16 Mart 2026 12:07
339
SİYASƏT
A- A+
Ramil Həsən: Konstitusiya dəyişiklikləri Qazaxıstanın inkişafına mühüm töhfə verəcək  

Ramil Həsən: Konstitusiya dəyişiklikləri Qazaxıstanın inkişafına mühüm töhfə verəcək  


TÜRKPA-nın Baş katibi Ramil Həsən Qazaxıstanın paytaxtı Astana şəhərində bu ölkənin Konstitusiya Məhkəməsinin sədri Elvira Əzimova ilə görüşüb.

TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Elvira Əzimova Qazaxıstan Konstitusiyasının təxminən 84 faizinin dəyişilməsini nəzərdə tutan ümumxalq referendumunun nəticələri haqqında danışıb. Eləcə də bu islahatların Qazaxıstanın gələcək inkişafına verəcəyi mühüm töhfələr barədə məlumat verib. O, həmçinin sözügedən yeniliklərin gələcəkdə model qanunlar çərçivəsində digər qardaş türk dövlətlərinin islahat proseslərində tətbiq oluna biləcəyini qeyd edib.

Baş katib Ramil Həsən bu yeni mühüm mərhələ münasibətilə qardaş Qazaxıstan xalqını təbrik edib. Ramil Həsən islahatlara yönəlmiş Konstitusiya dəyişikliklərinin Qazaxıstan xalqının inkişafında mühüm töhfə verəcəyini vurğulayıb. O, həmçinin gələcəkdə parlamentlərarası əməkdaşlıq çərçivəsində Konstitusiyada əksini tapan mühüm yeniliklərin qanunvericilik sahəsində model qanunlar vasitəsilə tətbiqinin bütün üzv dövlətlər üçün faydalı ola biləcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!