Rahat yuxunu təmin edən amillər
Yuxu həyatımızın mühüm hissəsini əhatə edir. Müasir dövrdə insanların həyat tərzi, iş rejimi və ictimai problemləri onların yuxu rejimlərinə mənfi təsir edir. İlk baxışdan adi hal kimi görünən bu problem əslində həyatını risk altında qoyan ən böyük xəstəliklərdən biridir. Yuxusuz qaldıqda yaş və çəkidən asılı olmayaraq ürək və damar xəstəlikləri riski artır. Lakin normal yuxu yatmaq da çox vacib məsələlərdən biridir və onun bir sıra şərtləri var.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev bu barədə məlumat verərək deyib: “Normal yuxu yatmaq üçün ilk növbədə psixoloji amillərdən, şüuraltı düşüncələrdən maksimum dərəcədə uzaq olmaq lazımdır. Yuxuya gedərkən telefon və planşetlə xəbər oxumamaq lazımdır, çünki beynin aldığı informasiyalar istər-istəməz düşündürməyə səbəb olur. Yatmazdan 4-5 saat əvvəl kofein tərkibli içkilərdən uzaq olmaq məsləhətdir, onun əvəzinə bitki çayları içmək daha yaxşıdır. Yatmazdan təxminən 3 saat əvvəl qida qəbul olunmamalıdır, çünki mədə-bağırsaq sisteminin gücə düşməsi yuxuya pis təsir edir. Axşamlar qida qəbulundan sonra bir saat da olsa gəzintiyə çıxmaq da rahat yatmağa səbəb olan amillərdəndir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı qaldırmaq mümkün deyil"
18 Aprel
Fransa çirkin məqsədinə çatmaq üçün Ermənistanı müharibəyə hazırlayır
18 Aprel
Azərbaycan yaxın gələcəkdə "yaşıl hidrogen" də ixrac edəcək
18 Aprel
İlham Əliyev Avropanın ümidinə çevrilir
18 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb ol...
18 Aprel
"Günay Sığorta" ASC
18 Aprel
Azərbaycan Kuboku: "Neftçi" finalda "Xəzri"yə rəqib olub
17 Aprel
Keniyada səhiyyə işçilərinin tətili davam edir
17 Aprel
Fələstinin BMT-yə üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Aprel
Romario 58 yaşında futbolçu karyerasını bərpa edib
17 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!