17 Fevral 2025 12:15
1292
Təhsil
A- A+
Riyaziyyatçılarımız Tailandda 1 qızıl, 4 gümüş və 5 bürünc medal əldə ediblər  

Riyaziyyatçılarımız Tailandda 1 qızıl, 4 gümüş və 5 bürünc medal əldə ediblər  

Tailandın paytaxtı Banqkokda keçirilən “International Math Challange” riyaziyyat yarışında iştirak edən şagirdlərimiz Azərbaycanı müvəffəqiyyətlə təmsil ediblər.

Tailandın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Tailand Təhsil Nazirliyi tərəfindən fevralın 12-dən 17-dək təşkil olunan yarışda dünyanın 80-dən çox ölkəsi qalib adı uğrunda mübarizə aparıb. Bu xüsusda, Azərbaycan komandası 16 şagirdlə 5 kateqoriyada zəkalarını nümayiş etdirib. Belə ki, Cüneyd Qənbərov qızıl; Daria Dmitriyeva, Davud Adışirinli, Cəsur Əlizadə, Paşa Cabbarlı gümüş; Əli Cəbrayılzadə, Aslı Topalova, Nilay Mustafayeva, Ayxan Abbaslı, Mehdi İbrahimov bürünc medal əldə ediblər. Digər şagirdlərimiz - Minayə Hacılı, Əli Hüseynzadə, Yusif Abbasov, Əlixan Əsədov, Yusif Qocayev, Mixail Dmitriyev isə fəxri fərmana layiq görülüblər.

Fevralın 16-sı keçirilən mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Tailanddakı səfiri Elçin Bəşirov iştirak edib, şagirdlərə uğurlar arzulayıb. Mükafatlandırmada Tailand Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri, 10-a yaxın ölkədən səfir və baş konsul, eyni zamanda, universitet rektorları qaliblərə medal və sertifikatlar təqdim ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 1651,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

14:54
17 Mart

Xankəndi və Xocalı Novruz bayramına hazırlaşır

14:53
17 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

14:51
17 Mart

Bayram günlərində “ASAN xidmət”in iş rejimi necə olacaq?

14:45
17 Mart

Avarçəkmə üzrə Azərbaycan birinciliyi yekunlaşıb, qaliblər mükafatlandırılıblar  

14:45
17 Mart

Agentlik: Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq

14:34
17 Mart

Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib  

14:22
17 Mart

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb

14:01
17 Mart

Fransanın nüvə arsenalı böyüklüyünə görə Qərbi təəccübləndirməyib

13:41
17 Mart

İlaxır çərşənbədə hava necə olacaq?

13:40
17 Mart

Laçına ilk ekotur təşkil olunub

13:11
17 Mart

Media: ABŞ-Aİ ticarət qarşıdurması biznesə 9,5 trilyon dollar zərər vura bilər  

12:29
17 Mart

Mixeil Saakaşvili 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

12:14
17 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib

12:02
17 Mart

“Türkiye” qəzeti: Erməni işğalı Azərbaycana ciddi ziyan vurub

12:00
17 Mart

Bakı və Sumqayıt şəhərlərində yaşayan və övladları I sinfə gedəcək valideynlərin nəzərinə

12:00
17 Mart

Ötən ay DSMF 24 minə yaxın vətəndaş müraciətinə cavab verib

11:57
17 Mart

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib YENİLƏNƏCƏK

11:52
17 Mart

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Ulu Öndərin məzarını ziyarət edib

11:51
17 Mart

Trans-Xəzər marşrutunda nailiyyət: Dəniz nəqliyyatı ilə daşımaların həcmi artır  

11:50
17 Mart

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK

11:34
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!