17 Sentyabr 2026 18:32
167
CƏMİYYƏT
A- A+
XIX əsrdən gələn səslər: “Kavkaz” qəzetinin Şamaxı salnaməsi  

XIX əsrdən gələn səslər: “Kavkaz” qəzetinin Şamaxı salnaməsi  


Azərbaycanın və onun bölgələrinin mədəni irsi, etnoqrafiyası, tarixi daim qonşu ölkələrin diqqət mərkəzində olub. Qonşu ölkələrdə, o cümlədə Gürcüstanda Azərbaycan mədəniyyəti, incəsənəti, etnoqrafiyası barədə silsilə məqalələr, oçerk və hekayələr dərc olunub.

AZƏRTAC-ın xüsusi müxbiri XIX əsrin ortalarında Tbilisidə nəşr olunan qəzetlərdə Azərbaycanla bağlı dərc olunan məqalələri araşdırıb. Qeyd edək ki, XIX əsrin ikinci yarısında Qafqazın mədəni və maarifçilik mərkəzi sayılan Tiflis mühiti azərbaycanlı ziyalıların formalaşmasında və regionun elmi-mədəni həyatına inteqrasiyasında müstəsna rol oynayıb. Dövrün rusdilli mətbuatı vasitəsilə Azərbaycan xalqının adət-ənənələrini, etnoqrafiyasını və zəngin mədəni irsini geniş oxucu kütləsinə tanıdan mühüm simalardan biri də Məşədi Cahangir (arxiv sənədlərində və mətbuatda həm də Mirzə Cahangir) olub. 1872-ci ildən etibarən Tiflisdə nəşr olunan rəsmi və nüfuzlu "Kavkaz" qəzeti ilə sıx əməkdaşlıq edən Məşədi Cahangir mətbuatda xüsusi etnoqraf-müxbir kimi fəaliyyət göstərib. Şərq dilləri ilə yanaşı, rus dilini də mükəmməl bilən ziyalı Qafqaz inzibati idarələrində tərcüməçi kimi çalışıb, eyni zamanda, Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi ilə əməkdaşlıq edərək bölgənin etnik və coğrafi xəritəsinin öyrənilməsinə sanballı töhfələr verib.

Məşədi Cahangirin “Kavkaz” qəzetində işıq üzü görən silsilə yazıları üç əsas istiqaməti əhatə edib.

Onlardan birincisi xalq təbabəti və məişət olub. Əhalinin əsrlər boyu sınanmış müalicə üsulları, təbii vasitələr və məişət gigiyenası barədə çoxsaylı materiallar dərc olunub. Digər diqqətçəkən tərəf isə folklor və inanclardır. Şifahi xalq ədəbiyyatı, mifoloji təfəkkür, adət-ənənələr və el bayramları məhz bu qəbildəndir.

Üçüncü və ən vacib məqamlardan biri isə Şərq mənbələrinə əsaslanan tarixdir. Ərəb və farsdilli əlyazmaların, sənədlərin tədqiqi və rus dilinə tərcümə edilərək elmi dövriyyəyə daxil olunması xüsusi əhəmiyyət kəsb edib. Onun məqalələri sırasında Şamaxı zəlzələsinin tarixi salnaməsi də var. Ziyalının 1872-ci ildə Şamaxıdan hazırladığı xüsusi reportajda təbii fəlakət və şəhərdəki vəziyyət barədə deyilir: “İyulun ilk günlərindən bəri Şamaxı sakinləri arasında narahatedici şayiələr yayılmağa başlamışdı. İyulun 26-da, saat 8:20 radələrində zəif, lakin eyni davamlılıqda yeraltı təkanlar hiss olundu, ardından daha güclü təkanlar baş verdi. Şəhərdə yanvar zəlzələsindən artıq zədələnmiş binaların varlığına baxmayaraq, xoşbəxtlikdən bu dəfə insan itkisi qeydə alınmadı”.

Məşədi Cahangirin 1872-ci il mətbuat fəaliyyəti Azərbaycan maarifçilik tarixinin, publisistikasının və etnoqrafiya elminin formalaşmasında mühüm tarixi mənbə hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:54
17 Sentyabr

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB  

18:52
17 Sentyabr

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:50
17 Sentyabr

General Keyn: “ABŞ ordusu Ay yaxınlığında döyüş əməliyyatlarına hazırlaşmalıdır”   

18:48
17 Sentyabr

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib  

18:48
17 Sentyabr

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq

18:46
17 Sentyabr

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb  

18:45
17 Sentyabr

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb 

18:43
17 Sentyabr

Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb

18:42
17 Sentyabr

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb  

18:38
17 Sentyabr

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

18:37
17 Sentyabr

XIX əsrdən gələn səslər: “Kavkaz” qəzetinin Şamaxı salnaməsi  

18:32
17 Sentyabr

Lerikdə zəlzələ olub

18:30
17 Sentyabr

“Baku ID 2026” innovasiya festivalı çərçivəsində insan kapitalının inkişafı nəzərdən keçirilib 

18:12
17 Sentyabr

Böyük Qayıdışın kiçik biznesləri  

18:09
17 Sentyabr

Alimlər buğda məhsuldarlığını 50 faizdən çox artırmağın yolunu tapıblar  

18:03
17 Sentyabr

SABAH.city-nin imkanlarından səhiyyə sistemində də məqsədyönlü şəkildə istifadə etməliyik  

17:53
17 Sentyabr

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub YENİLƏNİB

17:11
17 Sentyabr

Süni intellekt düzgün idarə olunmazsa ciddi təhlükələr yarada bilər  

16:48
17 Sentyabr

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub YENİLƏNİB

16:43
17 Sentyabr

Rəqəmsal dünyanın sürətlə dəyişən ritmində ABB yeni uğura imza atıb

16:42
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!