04 İyun 2026 15:17
152
İQTİSADİYYAT
A- A+
Rumıniya nəşri: AÇG-də qaz hasilatının başlanması Azərbaycanın enerji rolunu gücləndirir  

Rumıniya nəşri: AÇG-də qaz hasilatının başlanması Azərbaycanın enerji rolunu gücləndirir  

Macarıstanın aparıcı enerji şirkəti “MOL Group” və onun tərəfdaşlarının Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk kommersiya qaz hasilatına başlaması yalnız Azərbaycanın enerji sənayesində deyil, həm də Avropanın enerji təhlükəsizliyi sistemində mühüm mərhələnin başlanğıcı hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Rumıniyanın “Stiri pe surse” nəşrinin hazırladığı məqalədə yer alıb.

Məlumatda bildirilir ki, hasilat Xəzər dənizində yerləşən “Qərbi Çıraq” platformasından qazılmış ilk quyudan həyata keçirilir. Bununla da uzun illər əsasən neft yatağı kimi tanınan AÇG blokunda qaz ehtiyatlarının kommersiya məqsədilə istifadəsinə başlanılıb. Bu layihə Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələ açır və ölkənin beynəlxalq enerji bazarlarındakı mövqeyini daha da möhkəmləndirir.

Məqalədə qeyd olunur ki, son geoloji araşdırmalar AÇG yatağında böyük qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. İlkin hesablamalara görə, yataqda trilyonlarla kubmetr qaz ehtiyatı mövcuddur ki, bu da gələcək illərdə Azərbaycanın ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Ekspertlər hesab edirlər ki, layihənin əhəmiyyəti xüsusilə Avropanın enerji siyasəti baxımından diqqətəlayiqdir. Son illərdə Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsini strateji prioritet elan edib. Bu prosesdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxıb. Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı bir dövrdə Azərbaycanın qaz ehtiyatları və mövcud ixrac infrastrukturu xüsusi əhəmiyyət daşıyır.

Məqalədə vurğulanır ki, Azərbaycan artıq təkcə neft ixrac edən ölkə deyil. Son illərdə ölkə Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilib. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə çatdırılır. AÇG yatağından hasil olunacaq əlavə qaz həcmləri bu marşrutların daha da güclənməsinə imkan yarada bilər.

Nəşr qeyd edir ki, layihədə dünyanın aparıcı enerji şirkətləri iştirak edir. Operator qismində BP çıxış edir. Konsorsiumun digər üzvləri sırasında SOCAR, MOL Group, INPEX, ExxonMobil, TPAO və ONGC Videsh kimi iri beynəlxalq şirkətlər yer alır. Bu isə Azərbaycanın enerji sektoruna beynəlxalq investorların uzunmüddətli etimadını nümayiş etdirir.

Məqalədə xatırladılır ki, AÇG yataqları Azərbaycanın müasir iqtisadi inkişaf tarixində xüsusi yer tutur. 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş saziş ölkənin enerji strategiyasının əsasını qoyub. Həmin layihə Azərbaycanın qlobal enerji bazarlarına inteqrasiyasını təmin edib və ölkənin iqtisadi inkişafında mühüm rol oynayıb.

Bu gün isə AÇG-də qaz hasilatının başlanması həmin layihənin yeni mərhələyə keçdiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, bu addım Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə, ixrac potensialının artırılmasına və ölkənin beynəlxalq enerji bazarlarındakı rolunun güclənməsinə xidmət edəcək.

Məqalədə vurğulanır ki, Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri uzunmüddətli sabitlik və etibarlılıqdır. Məhz bu amillər ölkəni Avropanın enerji təhlükəsizliyi strategiyasında vacib tərəfdaşa çevirib. Yeni qaz layihələrinin işə salınması isə Azərbaycanın həm regional, həm də qlobal enerji bazarlarında strateji əhəmiyyətini daha da artırır.

Ekspertlərin qənaətinə görə, AÇG yatağında qaz hasilatının başlanması Azərbaycanın Avropanın enerji xəritəsində mövqeyini gücləndirən növbəti mühüm addımdır. Bu layihə ölkənin enerji potensialını genişləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsi siyasətinə də mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ADNSU “UI GreenMetric” reytinqinin nəticələrinin açıqlanması tədbirinə ev sahibliyi edəcək

15:36
04 İyun

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək  

15:33
04 İyun

Trans-Xəzər marşrutuna tələbat artır: Batumi limanından Qazaxıstana məxsus 31 min ton yük daşınıb  

15:31
04 İyun

Rumıniya nəşri: AÇG-də qaz hasilatının başlanması Azərbaycanın enerji rolunu gücləndirir  

15:17
04 İyun

SEPAH İsraili Livandan geri çəkilməyə çağırıb

15:16
04 İyun

Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar

15:08
04 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

14:34
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!