02 İyul 2025 08:10
391
SİYASƏT
A- A+
Rusiyanın etnik ayrı-seçkilik siyasəti

Rusiyanın etnik ayrı-seçkilik siyasəti


Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksiyalar bir neçə yanaşı məqsədə xidmət edir. İlkin məqsəd Ermənistanda baş verən kilsə-hökumət qarşıdurması ilə bağlıdır. Bu, Rusiyanın "çoxvektorlu təsir siyasəti"nin tipik nümunəsidir. 

Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı gərginliyin pik həddə çatdığını deyən Milli Məclisin deputatı Elçin Mirzəbəyli "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, kilsə Paşinyanı ənənəvi dəyərlərə xəyanətdə və Qərbə meyillilikdə ittiham edir, Paşinyan isə kilsənin siyasi təsirini məhdudlaşdırmağa çalışır. Bu mübarizədə Ermənistan cəmiyyətinin radikal-ultramillətçi seqmenti kilsənin ətrafında cəmlənib. "Moskva çoxdandır ki, Ermənistanda kilsəni "yumşaq güc aləti" və siyasi təsir mexanizmi kimi dəstəkləyir, çünki kilsə həm Rus Pravoslav Kilsəsi ilə tarixi əlaqələr saxlayır, həm onun mövqeyi postsovet məkanında Rusiyanın "ənənəvi dəyərlər" ritorikasına uyğun gəlir. Yəni Moskva üçün kilsə Ermənistanda və Cənubi Qafqazda imperiyanın ənənəvi dayaqlarından biri rolunu oynayır. Bu xüsusda azərbaycanlılara, ümumən müsəlman miqrantlara qarşı zorakılıq Moskva üçün iki istiqamətdə mesaj funksiyası daşıyır. Daxildəki radikal elektorata göstərir ki, Rusiya sərt əl prinsipini qoruyur, əzici üstünlüyünü təmin edir", - deyə o əlavə edib.

E.Mirzəbəyli qeyd edib ki, Ermənistanda kilsə ətrafında cəmləşən ultramillətçi qüvvələrə isə Moskvanın Qafqazda "türk-müsəlman təhlükəsi" ilə mübarizə apardığını və öz nüfuzunu saxladığını ötürür. Başqa sözlə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı təzyiqləri, qətllər, "etnocinayətkarlıq" etiketi təkcə Rusiyada islamofobiya yaratmır, bu həm də Ermənistandakı müəyyən dairələr üçün "görürsünüzmü, Rusiya sizin əbədi müttəfiqinizdir, ortaq düşmənimiz türk-müsəlman dünyasıdır" mesajıdır. Çox güman ki, azərbaycanlılara qarşı zorakılıq dalğasında Moskva eyni zamanda Ermənistandakı kilsə və ultramillətçi qruplara bu mesajlari verir: "Biz sizin tarixi-mifik "düşmənlərinizə" qarşı sərt mövqedəyik, bizim nüfuzumuz olmadan regionda heç kəs sizi türk-müsəlman üstünlüyundən qoruya bilməz və siz də bu mövzunu təbliğatda istifadə edin və ictimai rəyə ötürün". Bu həm Rusiyanın regiondakı mövqelərini möhkəmlətmək, həm də daxildə millətçi konsolidasiyanı gücləndirmək məqsədi güdən çoxplanlı siyasətdir. Digər tərəfdən Rusiyanın siyasi dairələri iqtisadi çətinliklər, beynəlxalq təcrid, Ukrayna müharibəsinin yaratdığı sosial gərginliklər fonunda yaranan  yarıgizli narazılığı ənənəvi qaydada fərqli istiqamətlərə yönləndirməyə çalışırlar. Tarixən Rusiyada siyasi və iqtisadi böhran dövrlərində daxili düşmən obrazı yaratmaq ənənəsi olub. Antimiqrant ritorikası da bu kontekstdə klassik "günah keçisi" axtarmaq strategiyasıdır. 

Deputat vurğulayıb ki, bütün bu hadisələrin ana xəttində dayanan amil Rusiya dövlətçiliyində imperiya şüurunun mühüm elementi olan "rus xalqının aparıcı rolu" ideologiyasıdır: "Şovinist mövqelər, "Rusiya ruslar üçündür" tipli çağırışlar multietnik federativ modelin de-fakto tənəzzülə uğradığını göstərir. Bu isə daxildə sərt mərkəzləşməni legitimləşdirmə meyillərini gücləndirir. Sosial təbəqələrarası ixtilafların aləti kimi miqrantlar əsasən ən aşağı ödənişli ağır işlərdə çalışırlar. Bu səbəbdən yoxsul rus təbəqələri ilə miqrantlar arasında rəqabət və qısqanclıq yaranır. Hakimiyyət bunu bilərəkdən şişirdir, sosial-iqtisadi problemləri əcnəbilərin üzərinə yıxır. Bu strategiya qısamüddətli siyasi dividendlər gətirsə də, uzunmüddətli perspektivdə Rusiyanın daxili sabitliyini daha da zəiflədə, etnik və dini zəmində qarşıdurmaları dərinləşdirə bilər. Müasir dünyada etnik və dini müxtəlifliyin düşmən obrazına çevrilməsi yalnız cəmiyyətdə parçalanmanı artırır".

Siyasətçi bildirib ki, mövcud vəziyyətdən həm də maraqları üçün yararlanan Solovyov kimi şəxslər də öz auditoriyalarına "daxili düşmən və xarici təhlükə" konsepsiyası satmaqda davam edirlər. Azərbaycanlı miqrantları, ümumən türkdilli xalqları təhlükə kimi təqdim etmək asan üsuldur, çünki Rusiyada tarixi stereotiplər yetərincə güclüdür. Bu ritorika həm islamofobiya, həm də türkofobiyadan qaynaqlanır. Eyni zamanda Rusiya ultramillətçi əhvali-ruhiyyəni gücləndirən "bizə tabe olmayan qonşu pis qonşudur" mesajını verir. 

Deputat vurğulayıb ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər türk, müsəlman xalqların nümayəndələrinə qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasət təsadüfi deyil. Bu siyasətin başında hakim siyasi dairələr dayanır. Əslində, bu, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır. "Rusiyada mövcud daxili və xarici siyasətin mahiyyətini anlamaq üçün Ukraynada baş verənlərə diqqət yetirmək kifayətdir. Əgər Rusiya rəhbərliyi qardaşları slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət aparır, Buçada və digər şəhərlərdə mülki insanları qırır, kəndləri və şəhərləri Yer üzündən silir, milyonlarla insanı didərgin salırsa, digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil. 1990-cı illərdə Orta Asiya və Qafqazdan olan miqrantlara qarşı qəddarlığı ilə seçilən skinhed dəstələrini xüsusi xidmət orqanları himayə edirdi. Bugünkü Rusiyada artıq həmin qruplara ehtiyac yoxdur. Bu vəzifəni birbaşa polis, OMON və FSB daha açıq, daha qəddar şəkildə icra edir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər bunun bariz sübutudur. Hadisənin detalları Rusiyada digər xalqlara qarşı nifrətin dövlət səviyyəsində qorunduğunu göstərir", - deyə o əlavə edib.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Rusiya hüquq-mühafizə orqanlarının ortaya atdığı "etnocinayətkarlıq" anlayışı da bu siyasətin tərkib hissəsidir. Məqsəd Orta Asiyadan və Qafqazdan gələn insanları əvvəlcədən cinayətkar kimi damğalamaq, ictimai rəyə təsir etmək və gələcək təqiblərə hüquqi əsas yaratmaqdır. Bugünkü Rusiya repressiyaları artıq Stalin dövrünün metodlarını belə geridə qoyur. O zaman belə insanlar formal da olsa, məhkəmə qarşısında dayanır, Sibir düşərgələrinə göndərilirdi. İndi isə küçədə, evdə işgəncə verərək öldürmək adi hala çevrilib. 

Rusiyanın uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yaydığını qeyd edən deputat söyləyib ki, bu proseslər təsadüfi deyil: "Azərbaycanın öz milli maraqları əsasında yürütdüyü müstəqil siyasət və regiondakı güclənən mövqeyi Rusiya mediasını və siyasi çevrələrini narahat edir. Ona görə də ritorika sərtləşir. Lakin bu, qısamüddətli təzyiqdir və faktiki reallığı dəyişmir. Əksinə, Azərbaycana qarşı bu cür hücumlar ictimaiyyətimizdə milli həmrəylik və soyuqqanlı diplomatik mövqe ətrafında daha çox birləşmə tendensiyasını gücləndirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!