08 Yanvar 2024 09:30
1997
İQTİSADİYYAT
A- A+
Quruculuq işləri işğaldan azad olunmuş ərazilərimizə yeni həyat gətirir

Quruculuq işləri işğaldan azad olunmuş ərazilərimizə yeni həyat gətirir

 

Vətən torpaqları düşmən işğalından azad ediləndə Zəfərimizin sevinci sonsuz oldu. Ancaq qüssəmiz, kədərimiz də böyükdü. Çünki Ermənistanın işğalında qaldığı otuz ilə yaxın müddətdə Qarabağda, Şərqi Zəngəzurda daş daş üstə qalmamışdı. Evlər yandırılmış, qədim abidələr, infrastururukturlar tamamilə dağıdılmışdı. Təcavüzkar, qəsbkar ermənilər yaşayış məskənlərimizi xarabalığa çevirmişdilər. 
Tezliklə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər sevincimizə yağı düşmənin tapdağından qurtulan torpaqlarımızda böyük tikinti-quruculuq işlərinin başlanması sevincini qatdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin 16 noyabrında işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində səfərdə olarkən dedi: "Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən - Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək". 
Dövlət başçısı həmin səfərindəki çıxışında erməni vandallarının dövlətimizə, xalqımıza vurduğu maddi və mənəvi zərərin nə qədər böyük olduğunu da ifadə etdi: "Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb".
Genişmiqyaslı layihələrin icrası və Böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Dövlət proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya olduqca mühüm tapşırıqlar qoydu.
Hazırda "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində işlər uğurla davam etdirilir. Bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə həyata keçirilir. Böyük quruculuq meydanına çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.
İşğaldan azad olunmuş rayonların enerji təminatı, demək olar ki, tam bərpa edilib. Həmin rayonlarda 11 yerdə 110 kilovoltluq yarımstansiya tikilərək selektiv paylama ilə qidalandırılıb, dairəvi elektrik təchizatına nail olmaq məqsədilə 330 kilovoltluq "Cəbrayıl" qovşaq yarımstansiyası ilə 110 kilovoltluq "Qubadlı" yarımstansiyası arasında ötürmə xətti çəkilib. 
Vəhşi ermənilərin işğal müddətində tariximizə şahid olan qədim abidələrimizi uçurub dağıtmaları xalqımıza vurduqları ən ağır zərbələrdəndir. Həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin bərpasına da xüsusi diqqət yetirilir. Respublika və dünya əhəmiyyətli həmin tarixi-mədəni, dini abidələrimizin bərpası istiqamətində də hazırda mühüm işlər görülür. İndiyədək Qarabağda 16 abidə bərpa olunub.
"Böyük qayıdış" proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına ən qısa zamanda qayıtmaları üçün həyata keçirilən işlər nəticəsində ilk olaraq ağalılıların həsrətinə son qoyuldu. Böyük qayıdışın ilk müjdəsi Zəngilanın Ağalı kəndində istifadəyə verilmiş "Ağıllı kənd"də bütün zəruri infrastrukturlar, sosial obyektlər, müxtəlif xidmət və təminat sahələri quruldu. Kənddə məktəb, səhiyyə müəssisəsi, bağça inşa edilmiş, tibb məntəqəsi, "ASAN" xidmət, "DOST" mərkəzi, bank, mağazalar, iaşə obyektləri, kiçik və orta biznesə dəstək üçün zəruri xidmətlər yaradıldı.
Bu gün artıq yurduna qovuşmağın sevincini təkcə ağalılılar yaşamır. Keçmiş məcburi kökünlərin doğma yurdlarına qayıdışı uğurla davam etdirilir. Dövlətimizin yenidən tikib-qurduğu yaşayış məntəqələrimizdə həyat çanlanır. Bu gün Zəngilanın Ağalı, Tərtər rayonunun Talış kəndlərinin, Laçın şəhərinin, Zabux, Sus kəndlərinin, Füzuli şəhərinin sakinləri otuzillik ayrılıqdan sonra öz doğma yurdlarında ömür sürürlər. Gələn il yurduna qovuşan keçmiş məcburi köçkünlərin sayı daha da artacaq. Artıq Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq mərkəzi xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlləri qoyulub. Bünövrəsi qoyulan yaşayış məntəqələrimizdən biri isə Zəngilan rayonunun Cahangirbəyli kəndidir. Cahangirbəyli kəndində fərdi evlərlə yanaşı, bloklaşdırılmış üçmərtəbəli binalar inşa ediləcək. Ərazisi 179,5 hektar olan kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün nəzərdə tutulub. Birinci mərhələdə 242 fərdi evin tikintisi, 1200 nəfərin məskunlaşdırılması planlaşdırılıb.
2024-cü ilin birinci rübündə Şuşaya da 400-ə yaxın ailənin köçürüləcəyi gözlənilir. Hazırda şəhərdə yol infrastrukturunun bərpası istiqamətində ciddi işlər həyata keçirilməkdədir.
Dövlətimiz onların doğma yurd yerlərində əmək məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerlərinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirir.
Quruculuq işlərinin sırasında işğaldan azad olunmuş rayonların sosial infrastrukturunun bərpası da mühüm yer tutur. Qeyd edək ki, Prezident İlham Əliyev təkcə Zəngilan və Qubadlı rayonlarına səfəri zamanı 15-dək sosial-infrastruktur obyektinin təməllərini qoydu. 
İşğalçı ermənilərin otuz il qabaq Laçında, Füzulidə, Zəngilanda, Ağdərədə söndürdükləri ocaqlarını keçmiş məcburi köçkünlər yenidən yandırırlar. Bu il onlar ilk dəfə Yeni ili öz evlərində sevinclə, könül rahatlığı, ruh yüksəkliyi ilə qarşılayacaqlar. Tezliklə bu sevincdən digər məcburi köçkünlərə də pay düşəcək. Onlar da öz dədə-baba yurdlarına geri dönəcək, gələn illərə abad evlərində "xoş gəldin" deyəcəklər.

Z.FƏRƏCOVA,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!