16 Noyabr 2025 14:57
583
İQTİSADİYYAT
A- A+
Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  


Universitetlər gələcəyin liderlərini yetişdirməklə kifayətlənməməli, həm də real layihələrin və innovasiyaların məkanı olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Qırğızıstan Dövlət Texniki Universitetinin layihə meneceri Nazarbek Cünusalıyev Bakıda keçirilən “Qlobal Gənclər Günü” çərçivəsində təşkil olunan panel sessiyada çıxışı zamanı səsləndirib.

O, universitetlərin “təhsil–biznes–dövlət” modelinə uyğun üçtərəfli əməkdaşlıq qurmasının vacibliyini vurğulayıb. Bildirib ki, təhsil müəssisələri yalnız nəzəri biliklə kifayətlənməməli, gənclərə yaradıcılıq, sınaq və innovasiya imkanları təqdim etməlidir: “Bugünkü gənclər yalnız akademik nəzəriyyə ilə kifayətlənmir. Onlar yaratmaq, qurmaq, sınaqdan keçirmək və ideyalarını gerçəkləşdirmək istəyirlər. Universitetlər həm tədris, həm də eksperiment məkanı və eyni zamanda, ideyaların real məhsul və xidmətə çevrildiyi mühit olmalıdır”.

Nazarbek Cünusalıyev qeyd edib ki, bu modeli həyata keçirmək üçün hər tərəfin özünəməxsus rolu var. ”Universitetlər bilik, araşdırma və gənc istedadları təmin edir. Dövlət effektiv siyasət, rəqəmsal infrastruktur və innovasiya təşəbbüslərinə dəstək verir. Biznes isə real praktiki tapşırıqlar, maliyyə, mentorluq və bazar imkanları təqdim edir. Bu üç tərəf birlikdə çalışdıqda tələbələr tədqiqat nəticələrini praktik həllərə çevirmək üçün lazım olan bütün dəstəyə sahib olurlar. Universitetlər gənc innovatorlara güvənməli, onlara eksperiment üçün şərait yaratmalı, dövlət və biznes strukturları ilə birləşdirərək imkanları daha da genişləndirməlidir”, – deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!