19 Yanvar 2023 12:07
1499
CƏMİYYƏT
A- A+
Qusarlı ustanın retro maşınları - 50 min manatlıq “ZİM”, 20 min manatlıq “Pobeda”

Qusarlı ustanın retro maşınları - 50 min manatlıq “ZİM”, 20 min manatlıq “Pobeda”

 

Yetmiş yaşlı Gülmət Şahbazov retro avtomobil həvəskarıdır. Qusar sakininin bu qəbildən olan iki maşını var. 1947-ci ildə istehsal olunan “QAZ–M20” (“Pobeda”) və 1953-cü ildə istismara verilən “QAZ-12” (ZİM) markalı avtomobillər onun qarajının bəzəyidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gülmət Şahbazovun gündəlik istifadə etdiyi “QAZ-12” saz vəziyyətdədir. 70 il əvvəlin maşını olsa da, heç vaxt sahibini yolda qoymayıb.

Bu avtomobili 35 il öncə Quba sakinindən alınıb. G.Şahbazov sovet vaxtında “QAZ-12” üçün üç min rubl ödəyib. Bu avtomobili sürmək onun atasının arzusu olub. Sonradan xarab olan avtomobil uzun illər istifadəsiz qalıb.

Maşın ustası olan G.Şahbazov ölkəmizdə nadir rast gəlinən retro avtomobilə ikinci həyat vermək qərarına gəlib. Təmir zamanı “QAZ-12”nin zavod istehsalı detallarının demək olar, hamısı saxlanılıb. Amma motoru və sürətlər qutusu daha güclüsü ilə əvəz olunub. Təmirə təxminən 14-15 min manat pul xərclənib. 2016-cı ildə maşın təmir olunaraq yenidən yollarda şütüməyə başlayıb.

“Çox rahat maşındır. Təmir etdikdən sonra 6 ildir sürürəm. Bu avtomobilin içində adam özünü gəmidəki kimi hiss edir. Sürəti saatda 140 kilometrədək çatır. Amma mən heç vaxt yüksək sürətlə idarə etmirəm. Yanacaq sərfiyyatı da yaxşıdır. Hər 100 kilometrə 8-9 litr benzin yandırır. Nadir rast gəlinən avtomobil olduğundan hamı maraq göstərir. Yaxınlaşıb tarixi ilə maraqlanırlar. Mən də deyirəm ki, Stalin də bu cür maşında gəzib. Bu avtomobilin şüşələrində də Stalinin adı yazılıb. Şimal bölgəsində belə avtomobil təkcə məndə var”, - deyə maşının sahibi Gülmət Şahbazov söyləyib.

İki tondan çox çəkisi olan avtomobilin uzunluğu 5,5 metrdir. 1949-1959-cu illərdə bu avtomobillərdən cəmi 21 min 500 ədəd istehsal olunub. Buraxılışının ilk illərində “QAZ-12” markalı avtomobillərdən yüksək vəzifəli məmurlar xidməti maşın kimi istifadə edib.

Gülmət Şahbazovun retro avtomobilini toylar üçün tez-tez sifariş verirlər. Gəlinini “ZİM”də gətirmək istəyənlər 100 manat xərcləməlidir. Belə sifarişlər şimal bölgəsi rayonları ilə yanaşı, Bakı şəhərindən də olur.

Avtomobil ustasının ikinci retro avtomobili isə yaxın günlərdə saz vəziyyətə gətiriləcək. 76 ilin “Pobeda”sının təmiri yekunlaşmaq üzrədir.

“Pobeda” atamın yadigarıdır. Uzun illər bu avtomobili o sürüb. İndi dünyasını dəyişib. Mən də onun yadigarını yenidən saz vəziyyətə gətirirəm. Bir ildir təmir edirəm. Çürüyən detalların bəziləri tapılmadığından özüm dəmirdən döymüşəm. Hazırda maşın motoru, sürət qutusu, elektrik avadanlıqları işlək vəziyyətdədir. Şüşələrini yerinə salmaq və içərisinin tərtibatını tamamlamaq qalıb. Havalar istiləşən kimi təmiri yekunlaşdırıb, “Pobeda”nı sürməyə başlayacam”, - deyə G.Şahbazov söyləyib.

Həmsöhbətimiz avtomobilinin retro maşın kolleksiyaçılarının diqqətini çəkəcəyinə inanır. Yaxşı qiymət verilərsə, hər iki avtomobili satmaq istəyir. Usta “ZİM” markalı avtomobilinə 50 min, “Pobeda”ya isə 20 min manat qiymət qoyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!