ötür.

O, Qarabağın gözəl guşələrindən olan Ağdamın Boyəhmədli kəndində dünyaya gəlib. İlk təhsilini doğma kəndində alıb. 1928-1936-cı illərdə Boyəhmədli kənd məktəbində oxuyub. Ağdam Pedaqoji Texnikumunda 1938-1939-cu illərdə təhsilini davam etdirib. Texnikumu fərqlənmə diplomu ilə bitirib və Boyəhmədli kənd məktəbində müəllim işləyib. 

1941-ci ildə alman faşizmi Sovet İttifaqına hücum edəndə səfərbərlik elan olunur. Doğulub böyüdüyü kənddə müəllimlik edən gənc Ziyəddin Göyüşov da cəhbəyə yollanır. Yaralandıqdan sonra vətənə dönür.

Hələ məktəb illərindən bədii yaradıcılıqla məşğul olan Ziyəddin Göyüşov 1943-cü ildə Ağdamda yerli radio verilişləri redaksiyasına rəhbərlik edir. Bir müddət orada çalışır və ali təhsil almaq arzusu onu Bakıya gətirir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə qəbul olunur. 1950-ci ildə ali təhsilini başa vuran gənc elm yolunu seçir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olur. 1957-ci ildə aldığı fəlsəfə elmləri namizədi adı Ziyəddin Göyüşovun dördillik zəhmətinin bəhrəsi olur. Bu həm də gənc alimin ilk uğuru idi. İstedadlı və fədakar elm adamları sırasında yer alan Ziyədddin Göyüşov daha da məhsuldar çalışmağa başlayır. O, elmin çətin və şərəfli yolu ilə irəliləyir. 1963-cü ildə fəlsəfə 

elmləri doktoru, 1964-cü ildə professor adı alması da Ziyəddin Göyüşovun uzun və gərgin əməyinin, yorulmadan apardığı elmi araşdırmalarının nəticələri idi.

O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının üzvü seçilir. Həmin ildən Azərbaycan Elmlər Akademiyası fəlsəfə və Hüquq İnstitutunda Fəlsəfə tarixi şöbəsinə müdir təyin edilir. Ziyəddin Göyüşov Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak edir və Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü seçilir.

Həyatının uzun sürməyəcəyindən, ömrünün 9 fevral 1985-ci ildə altmış iki yaşında bitəcəyindən xəbərsiz olsa da, sanki tələsirdi. Daha çox yazıb-yaratmaq, Azərbaycan elmini sanballı tədqiqat əsərləri ilə zənginləşdirmək üçün gecəsini gündüzünə qatırdı. Dincəlməyi, istirahət etməyi həmişə təxirə salaraq elmi araşdırmalarını davam etdirər, arxivlərdə çalışar, yeni elmi əsərlər yazardı. Alim Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırırdı.

Azərbaycan elmi fikrinin aktuallıq kəsb edən bir çox məsələləri filosof alimi dərindən düşündürürdü. Həyat fəlsəfəsini diqqətlə öyrənən, elmi obyektivliklə dəyərləndirən mövzularda sanballı əsərlər meydana qoyurdu. Ziyəddin Göyüşovun "Sadəlik və təvazökarlıq", "Səadət düşüncələri", "Fəzalət və qəbahət", "Daxilə pəncərə", "Həzz və iztirab" kimi böyük mənəvi dəyəri olan kitabları belə yaranmışdı.

22 iyul 1875-ci ildə nəşrinə böyük çətinliklə başlayan "Əkinçi" qəzeti ilə Azərbaycanın böyük oğlu Həsən bəy Zərdabi mətbuatımızın bünövrəsini qoymuşdu. Görkəmli ictimai xadim, maarifçi, demokrat, təbiətşünas alim, jurnalist Həsən bəyin yaratdığı ilk milli qəzetimiz Azərbaycanın fikir tarixində mühüm yer tutmuşdu. "Əkinçi" qəzetinin əsas məqsədi xalqın dirçəlişi, maariflənməsi, milli mənlik şüurunun oyanması, öz haqq və hüququnu anlayaraq uğrunda mübarizə aparması idi. Qəzetin baş redaktoru və fəal yazarları bu böyük məqsədi reallaşdırmaq naminə çalışmışdılar. Onlar "Əkinçi" qəzetinin uzun sürməyən fəaliyyəti müddətində misilsiz işlər həyata keçirə bilmişdilər. 

Tariximizin mühüm səhifələrindən birinə çevrilmiş "Əkinçi" qəzetinin, eləcə də onun baş redaktoru Həsən bəyin yaradıcılığının ümumi şəkildə geniş və dərindən araşdırılması həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirən görkəmli alim Ziyəddin Göyüşov oldu. Ümumiyyətlə, araşdırıcılar bu fikirdədirlər ki, alimin yaradıcılığında ana xətti görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin maarifçilik irsi, maarifçilik fəaliyyəti təşkil edir. Doğrudur, görkəmli tədqiqatçılarımız arasında Həsən bəy Zərdabi irsini araşdıranlar, haqqında ciddi tədqiqat işləri ortaya qoyanlar olmuşdu. Ancaq onun yazdığı, dövrünün tarixi mənzərəsini əks etdirən, aktual əsərləri, məqalələri qəzet və jurnalların saralmış vərəqlərində qalmışdı. Geniş oxucu kütləsinə həmin əsərləri təqdim etmək böyük əhəmiyyət daşıyırdı. Filosof Ziyəddin Göyüşov bu dəyərli mənəvi xəzinəni toplu halında xalqa çatdırmaq kimi mühüm vəzifəni öz üzərinə götürənlərdən biri oldu. 

Apardığı araşdırmalar nəticəsində Ziyəddin Göyüşov həmin tarixi dövrün ən yaxşı bələdçiləri sırasında yer aldı. Alimin "Həsən bəy Zərdabinin dünyagörüşü", "Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri", "Azərbaycan maarifçilərinin etik görüşləri" monoqrafiyaları belə yazıldı və Azərbaycan elminə ciddi tədqiqat əsərləri kimi daxil oldu. Gördüyü işin asan olmadığını, həmçinin əhəmiyyətini Ziyəddin Göyüşov özü də yeri gələndə vurğuladı. O, "Azərbaycan maarifçilərinin etik görüşləri" (XIX əsrin ikinci yarısı) kitabında Həsən bəy Zərdabinin etik görüşlərindən bəhs edərkən yazırdı ki, bu problemin öyrənilib dəyərləndirilməsi işi heç də asan deyildir: "Çünki Azərbaycan fəlsəfə tarixində mütəfəkkirlərimizdən çoxu öz etik fikirlərinin müntəzəm şərhini qoyub getməmişlər. Bu faktdan bəziləri hətta belə yanlış nəticə çıxarır ki, guya mütəfəkkirlərimizdən çoxunun etik baxışları olmamışdır. Məhz belə yanlış təsəvvür xeyli müddət Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixi nümayəndələrinin etik görüşlərinin öyrənilməsi işinə mane olmuşdur".

Filosof alim qeyd edirdi ki, Azərbaycan maarifçilərinin etik görüşləri əvvəlki ideya irsindən ayrılmış, əlaqəsiz halda yaranmamışdır: "M.F.Axundov, H.B.Zərdabi və S.Ə.Şirvani öz yaradıcılıqlarında çox zəngin ideya irsinə əsaslanmışlar. Azərbaycanda etik fikrin çoxəsrlik zəngin tarixi və mütərəqqi ənənələri vardır. Çoxəsrlik Azərbaycan mədəniyyəti dünyaya Orta əsrlərdə Nizami, Füzuli, Nəsimi, Xaqani, Bəhmənyar, Şeyx Mahmud Şəbüstəri kimi dahi mütəfəkkirlər və şairlər, XVIII əsrdə Vaqif və Vidadi kimi gözəl şairlər, XIX əsrin birinci yarısında Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov kimi şairlər, yazıçılar, elm və mədəniyyət xadimləri vermişdir. Bunlar dünya mədəniyyəti xəzinəsinə başqa sahələrdə olduğu kimi, etika sahəsində də zəngin irs qoyub getmişlər". 

Apardığı tədqiqatlar Ziyəddin Göyüşovu Azərbaycan xalqının tarixi, ədəbiyyatı, fəlsəfi görüşləri ilə yaxından tanış etdikcə o, doğma xalqının mənəvi sərvətlərinin zənginliyinə heyran olurdu. Alimin əsərləri dərin tədqiqatları ilə yanaşı, həm də bu heyranlığın ifadəsidir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!