16 Aprel 2025 09:05
525
İQTİSADİYYAT
A- A+
Şabran fermerləri əmindirlər

Şabran fermerləri əmindirlər


Heyvandarlıqda bolluğa və ucuzluğa nail olmaq mümkündür


Aqrar sektorun ölkənin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahələrinin, o cümlədən  heyvandarlığın inkişafı xüsusi diqqət mərkəzindədir. 

Son hədəfsə heyvandarlıq məhsullarına olan daxili tələbatı yerli istehsal hesabına ödəməkdir.  O üzdən regionlarda heyvandarlıq müasir yanaşmalar əsasında inkişaf etdirilir.

Və bu işdən hökumət də  yaxasını kənara çəkmir - bölgələrdə heyvandarlığın inkişafına hər cəhətdən böyük dəstək verir. Reallaşdırılan tədbirlər, xüsusən heyvandarlıqla məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi sayəsində bu sahənin maddi-texniki bazası xeyli möhkəmlənib. Hazırda ölkənin ayrı-ayrı  regionlarında heyvandarlıq profilli iri təsərrüfatlar fəaliyyət göstərir. Həmin təsərrüfatlar və ümumilikdə həyata keçirilən davamlı və sistemli islahatlar sayəsində heyvandarlıq məhsulları ilə daxili bazarın təminatında  artım müşahidə olunur. Rayonlarda  əhalinin bu sahə üzrə məşğulluğu və gəlir əldə etmək imkanları da artır.

Bütün bu proseslərdən Şabran da kənarda qalmayıb. Son  məlumata görə,  rayonda 25 min başdan çox qaramal, 49 min baş qoyun və keçi mövcuddur. Rayon üzrə 96 min sentnerdən çox ət (diri çəkidə), 100,6 sentnerdən çox süd (fiziki çəkidə) istehsal edilib.

Şabran fermerlərinin  heyvandarlıq  sahəsindəki  təcrübəsi illərə söykənir. Bu təcrübədən yetərincə faydalanan Elşən Səfərəliyev, Əzməmməd Nadirov, Aqil Məlikov və digər fermerlər  heyvandarlıqda uğurlar  qazanıblar. Onlar  vaxtaşırı cins damazlıq heyvan götürmək üçün müraciət edirlər. Ümumiyyətlə, indiyədək rayon Aqrar İnkişaf Mərkəzinə fermerlərdən heyvandarlıqla bağlı yüzlərlə müraciət daxil olub. Bu müraciətlər hesabına keçən il 208 baş inəkdə süni mayalanma aparılıb və  əvvəlki dövrlərdə aparılmış süni mayalanmalar nəticəsində  226 baş buzov doğulub.  

Rayon Aqrar İnkişaf Mərkəzinin numayəndələri tez-tez heyvandarlıq təsərrüfatlarında olur, heyvanların saxlanma və onlara qulluq şəraiti ilə maraqlanırlar. Belə baxış Rəhimli kəndində də keçirilib. Heyvandarlıq sektorunun əməkdaşı tərəfindən damazlıq cins heyvan götürülməsi ilə bağlı fermerin müraciətinə əsasən, onun kənddəki təsərrüfatına baxış keçirilərək akt və rəy tərtib olunub. Yeri gəlmişkən, qeyd edək ki, mərkəzin heyvandarlıq sektorunun əməkdaşları Şabran rayonu ərazisində quduzluq xəstəliyi əleyhinə vəhşi ətyeyən heyvanlarda və sahibsiz itlərdə oral immunizasiya məqsədilə "Rabadrop" peyvəndinin aldadıcı yemə qatılaraq əraziyə atılmasında da iştirak ediblər. 

Ölkədə vaxtaşırı keçirilən yarmarkalarda iştirak edən Şabran heyvandarları ətin qiymətinin günbəgün artmasından narahatdırlar. Deyirlər ki, bahalaşmanın obyektiv və subyektiv səbəbləri var. Ona görə də qiymət artımının qarşısını almaq üçün hökumətlə heyvandarlar birgə tədbir görməlidirlər. Belə tədbirlər görülərsə, subyektiv səbəblər, məsələn, örüş sahələrinin, yem bazasının az olması, su qıtlığı kimi problemləri aradan qaldırmaq mümkündür. Süni mayalanma üzrə mütəxəssislərin çatışmazlığını da aradan qaldırmaq olar. Götürək Şabranı. Digər rayonlardan gələn süni mayalanma mütəxəssisləri yolun uzaqlığı ilə bağlı ödənişi artırırlar  ki,  bu da fermerlərə sərf etmir. 

Ümumiyyətlə, Şabranda vəziyyətdən çıxış yolunu  zəbt olunmuş örüş sahələrinin yenidən dövriyyəyə qaytarılmasında, artezian quyularının qazılmasında, sututarların yaradılmasında görürlər.  Məhsuldarlığın  artırılması və damazlıq işinin səmərəli  təşkili, yemləmə və saxlanılma  şəraitinin modern  tələblər səviyyəsində təşkil edilməsi, müasir komplekslərin yaradılması və təbii ki, süni mayalanma mütəxəssislərinin sayının artırılması da şabranlı heyvandarların arzusudur. Söz düşmüşkən, mütəxəssislər Göygöl Süni Mayalanma Mərkəzinə iki namizədin məlumatını göndəriblər, həmçinin Heyvan Sağlamlıq və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşlarının  bu işə cəlb olunmasını təklif ediblər. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!