02 İyul 2025 08:30
387
SİYASƏT
A- A+
"Qətlə yetirilənlər küt alətlə vurulublar

"Qətlə yetirilənlər küt alətlə vurulublar


"Yekaterinburqda öldürülən həmvətənlərimizin ekspertiza nəticələri açıqlanıb


İyunun 27-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. 

Basqın nəticəsində  iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, 9 nəfər isə saxlanılıb. İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq hadisə ilə bağlı dərin narahatlığını ifadə edib. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.

İyunun 30-da həmyerlilərimizin meyitləri təyyarə ilə ölkəmizə gətirilərək  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə daxil olub, xüsusi komissiya tərəfindən müayinə edilib. Müayinənin nəticələri ilə bağlı iyulun 1-də keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov deyib ki, qətlə yetirilən qardaşlar iti alət və odlu silahla yox, küt alətlə vurulublar: "Biz ekspertiza zamanı 1966-cı il təvəllüdlü Hüseyn Səfərovun bədənində çox sayda xarici və daxili travma aşkarladıq. Sümüklərin yerdəyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb, asimmetrikdir. Sol gözətrafı nahiyədə 14x12 santimetr ölçüdə hematoma, üst və alt dodaqların selikli qişası qançırlı, alnın sol və sağ qaşüstü nahiyəsində sıyrıqlar, döş qəfəsinin arxa səthində, xayalıqda, hər iki əlin arxasında qançırlar var. Sol bel nahiyəsinin köndələn istiqamətli sıyrığı, sol budun iç səthinin 17x2,5 sm ölçüdə zolaqşəkilli sıyrığı mövcuddur. Meyit daxili müayinə olunub. Başın dərisinin iç səthində geniş qansızmalar var.  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin gəldiyi nəticəyə əsasən, Hüseyn Səfərovun ölüm səbəbi aldığı çoxsaylı xəsarət nəticəsində inkişaf edən posttravmatik və posthemorragik şokdur". 

Baş direktor onu da bildirib ki, bir dəfə müayinə edilmiş meyitin ikinci dəfə təkrar ekspertizası çətin olur: "Meyitləri müayinə etməmişdən əvvəl onların ölüm haqda tibbi şəhadətnamələrini təqdim etdilər. Sverdlovsk vilayətinin verdiyi ölüm haqda şəhadətnaməsində Hüseyn Səfərovun ölüm səbəbi travma göstərilib".

Ədalət Həsənovun sözlərinə görə, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərovun Rusiya tərəfindən göndərilən tibbi ekspertizasında isə kəskin ziddiyyətlər müşahidə olunur. Belə ki, ekspertiza nəticəsində ölümün xəstəlikdən baş verdiyi qeyd edilib. Ona ürəyin kəskin işemik xəstəliyi diaqnozu qoyulub. Bu isə həqiqəti əks etdirmir: "Meyitin xarici müayinəsi zamanı çoxlu xəsarətlər, qançırlar, sıyrıqlar, hematomalar müşahidə etdik. Bədən başdan-başa hematoma idi. Hər iki gözün ağlı qişasında, sağ alın və gicgah nahiyələrində qansızmalar, sağ gözün üst və alt qapaqlarında, boyunun sol və sağ yarısında, döş qəfəsinin sol qoltuqaltı nahiyəsində qançırlar, sol çiyinüstü nahiyədə qançırlı sıyrıqlar müşahidə edilib. Döş qəfəsi deformasiyalı və asimmetrikdir. Döş qəfəsinin sağ yarısının yan səthində zolaqşəkilli sıyrıqlar vardı. Qarnın sağ yan səthində və qalça qanadı hüdudunda qançırlı sıyrıqlar, bud, baldır və topuq nahiyələrinin sıyrıqları və qançırları, xayalığın dərisində qeyri-müəyyən formalı qırmızımtıl, göyümtül rəngli qançırlar müşahidə olunub. Müayinə zamanı başın dəri örtüyünün iç səthinə, baş beynin sərt və yumşaq qişalarına qansızmalar, döş qəfəsinin küt travması, sıxılması aşkarlandı. Ən çox döş qəfəsində, xüsusilə iki xətt üzrə çoxsaylı sınıqlar vardı. Sol tərəfdə, eləcə də paravertebral onurğanın sağ tərəfi boyunca da sınıqlar müşahidə edildi. Bu, sol tərəfdən güclü sıxılmanın olduğunu göstərir. Solda ön tərəfdə, sağda arxa tərəfdə bütün qabırğaların hamısı sınmışdı. Kobud yerdəyişən sınıqlar ağciyəri zədələyib. Hətta qabırğalardan birini tapa bilmədik, onu yəqin Rusiyada müayinə zamanı götürüblər. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş posttravmatik şok nəticəsində ölüb", - deyə baş direktor bildirib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!