30 Yanvar 2026 09:00
278
İQTİSADİYYAT
A- A+
Müasir əkinçilikdə aqrokimya: reallıqlar, problemlər

Müasir əkinçilikdə aqrokimya: reallıqlar, problemlər


Hazırda təsərrüfatların əhəmiyyətli bir hissəsi yalnız torpaqların təbii münbitliyindən istifadə etməyə, onun səfərbər olunması üçün aqrotexniki tədbirlərə və alaq otlarına qarşı mübarizəyə minimum xərclər sərf etməklə əkinçiliyin ekstensiv üsullarına müraciət edirlər. Belə təsərrüfatlarda adətən üçtarlalı növbəli əkin dövriyyəsi, çox vaxt isə ikitarlalı əkin dövriyyəsi tətbiq olunur. Şübhəsiz ki, bu, çıxılmaz yoldur və torpaqda sürətlə qida maddələrinin azalmasına, nəticə etibarilə isə məhsuldarlığın azalmasına gətirib çıxarır.

Bu baxımdan yalnız tarla bitkilərinin intensiv becərilmə texnologiyası hər bir torpaq-iqlim zonasının təbii resurs potensialını əhəmiyyətli dərəcədə reallaşdırmağa imkan verir. Belə texnologiya torpağın münbitliyini qorumaqla yanaşı, bitkilərin və sortların, eləcə də kompleks kimyalaşdırma və mexanikləşdirmə vasitələrinin imkanlarından maksimum istifadə etməyə şərait yaradır. Bu əkinçilik sistemi yüksək texnoloji üsullar, gübrələrin müntəzəm tətbiqi, bitkilərin inteqrir mühafizə üsulları, intensiv sortların istifadəsi və resursqoruyucu tədbirlər hesabına növbəli əkin dövriyyəsi sahəsinin hər hektarından planlaşdırılmış məhsul səviyyəsinin sabit toplanmasını təmin edə bilir. Lakin intensiv tex-nologiyalar kompleksinin mənimsənilməsi yalnız böyükhəcmli investisiya qoyuluşları (mütəxəssis kadrların hazırlanması, müasir texnologiyalardan, yeni intensiv və məhsuldar yüksək reproduksiyalı keyfiyyətli toxumlardan istifadə, sənaye və yerli gübrələr, meliorasiya və bitki mühafizə vasitələri) hesabına mümkündür.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının formalaşmasının əsas amilləri torpağın aqrokimyəvi xüsusiyyətləridir. Torpaqda humusun miqdarı, turşuluq dərəcəsi, makro və mikroelementlərin ümumi miqdarı ilk növbədə potensial münbitliyi, mineral azot, fosfor, kalium və digər elementlərin hərəkətli formalarının miqdarı isə effektiv münbitliyi xarakterizə edir. 

Aqrosenozlarda bitkilərin azotla qidalanmasının əsas mənbəyi torpaq azotudur. Azot gübrələrinin çox cüzi miqdarda tətbiq olunması ilə əlaqədar yaxın perspektivdə onun rolu kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının formalaşmasında həlledici olaraq qalır. Tarla bitkilərinin azotla qidalanmasının optimallaşdırılması məqsədilə bu element birləşmələrinin minerallaşması intensivliyinin tənzimlənməsi ən səmərəli şəkildə bitkilərin seçilməsi və növbələşdirilməsi, torpağın əsas becərmə üsul və müddətləri, həmçinin yaşıl gübrələrin tətbiqi vasitəsilə həyata keçirilir.

Ümumiyyətlə, müasir aqrokimyanın strategiyası kənd təsərrüfatı bitkilərinin qida maddələri ilə təmin olunması və torpaq münbitliyinin qorunub saxlanması və qorunmasından ibarətdir. Bu isə effektiv münbitlikdən kompleks istifadə, mineral, üzvi və bakterial gübrələrin yerli aqroresurslarla uzlaşdırılmış şəkildə tətbiqi əsasında həyata keçirilməlidir. 

Torpaq münbitliyinin qorunması və dəstəklənməsinə, tarla bitkilərinin mineral qida elementləri ilə təmin edilməsinə yönəlmiş aqrokimyəvi yanaşmaların təkmilləşdirilməsi və təcrübədə reallaşdırılması yalnız təşkilati, aqrotexniki və aqrokimyəvi tədbirlər kompleksinin sistemli şəkildə yerinə yetirilməsi ilə mümkün olur. Təşkilati tədbirlər içərisində ilk növbədə torpaq münbitliyinin istifadəsi, qorunması və dəstəklənməsinin əsas yanaşmalarını tənzimləyən qanunvericilik aktları və müddəalar hazırlanmalıdır. Bu qanun və müddəaların icraedici və ya tövsiyə xarakterindən asılı olmayaraq, onların bütün səviyyələrdə (regional, fermer və bələdiyyə) maliyyə-investisiya dəstəyi dövlət subyektləri tərəfindən təmin edilməli və ciddi şəkildə yerinə yetirilməlidir.

Torpaqdan istifadə üzrə optimal strukturlara dair elmi əsaslı tövsiyələr, landşaft-zonal əkinçilik sistemləri, gübrə tətbiqi sistemləri və bitkilərin qidalanmasının optimallaşdırılması hər bir təsərrüfatda bitkiçilik layihələrinin hazırlanmasının əsasını təşkil edir. Əkinçilik sisteminin intensivlik səviyyəsinə uyğun istiqamətinin seçimi təsərrüfatın iqtisadi imkanlarına dəqiq uyğun olmalıdır. Bir fəaliyyət kateqoriyasından digərinə (ekstensiv-intensiv-yüksəkintensiv) keçid təsərrüfatların gəlirliyinin artması ilə tədricən, elmi zonal-landşaft tövsiyələrinə əsaslanaraq hazırlanmış biznes-plan üzrə həyata keçirilməlidir. Təbii şəraitin, torpaqlardakı qida maddələrinin rejiminin spesifik xüsusiyyətlərinin, yerli şərtlərdə sınaqdan keçirilmiş əkin dövriyyələrinin və bitkilərin becərilməsi aqrotexnologiyalarının nəzərə alınmaması əlavə xərclərə, bitkilərin qidalanmasının pozulmasına, gözlənilən gəlirin itirilməsinə və mənfi ekoloji nəticələrə səbəb ola bilər.

Aqrotexniki üsullar torpağın effektiv münbitliyinin yüksək səviyyədə saxlanmasına və keyfiyyətli kənd təsərrüfatı bitkilərinin sabit məhsuldarlığının əldə edilməsinə yönəlmiş tədbirlər kompleksini əhatə edir. Torpağın münbitliyinin itirilməsi və bitkilərin məhsuldarlığının azalmasının əsas səbəbi bu kompleksin və tarla bitkilərinin becərilməsi, payızlıq sahələrin hazırlanması üzrə ayrı-ayrı aqrotexnologiyaların yerinə yetirilməməsidir. Əkinçilik fəaliyyətinin təhlili göstərir ki, mülkiyyət və təşkilati forma fərqi olmadan bu gün zəruri aqrotexniki üsulların təxminən 50-70 faizi icra edilmir. Ona görə də hər bir təsərrüfat üçün elmi əsaslı aqrotexnologiya layihələri (yol xəritələri) hazırlanmalı və onlara ciddi şəkildə riayət olunmalıdır. Bu layihələrin mənimsənilməsi üzrə təlimlər isə mütəxəssislərin və təsərrüfat rəhbərlərinin, həmçinin rayon səviyyəsində mütəxəssislərin yenidən hazırlanması zamanı həyata keçirilməlidir.

Əkin sahələrinin münbitliyinin qorunmasında sahələrin optimal strukturunun seçilməsi mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, becərilən bitkilərin yüksək məhsuldar növlərindən az istifadə olunur. Bu bitkilərin əkildiyi torpaqlarda, adətən, üzvi maddələrin cari huminifikasiyası və minerallaşması üçün nisbi olaraq əlverişsiz şərait formalaşır.

Torpağın münbitliyinin qorunmasında çoxillik paxlalı bitkilər (yonca, xaşa, xəşəmbül, çəpiş otu) və taxıl otları mühüm rol oynayır. Onların təmiz halda və ya ot qarışıqları şəklində səpini torpaqda əhəmiyyətli miqdarda üzvi maddə və azotun fiksasiyası vasitəsilə toplanmasına imkan verir. Əkin dövriyyəsinin tətbiqi, bitkilərin seçimi və növbələşdirilməsinin təmin edilməsi torpaq münbitliyinin səviyyəsini artırmasa da, ən azı onu saxlamağa imkan yaradır. Tarla bitkilərinin qidalanmasının optimallaşdırılmasında səmərəli vasitə isə alaq otları ilə mübarizə tədbirləridir. Çünki alaq otları mədəni bitkilərdən 2-2,5 dəfə fəal şəkildə torpaqdan və verilmiş gübrələrdən nəmlik və qida elementlərini mənimsəyir.

Əkinçilikdə mineral qida elementlərinin balansının təhlili onların dərin çatışmazlığını göstərir. Çünki məhsulla birlikdə çıxarılan elementlərin yalnız 9-10%-i kompensasiya olunur. Torpaqdan illik uzunmüddətli elementin çıxarılması əkinaltı  torpaqların effektiv münbitliyinin sistematik azalmasına gətirib çıxarır. Bunun qaçılmaz nəticəsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının davamlı olaraq yavaş-yavaş azalmasıdır.

Stasionar təcrübələr göstərir ki, uzunmüddətli tətbiq zamanı üzvi və mineral gübrələr ən effektivdir. Bu halda 1 kq təsiredici maddə 10-12 kq dən məhsulu ilə geri ödənilə bilər. Həmin zaman torpaqda humusun kəmiyyət və keyfiyyət parametrləri sabitləşir, azot, fosfor və kaliumun əlçatan birləşmələrinin yüksək səviyyəsi qorunur.

Mineral gübrələrlə yanaşı, ənənəvi üzvi gübrələr (döşənəkli və maye qaramal peyini, quş zılı, kompost və s.) də torpağın münbitliyinin artırılmasında mühüm amildir. Yaxın perspektivdə ənənəvi və hələ tam istifadə olunmamış mənbələrdən qida elementlərinin ümumi girişi olduqca çox ola bilər. Şübhəsiz ki, bu mineral qida elementləri ehtiyatlarının uğurla istifadə olunması üçün müvafiq investisiya qoyuluşları, onların hazırlanması, saxlanması, daşınması və torpağa verilməsi üzrə texnoloji intizam zəruridir.

Əkinçilik üçün böyük perspektiv yaşıl (sideral) gübrələrdədir. Tədqiqatlar göstərir ki, xəşəmbül, raps, payızlıq çovdar, birillik paxlalı bitkiləri payızda əkdikdə əmələ gələn 10-20 t/ha yaşıl kütlə şumlandıqda yalnız humus deyil, həm də azot (100-200 kq/ha), fosfor (35-70 kq/ha) və kalium (85-170 kq/ha) ehtiyatlarını doldurmaq və saxlamaq imkanı verir. Bu, siderat biokütləsinin miqdarı həm tətbiq zamanı, həm də sonrakı illərdə hektara məhsul istehsalını 15-20% artırmağa imkan yaradır. İyul ayında şumlandıqda payızlıq sahənin keyfiyyəti (alaq otlarının azalması, nitrat azotunun toplanması və rütubətin qorunması) adətən pisləşmir. Yaşıl gübrələr ən az enerji tələb edən gübrələrdir. Eyni zamanda torpağın aqrokimyəvi, su-fiziki və bioloji xüsusiyyətləri yaxşılaşır, eroziyaya qarşı davamlılığı artır.

Aqrosenozlarda azot balansının qorunmasında əsas mənbələrdən biri atmosfer azotunun bioloji fiksasiyasıdır. Torpaqlarda azot fiksasiyasının müxtəlif formaları arasında əkinçilik üçün ən əhəmiyyətli olanlar simbiotik və qeyri-simbiotik (xüsusilə assosiativ) azotfiksasiya sistemləridir. Aparılmış tədqiqatlara görə, birillik və çoxillik paxlalı bitkilər kökyumrucuq bakteriyalarla simbiozda 50-350 kq/ha atmosfer azotu fiksasiya edir ki, bu da yalnız paxlalı bitkilərin məhsuldarlığını deyil, həm də sonrakı bitkilərin məhsuldarlığını təmin etmək üçün kifayətdir. Aqrosenozlarda bioloji azotun digər əhəmiyyətli mənbəyi assosiativ azotfiksasiyadır, bu proses demək olar ki, bütün sahə bitkilərinin rizosferasında baş verir və taxıl, texniki və yem bitkilərinin sahələrində mövsüm ərzində 30-110 kq/ha azot fiksasiya olunur.

Torpağın münbitliyinin yaxşılaşdırılması və bitkilərin qida elementləri ilə təmin edilməsi üçün təsirli vasitə kimi təbii aqrokimyəvi xammal ehtiyatlarından da istifadə oluna bilər. Elmi tədqiqatların və istehsalat təcrübələrinin nəticələri göstərir ki, torf, torf-peyin, torf-maye, torf-quş zılı gübrəsi kompostları və üzvi-mineral gübrələr yüksək effektivliyə malikdir. Bu gübrələr kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 30-50 faiz artırmaq qabiliyyətinə malikdir.

Perspektivli üzvi-mineral gübrə resurslarına həmçinin sapropel - şirin su hövzələrinin lilli çökmə təbəqələri daxil edilir. Sapropel üzvi maddələr, makroelementlər və bir çox mikroelementlərlə zəngindir. Eyni zamanda yüksək kalsium tərkibli sapropellər (30-50 faiz) meliorativ xüsusiyyətlərə malikdir və turş torpaqlarda fəal şəkildə tətbiq oluna bilər. 

Hazırda bütün dünyada torpağın effektiv münbitlik potensialından istifadə etməyə əsaslanan yanaşma tükənmiş istiqamət hesab olunur. Torpağın münbitliyinin qorunması və saxlanması, eləcə də kənd təsərrüfatı bitkilərinin qida elementləri ilə təminatının optimallaşdırılması üçün ölkəmizdə milli proqramın qəbul edilməsi tələb olunur. Bu proqramın regional komponenti sənaye gübrələrinin tətbiqi perspektivlərini, yerli üzvi gübrələrin istehsal və tətbiq bazasının inkişafını, təbii aqroresursların gübrə və meliorant kimi işlənməsini, sənaye və kommunal tullantıların istifadəsini, gübrə tətbiqi üçün kənd təsərrüfatı texnikası və avadanlıqlar parkının yenilənməsini, aqrokimya elmi və aqrokimyəvi xidmətin qorunmasını, aqrokimya üzrə kadr hazırlığını nəzərdə tutmalıdır. Həmin məsələlər həll edilmədən torpağın münbitliyini qoruyaraq və torpaqdan çıxarılan qida elementlərinin balansını optimallaşdıraraq yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının kifayət qədər və dayanıqlı istehsalına nail olmaq mümkün deyil.


Həsənalı ASLANOV, 

Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, aqrar elmlər  doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə daha da genişlənir  

10:42
30 Yanvar

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bəlli olacaq  

10:41
30 Yanvar

Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub  

10:40
30 Yanvar

Nazirlik: 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb  

10:39
30 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:39
30 Yanvar

Dünya bazarında qızıl 98 dollaradək ucuzlaşıb  

10:36
30 Yanvar

“Sea Breeze” layihəsi Londonda təqdim olunub  

10:01
30 Yanvar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib  

09:24
30 Yanvar

ABŞ Prezidenti: Hazırda İrana doğru üzən çoxlu sayda gəmimiz var  

09:23
30 Yanvar

Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir  

09:22
30 Yanvar

Ukrayna Prezidenti qış yardım paketi üçün Almaniya Kanslerinə təşəkkür edib  

09:21
30 Yanvar

Almaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb  

09:20
30 Yanvar

Zelenski enerji infrastrukturuna hücumların dayandırılması səylərinə görə ABŞ-a təşəkkür edib  

09:19
30 Yanvar

Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib  

09:18
30 Yanvar

Millət atası - Hacı Zeynalabdin Tağıyev

09:10
30 Yanvar

Konsepsiya böyük tarixi əhəmiyyətə malik proqramdır

09:05
30 Yanvar

Müasir əkinçilikdə aqrokimya: reallıqlar, problemlər

09:00
30 Yanvar

Keçən il 53 ölkənin 17 mindən çox vətəndaşı müalicə üçün Naftalanı seçmişdir

08:55
30 Yanvar

Mingəçevir: ötən ili uğurla, yeni ilə ümidlə

08:50
30 Yanvar

Qobustan qayaları - ilk memarlıq nümunəmiz

08:45
30 Yanvar

Azərbaycanın investisiya coğrafiyası genişlənir

08:40
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!