27 Sentyabr 2026 12:17
111
SİYASƏT
A- A+
Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

2020-ci il sentyabrın 27-si təkcə Qarabağ bölgəsində deyil, bütün Cənubi Qafqazda köklü dəyişikliklərə gətirib çıxaran dönüş tarixi oldu.

Bunu AZƏRTAC-a müsahibəsində rusiyalı siyasi analitik, jurnalist, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov deyib.

“Düşünürəm ki, Rusiyada Cənubi Qafqaz üzrə ekspertlərin hamısı 27 sentyabrı bütün Cənubi Qafqazda köklü dönüşün, regionda bu gün yaşanan radikal dəyişikliklərin başladığı gün kimi qiymətləndirir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan “Dəmir yumruq” əməliyyatı ilə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa edib.

Ekspert xatırladıb ki, hələ 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hərbi əməliyyatların dayandırılmasını və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələr qəbul edib.

Lakin agentliyin həmsöhbətinin vurğuladığı kimi, atəşkəs rejiminin tətbiqindən sonra ötən müddət ərzində münaqişənin sülh yolu ilə həllinə nail olmaq mümkün olmayıb: “Atəşkəs rejimi tətbiq edildikdən sonra 26,5 il ərzində bütün bunları sülh yolu ilə həll etmək mümkün olmadı. Ermənistan tərəfinin yeni təxribatlarına cavab olaraq Azərbaycan bu problemi güc yolu ilə həll etmək zərurəti ilə üzləşdi”.

“Cəmi 44 gün ərzində 30 il boyunca həll olunmayan problem həll edildi. Ermənistan sülhə və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur edildi”, - deyə rusiyalı analitik bildirib.

O vurğulayıb ki, sonrakı hadisələr Qarabağda separatizm məsələsini birdəfəlik həll etməyə və Azərbaycanın ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa etməyə imkan verib. Ekspertin fikrincə, bu prosesin əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsindən xeyli kənara çıxır: “Keçid dövründən sonra Qarabağda separatizm məsələsi də artıq həll edildi. Bunun sayəsində təkcə Azərbaycanda müsbət dəyişikliklər baş vermədi, əslində, bütövlükdə region dəyişdi”.

AZƏRTAC-ın həmsöhbəti yeni reallığın ən mühüm nəticələrindən biri kimi azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparılmasını və keçmiş məcburi köçkünlərin doğma şəhər və kəndlərinə qayıtmasını qeyd edib. Onun sözlərinə görə, bununla yanaşı, regional kommunikasiyaların blokdan çıxarılması və Cənubi Qafqazın tranzit potensialından tam istifadə edilməsi üçün prinsipcə yeni imkanlar yaranıb.

“Region həm Şərqdən Qərbə, həm də Cənubdan Şimala gedən yolların kəsişməsində yerləşir. Lakin Qarabağ müharibəsi səbəbindən, regionun daim müharibə vəziyyətində, qeyri-müəyyən şəraitdə qalması nəticəsində bu yollar bloklanmışdı”, - deyə analitik bildirib.

A.Petrov əmindir ki, məhz 2020-ci il sentyabr 27-də başlayan hadisələr Cənubi Qafqazın bu vəziyyətdən çıxması üçün şərait yaradıb. “44 günlük müharibə, “Dəmir yumruq” əməliyyatı regional inkişafın qarşısındakı bu blokadaya son qoydu”, - deyə o vurğulayıb.

Rusiyalı ekspertin fikrincə, altı il sonra Cənubi Qafqazın nə dərəcədə dərin dəyişikliklərə məruz qaldığı xüsusilə aydın görünür. Region uzunmüddətli münaqişədən ərazilərin bərpasına, əhalinin geri qayıtmasına, nəqliyyat əlaqələrinin inkişafına və öz geoiqtisadi potensialının reallaşdırılmasına keçmək imkanı əldə edib: “Bu gün biz altı il sonra regionun əslində necə inkişaf etmiş ola biləcəyini və hazırda necə inkişaf etdiyini, eləcə də Cənubi Qafqazın dinc şəraitdə mövcudluğunun davam etdirilməsi ilə əlaqədar qarşısında hansı perspektivlərin açıldığını görürük”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Anım günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur

16:50
27 Sentyabr

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir 

14:23
27 Sentyabr

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir  

14:21
27 Sentyabr

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb  

14:19
27 Sentyabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı iki qitəni birləşdirən körpüdür  

14:18
27 Sentyabr

Azadlığın və bütövlüyün şərəf salnaməsi  

14:16
27 Sentyabr

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

14:09
27 Sentyabr

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib  

13:16
27 Sentyabr

Əbədi ehtiram günü  

13:13
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

12:57
27 Sentyabr

Vətənlə qoşa anılan qəhrəmanlar  

12:48
27 Sentyabr

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

12:36
27 Sentyabr

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

12:32
27 Sentyabr

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

12:30
27 Sentyabr

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

12:29
27 Sentyabr

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

12:17
27 Sentyabr

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

12:15
27 Sentyabr

Azərbaycanın strateji məqsədinə nail olduğunu göstərən milli yaddaş günü  

12:09
27 Sentyabr

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub

11:56
27 Sentyabr

“Dəmir yumruğ”un Zəfər yürüşünün başlandığı tarix  

11:33
27 Sentyabr

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

11:14
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!