30 Yanvar 2026 08:45
292
Mədəniyyət
A- A+
Qobustan qayaları - ilk memarlıq nümunəmiz

Qobustan qayaları - ilk memarlıq nümunəmiz


Azərbaycanın qədim memarlığı daşın yaddaşa çevrildiyi, məkanın mənaya büründüyü bir tarixdir. Həmin memarlıq insanın torpaqla, səma ilə və zamanla dialoqundan doğub. Onun ilkin izləri sarayların möhtəşəmliyində deyil, təbiətin qoynunda yaranan sadə, lakin dərin məna daşıyan formalarında əks olunub. 

Bu mənada Qobustanın sükutunda oxuduğumuz tarix, əslində, Azərbaycan memarlığının ən qədim başlanğıcıdır və minilliklər boyu daşın yaddaşında yaşayıb. Zaman keçsə də, daş unutmadı və Qobustan bu yaddaşın ən dolğun məkanına çevrildi. Daş qayalar insanın yaddaşını, rəsmlər isə onun dünyaya baxışını əks etdirdi. 

Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 kilometrliyində yerləşən dağlıq məkandır. Torpaq gillidir və asanlıqla erroziyaya məruz qaldığı üçün burada çoxlu xəndəklər, arxlar və təbii qobular əmələ gəlib. Elə buna görə də bu ərazi "Qobustan",  yəni "qobu-yer" adı ilə tanınıb. Əslində, Qobustan adının mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ən çox qəbul edilən izaha görə, bu ad ərazinin coğrafi xüsusiyyətləri ilə bağlıdır. Qobustan adının mənşəyi ilə bağlı başqa versiyalar da mövcuddur. Onlardan birinə görə,  sözün ilkin forması "Gavistan" olmuş və "öküzlər diyarı" mənasını ifadə etmişdir ki, bu da ərazidə vaxtilə çoxlu çöl öküzünün yaşaması ilə əlaqələndirilir. Digər versiyaya görə isə ərazi "Kəbristan" adlanmış, burada oda sitayiş edən atəşpərəstlərin yaşadığı düşünülmüşdür. Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1966-cı ildə Qobustan Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri dövlət qoruğu elan edilib. Qoruq 4500 hektarlıq sahəni əhatə edir və burada 6 mindən artıq qayaüstü rəsm, müxtəlif fondlarda 100 mindən çox arxeoloji material saxlanılır. Ərazidə arxeoloqlar tərəfindən 20 sığınacaq, 40-a yaxın kurqan aşkar olunub. Bunların hər biri keçmişin səssiz şahididir.

Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqar və Şıxqaya dağları üzərindəki 1000-dən artıq qaya və 7000-dən çox təsvir dünya miqyasında əhəmiyyətli abidələr kimi qorunur. Hər bir fiqur, hər bir işarə 20 min il boyunca bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, inancını və gündəlik həyatını danışır. İnsan və heyvan təsvirləri, qayıqlar, abstrakt işarələr yalnız qədim icmaların həyatından xəbər vermir, onlar minillik sükutdan yol alıb bu günə gəlmiş bir dialoqdur. Oyma, sürtmə, çapma və cızma üsulları ilə yaradılmış bu təsvirlər həm də musiqi və rəqs ənənələrinə işarə edir. Qavaldaş kimi qədim musiqi aləti və qayalarda təsvir olunan "Yallı" səhnələri, min illər əvvəl yaşamış insanların ruhi aləmini, incəsənət sevgisini və birgə yaşayış ənənəsini gözümüzün önünə gətirir. Görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən qayaüstü rəsmləri yüksək qiymətləndirib.

Qobustanın qaya yaddaşı 1947-ci ildən etibarən "danışmağa" başlayıb. Azərbaycan alimi İsaq Cəfərzadənin ilk dəfə üzə çıxardığı bu daş salnamə min illər öncə yaşamış insanların düşüncəsini və duyğularını bu günə daşıyır. Qayaların üzərində insan və heyvan fiqurları, sirli işarələr və damğalar həkk olunub. Burada yağış suyunun və qurban kəsilən heyvanların qanının toplandığı çuxurlar, yəni daş qablar insanın inanc dünyasından xəbər verir. Qaya rəsmlərində qadın və kişi fiqurları həyatın özünü təcəssüm etdirir. Vəhşi öküzlər, keçilər, marallar, ceyranlar, aslan və şir təsvirləri isə təbiətin gücünü və əzəmətini göz önünə gətirir. Heyvanların bəziləri elə bir dəqiqliklə işlənib ki, sanki öz təbii böyüklüyündə qayadan çıxıb canlanır. Qazma üsulu ilə çəkilmiş saysız-hesabsız qayıq təsvirləri qədim insanın suyla, yol və zamanla münasibətini simvolizə edir.

Qayalar üzərində silahlı və silahsız insanların oturduğu qayıqların burnunda günəş təsviri yer alır - sanki hər səfər işığa doğru atılan addımdır. Ayrı-ayrı daşlarda balıq, ilan, kərtənkələ, büvə rəsmləri, qapı tağbəndləri, ikitəkərli arabalar və insan ayağının ləpirləri görünür. Bütün bu təsvirlər Qobustanı daş üzərində yazılmış canlı bir həyat dastanı kimi təqdim edir. Təbii ki, bu qayaüstü rəsmlər, sadəcə, ov səhnələri və məişət təsvirləri deyil. Onlar insanın yaşadığı məkanı dərk etmək, onu işarələmək və yaddaşa çevirmək cəhdidir. Qaya burada divar rolunu oynayır, təsvir isə ilkin memarlıq kimi çıxış edir. İnsan hələ tikinti texnologiyasına sahib deyildi, amma məkan anlayışı, nizam və funksionallıq barədə instinktiv düşüncəyə malik idi. Hər bir rəsmin yerləşdirilməsi, qayaların seçimi və açıq səthlərdəki kompozisiya ilk memarlıq planlaşdırmasının göstəricisidir. Bu baxımdan Qobustan memarlığın maddi formaya keçməsindən əvvəlki düşüncə mərhələsini əks etdirir.

Qobustanın daş səthlərində qədim insanların musiqi və ritm anlayışı da öz izini qoyub. Qavaldaş adlanan bu  nəhəng daş alət o dövr  insanının musiqiyə və birgə yaşam ritminə olan sevgisini göstərir. Onun səsi, ritmi qaya rəsmləri ilə birləşərək, qədim icmaların mərasimlərini, bayramlarını və "Yallı" rəqsini gözümüzün önünə gətirir. Qavaldaşı həm də insanın məkanı və təbiəti necə dərk etdiyini, ritm və hərəkətlə həyatını necə nizamladığını göstərən ilk memarlıq instinktinin bir parçası kimi qiymətləndirmək olar. Məkan təkcə daş və divarlardan ibarət olmayıb, burada səs və ritm də mühüm funksional və simvolik rol oynayıb. 

Qobustandakı qayaların təsadüfi olmaması da diqqət çəkir. Açıq məkanlar, günəş işığı alan səthlər və insanların toplaşması üçün əlverişli yerlər ilkin planlaşdırma anlayışından xəbər verir. Bu, sadəcə, rəsmlərin toplusu deyil, insanın öz mühitini dərk edərək ona iz qoymaq istəyinin nəticəsidir. Məhz bu izlər sonrakı dövrlərdə formalaşacaq memarlıq təfəkkürünün əsasını təşkil edir. Zaman keçdikcə insanın məkanla münasibəti dəyişir, instinktiv ifadə yerini sistemli quruluşa verir. Qaya üzərindəki təsvirlər divara, açıq məkan isə qapalı məkana çevrilir. Bu keçid Azərbaycan ərazisində artıq Qafqaz Albaniyası dövrünün məbədlərində aydın şəkildə görünür.

"Qobustan" Dövlət Tarix-Bədii Qoruğu ("Qobustan Qaya Sənəti Mədəni Landşaftı") 2006-cı ildə "milli" status alıb. 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə daha da genişlənir  

10:42
30 Yanvar

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bəlli olacaq  

10:41
30 Yanvar

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub  

10:40
30 Yanvar

Nazirlik: 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb  

10:39
30 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:39
30 Yanvar

Dünya bazarında qızıl 98 dollaradək ucuzlaşıb  

10:36
30 Yanvar

“Sea Breeze” layihəsi Londonda təqdim olunub  

10:01
30 Yanvar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib  

09:24
30 Yanvar

ABŞ Prezidenti: Hazırda İrana doğru üzən çoxlu sayda gəmimiz var  

09:23
30 Yanvar

Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir  

09:22
30 Yanvar

Ukrayna Prezidenti qış yardım paketi üçün Almaniya Kanslerinə təşəkkür edib  

09:21
30 Yanvar

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb  

09:20
30 Yanvar

Zelenski enerji infrastrukturuna hücumların dayandırılması səylərinə görə ABŞ-a təşəkkür edib  

09:19
30 Yanvar

Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib  

09:18
30 Yanvar

Millət atası - Hacı Zeynalabdin Tağıyev

09:10
30 Yanvar

Konsepsiya böyük tarixi əhəmiyyətə malik proqramdır

09:05
30 Yanvar

Müasir əkinçilikdə aqrokimya: reallıqlar, problemlər

09:00
30 Yanvar

Keçən il 53 ölkənin 17 mindən çox vətəndaşı müalicə üçün Naftalanı seçmişdir

08:55
30 Yanvar

Mingəçevir: ötən ili uğurla, yeni ilə ümidlə

08:50
30 Yanvar

Qobustan qayaları - ilk memarlıq nümunəmiz

08:45
30 Yanvar

Azərbaycanın investisiya coğrafiyası genişlənir

08:40
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!