Rövşən Nəcəf: SOCAR neft və qaz hasilatına investisiyaları artırıb
Enerji təhlükəsizliyi çox önəmlidir. Dayanıqlı enerji üçün proqramlarımızı nəzərə almalıyıq. SOCAR son zamanlar neft və qaz hasilatına investisiyaları artırıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda deyib.
Onun sözlərinə görə, yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmaq olmaz: “Biz neft ehtiyatlarının ekoloji təmiz çıxarılmasını, təmiz enerji istehsalı ideyasını dəstəkləyirik. Enerji qiymətlərinin artmasını, tərəfdaşlarımızın qaz və neft anbarlarının boşalmasını görməzdən gələ bilmərik. Keçid olaraq enerji şirkətləri ilə bunun üzərində işləməliyik. Şuşada da biz BP və “Masdar”la birlikdə bərpaolunan enerji mənbələri üzrə müqavilələr imzalamışıq. Biz kifayət qədər tərəfdaşlarla işləməyə və layihələrin sayını artırmaqda qətiyyətliyik. Çalışıb iqlimimizi mühafizə etməli, sıfır emissiyaya nail olmalıyıq. Bunun üçün konstruktiv şəkildə və dataya əsaslanaraq analizlər aparmalıyıq. SOCAR enerji keçidi və dayanıqlı istehsal sahəsində beynəlxalq əməkdaşlığa açıqdır. Bu, Avropa İttifaqının və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmlidir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib
23 Aprel
Xankəndidə silah-sursat aşkarlanıb
23 Aprel
Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava
23 Aprel
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
23 Aprel
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
23 Aprel
Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb...
23 Aprel
Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz
23 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi
23 Aprel
Hesabat: Dünyanı ən çox narahat edən 15 problem
23 Aprel
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!