Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Bizim arxayınlaşmağa heç bir haqqımız yoxdur!
Bir dövlət başçısı olaraq cənab İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə bütün uğur və nailiyyətlərinə təkcə siyasəti, uzaqgörənliyi, dünyada gedən prosesləri dərindən bilərək düzgün təhlil bacarığı, ən doğru qərarlar qəbul etməsi ilə deyil, həm də möhkəm iradəsi, cəsarət və qətiyyəti sayəsində nail olmuşdur!
İlham Əliyev nə dediyini bilən, hər sözünün arxasında konkret iş duran, söylədiklərinin hamısına əməl edən, başqa cür desək, sözünün sahibi olan dövlət başçısıdır!
Deyibsə, hökmən yerinə yetirəcəkdir!
Bu gün bütün dünya Azərbaycan Prezidentini həm də belə tanıyır: sözünün yiyəsi, dediyini edən!
Cənab İlham Əliyev həm də sözünü təkcə təmasda olduğu insanlara ünvanlamır...
Nitq və çıxışlarının KİV və telekanallar vasitəsilə yayılacağını bildiyindən yaxınlara və uzaqlara da mesajlar göndərir.
"Qızım, sənə deyirəm, gəlinim sən də eşit!" prinsipi ilə.
Azərbaycan Prezidentinin VII çağırış Milli Məclisin ilk iclasındakı nitqi də bu qəbildən idi.
* İlham Əliyev qətiyyətlə danışdı!
* İlham Əliyev inam və əminliklə danışdı!
* İlham Əliyev özünə və ordusuna, dövlətinin gücünə güvənərək danışdı!
* İlham Əliyev milli birliyi gündən-günə möhkəmlənən xalqına arxalanaraq danışdı!
* İlham Əliyev təkcə danışmadı, qətiyyətli mövqeyini bildirdi, qəti xəbərdarlıqlarını da etdi!
Şübhə yoxdur ki, eşidənlər paylarını götürəcək, hələ vaxt varkən lazımi nəticələr çıxaracaqlar.
***
Azərbaycan mümkün olmayanı mümkün etdi: otuzillik işğala son qoyaraq möhtəşəm Zəfərə imza atdı!
Ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi!
Buna öz gücü ilə, öz imkanları sayəsində nail oldu!
Dünya xalqımızın əzminə, ordumuzun qüdrətinə, Baş Sərkərdəmizin qətiyyət və məharətinə şahid oldu!
Sevinənlər, qələbəmizi yüksək qiymətləndirənlərlə yanaşı, narazı qalanlar, hadisələrin belə gedişatını qəbul etmək istəməyənlər də tapıldı.
Bunlar ermənilərin müdafiəçiləri və dəstəkçiləri, dünya erməniliyinin maliyyəsindən bəhrələnərək ağa qara deyən, vicdanı ilə alver edən siyasət adamları, senator və konqresmenlər, hətta prezidentlər idi.
Onlar gəlir mənbələrindən məhrum olmaq, "erməni maşası"nı əldən buraxmaq, Azərbaycana "təsir vasitəsi"ni itirmək istəmirlər.
Utanmadan, açıq-aşkar beynəlxalq hüququ tapdalayır, yenidən Ermənistanı silahlandıraraq revanşizmə hazırlayıb, onu maliyyələşdirir və Cənubi Qafqazı Ukraynaya çevirmək istəyirlər.
Belə bir məqamda qalib Azərbaycan nə etməlidir?
Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında ən əvvəl bu suala cavab verdi:
"Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik".
Bəli, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra sülh istəsə də, qalib dövlət olmasına baxmayaraq sülh təşəbbüsünü birinci irəli sürsə də, arxayınlaşa bilməz!
Necə deyərlər, möhkəm sülh istəyirsənsə, daha da güclənməli, daim müharibəyə hazır olmalısan!
***
Hazırda dünyanın iki yerində qanlı müharibə gedir.
Hər gün yüzlərlə insan öldürülür, yaralanır, şikəst olur, evlər dağıdılır, qaçqın düşənlərin sayı durmadan artır.
Artıq üçüncü dünya müharibəsinin başlandığını söyləyənlər də var: NATO-nun simasında Rusiya-Ukrayna müharibəsində iştirak edən ölkələrin sayı çoxdur.
Eyni zamanda dünya silah bazarında aparıcı yer alan dövlətlərin çoxu bu müharibələri öz "məhsulları" ilə təmin edir.
Bu vəziyyətdə hərə özünə güvənməlidir!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan vaxtında qabaqlayıcı addımlarını atmış, hərbi sənaye kompleksini yaratmışdır!
Vətən müharibəsindən sonra ordunun daha da gücləndirilməsi üçün iki mühüm istiqamətdə iş aparılır.
BİRİNCİSİ:
* Yeni silahlı birləşmələr yaradılıb.
* Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb.
* Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və inkişaf etdirilməkdədir.
* Gecə-gündüz dayanmadan hərbi təlimlər keçirilir, əsgər və zabitlərin peşəkarlıq səviyyəsi daim artırılır.
* Ordumuz texnika və yeni silahlarla, zəruri vasitələrlə təmin olunur.
İKİNCİSİ:
* Azərbaycan nəinki özü hərbi sənaye məhsulları istehsalını artırır, həm də onun ixrac coğrafiyasını genişləndirir.
* Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşdirmə işləri aparılır.
* Xarici tərəfdaşlarla yeni istehsalat sahələri yaradılır, yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.
* Məhsulların həm çeşidləri, həm həcmi, həm də keyfiyyəti durmadan yüksəldilir.
Məqsəd xarici mənbələrdən daha az asılı olmaq, üstəlik, yaxın gələcəkdə dünya silah bazarında önəmli yer qazanmaqdır!
Azərbaycan Prezidenti İlham Əliyev hərbi sahədə görülən işlərə və yaradılan potensiala güvənərək qəti xəbərdarlıq etdi:
"Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq".
***
Cənab İlham Əliyev sərhədlərin etibarlı qorunmasını önəmli vəzifələrdən biri kimi qeyd etdi.
Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədlərimizin uzunluğu 500 kilometrdən çoxdur.
Üstəlik, bu şərti sərhədin relyefi, coğrafiyası, iqlim şəraiti çox ağırdır və xidmət aparmaq bir o qədər də asan deyil.
Bütün çətinliklərə baxmayaraq, sərhədboyu yerlərdə hərbi mövqelər möhkəmləndirilir, mühəndis işləri aparılır, müasir infrastrukturla təchiz edilir, bütövlükdə sərhədlərin mühafizəsi həm vizual, həm infrastruktur, həm də texnoloji vasitələrlə təmin olunur.
Ermənistan bir neçə dövlət tərəfindən sürətlə silahlandırılır, hərbi təlimlər keçirilir, maliyyə vəsaitləri ayrılır.
Əsl məqsəd Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Cənubi Qafqazın digər ölkələri üçün təhdid mənbəyi yaratmaq, öz maraqlarını təmin etməkdir, çünki bu işi görənləri erməni xalqının maraqları düşündürmür.
Bütün bunlar Ermənistanın revanşizm iddiasında olan rəhbərliyinin problemidir.
Azərbaycan rəhbəri İlham Əliyev isə bütün qabaqlayıcı addımlarını vədəsində atmaqla dəfələrlə etdiyi xəbərdarlığını bir daha təkrarladı:
"Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin".
***
Müharibə vəziyyətində yaşamaq, məkrli və düşmən münasibətlərinin hədəfinə çevrilmək önləyici tədbirlər görülməsini, ehtiyat tədbirlərinə üstünlük verilməsini tələb edir.
COVID-19-la bağlı quru sərhədlərimiz bağlanmışdı və bu, həmin dövrün zəruri tədbirlərindən biri sayılırdı.
Sərhədlərin hələ də açılmaması müəyyən narahatlıqlar və suallar doğururdu.
Cənab İlham Əliyev bu məsələyə də zəruri aydınlıq gətirdi:
"Son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi bir çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlərin qarşısı alınır".
Azərbaycan xüsusi xidmət orqanları yüksək səviyyədə, peşəkarlıqla çalışmağı, ölkə daxilində vətəndaşların təhlükəsizliyini təmin etməyi məharətlə bacarırlar.
Məhz bunun sayəsində Azərbaycan həm də dünyanın ən sabit, ən əmin-aman ölkələrindən biri sayılır.
Belə sabitlik, dövlətin daxili və xarici risklərdən qorunması onun möhkəmliyini və gücünü göstərən şərtlərdən biridir.
***
Prezident İlham Əliyevin diqqət çəkdiyi vacib vəzifələrdən biri də ideoloji təxribatların qarşısının alınması və ideoloji təhlükəsizlik oldu:
"İdeoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların".
Göründüyü kimi, dövlət başçısı bu məqamı qabardarkən onun həllində əlbir və əlaqəli fəaliyyəti ön plana çəkir.
Bəli, ölkəmizə qarşı dayanmadan ideoloji təxribatlar baş verir.
Əsas hədəf isə gənclər sayılır, çünki onları yoldan çıxarmaq, məkrli planların iştirakçısına çevirmək daha asan olur.
ABŞ-nin və Qərbin ən qəddar və qaniçən planlarından sayılan "ərəb baharları" və "rəngli inqilablar" məhz təcrübəsiz, asanlıqla düz yoldan çıxarılan, emosiyalara üstünlük verən gənclərin sayəsində "uğur" qazanmışdı.
Lakin sonradan bəlli oldu ki, bu "uğurlar" çoxsaylı qurbanlara, dövlətin təbii sərvətlərinin talanmasına, onun inkişafının on illərlə geri atılmasına səbəb olmuşdur.
Bütövlükdə son dövrdə Prezident İlham Əliyev gənclərin ideya-siyasi, vətənpərvərlik tərbiyəsinə daha çox diqqət yetirir, Qarabağ Universitetindəki çıxışında da bu haqda danışmışdı.
Torpaqların işğaldan azad edilməsinə hazırlıq, 44 günlük Zəfər müharibəsi və daha sonralar baş verənlər Azərbaycan gəncinin milli şüuruna, ənənəvi keyfiyyətlərinə güclü təsir göstərərək onun vətənpərvərlik duyğularının, Vətən, xalq və dövlət qarşısındakı məsuliyyət hissinin daha da yüksəlməsinə ciddi təsir göstərmişdir.
Bu gün Azərbaycan gənci dünyada baş verən proseslərdən, ölkəmizə yönələn xain planlardan asanlıqla baş çıxarır, vətəndaşlıq borcunu dərindən dərk edərək doğru mövqedə dayanır.
Lakin heç zaman arxayınlaşmaq olmaz!
Ailə, məktəb, ideoloji sahədə çalışanlar əl-ələ verərək düşmənlərimizin bütün xəyanətkar əməllərini puça çıxarmağı, milli birliyimizi qorumağı təmin etməlidirlər.
İdeoloji mübarizə, gənclərin milli ruhda tərbiyəsi vəhdətdə götürülməli, müvafiq qurumların gündəlik fəaliyyətinin mərkəzində saxlanılmalıdır.
Prezidentimizin də tövsiyəsi belədir:
"Gənc nəslin milli ruhda böyüməsi, sadəcə olaraq, sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır".
***
Müzəffər Ali Baş Komandan İlham Əliyevin ikiəsrlik Qarabağ münaqişəsinə 44 gündə son qoymasını bizdən başqa kimsə gözləmirdi.
Ermənistanın dostları və havadarları qısa vaxtda qazanılan möhtəşəm qələbədən əvvəlcə çaşdılar, sonra özlərini itirdilər, ən nəhayət Ermənistanı əlimizdən almaq, hərbi əməliyyatları dərhal dayandırmaq üçün əl-ayağa düşdülər.
Azərbaycanın zəfərin davamı olaraq ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsi düşmənlərimizin niyyət və planlarını puça çıxardı.
Artıq bütün maskalar cırılmış, əsl sifətlər üzə çıxmışdır.
Ermənistanın biabırçı məğlubiyyətindən məyus olanlar, Azərbaycanın möhtəşəm qələbəsini gözü götürməyənlər, ərazilərini separatçı və terrorçu tör-töküntülərindən təmizləməsindən narazı qalanlar müxtəlif planlar və oyunlar qurmağa, hansısa formada ölkəmizə təsir və təzyiqlər etməyə müxtəlif çabalar göstərirlər.
Lakin əbəs yerə!
Sürətlə şütüyən qatarın dalınca baxmaq olar, ona çatmaq, yolundan döndərmək isə mümkün deyil!
İlham Əliyev dövlətlərarası münasibətlərin baş meyarını da müəyyənləşdirib:
"Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?"
***
Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın sayılıb-seçilən liderlərindəndir.
İxtisasca diplomatdır.
Ən əsası, Heydər Əliyev məktəbinin yeganə əyani tələbəsi olmuş siyasətçidir!
İlham Əliyev həm də yerini bilməyənlərə yerini göstərməyi, cızığından çıxanları yerində oturtmağı məharətlə bacarır!
Bunu ustalıqla, diplomatik şəkildə edir.
Milli Məclisin VII çağırış ilk iclasındakı nitqində beynəlxalq arenaya ünvanlanan mesajlarından biri bu məsələyə həsr olunmuşdur.
Artıq Azərbaycan öz gücünə öz problemini həll etmiş, ölkənin ərazi bütövlüyünə və dövlət suverenliyinə nail olmuşdur. Qarabağı və Şərqi Zəngəzuru öz imkanları hesabına sürətlə bərpa edərək keçmiş məcburi köçkünləri dədə-baba torpaqlarına uğurla qaytarmaqdadır.
Azərbaycan heç kəsdən minnət götürmür və kimsənin ona minnət qoymasına yer yoxdur!
Odur ki, hamı ilə münasibətləri bərabər hüquq və qarşılıqlı hörmət əsasında qurur.
Başqa sözlə desək, Azərbaycan heç zaman heç kəsin daxili işinə qarışmır, onun işinə qarışmaq istəyənlərin isə dərsini dərhal verir!
İlham Əliyev xarici siyasətimizdə baş verən yenilikləri nəzərdə tutaraq ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm prinsiplərini də bir daha xatırlatdı:
"Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!
***
Hazırda ən önəmli vəzifə Qarabağın və Şərqi Zəngəzurun bərpası sayılır.
Dövlət başçısı cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi, vəsait ayırdığı, çoxsaylı səfərlər, təməlqoyma və açılışlar etdiyi ünvan da işğaldan azad olunan ərazilərimizdir.
Faktlar və rəqəmlər də deyilənləri sübut edir:
* Müharibədən sonra ayrılan və ilin sonunadək xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır.
* Artıq 8 mindən çox keçmiş məcburi köçkün geriyə dönərək doğma torpaqlarda yaşayır.
* İndiyədək azad edilən ərazilərdə 3 min kilometr avtomobil yolu çəkilib.
* Uzunluğu 70 kilometr olan 45 tunel qazılması nəzərdə tutulub və onların bir qismində işlər başa çatdırılıb.
* 450 körpü qurulacaqdır.
* İndiyədək iki beynəlxalq hava limanı və dəmir yolları istifadəyə verilmişdir.
* Üç il ərzində 270 meqavat gücündə su-elektrik stansiyaları istismara buraxılmışdır və bu proses davam edir.
* Smart yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, uşaq bağçaları, digər sosial obyektlər bir-birinin ardınca istifadəyə verilir.
* Dağıdılmış məscidlər yenidən qurulur, tarixi abidələr bərpa edilir.
* Zəfər muzeyləri, işğal muzeyləri yaradılır.
Təəssüf doğuran haldır ki, dünyanın heç bir donor təşkilatı bu prosesdə iştirak etmir, biganəlik və laqeydlik göstərir.
Qürurdoğuran haldır ki, bütün bu işləri özümüz edə bilirik, gücümüz və maliyyəmiz yetərincədir!
Növbəti ilin dövlət büdcəsində möhtəşəm quruculuq işlərinin sürətli davamı, şübhəsiz, nəzərə alınacaqdır.
***
Paşinyan sülh danışıqları imitasiyası yaradır, "sülh oyunu" oynayır.
Bütün bu hoqqabazlıqla vaxtı uzatmağa, yenidən güclənməyə can atır.
Dostları və havadarları isə Ermənistana hərbi potensial yaratmağa çalışırlar:
* Təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri də hayların ordusunda işə başlayıblar.
* Sərhədimizdə qanunsuz olaraq "müşahidəçi" missiyası, əslində, "durbinli" casuslar dəstəsi yaradıblar.
* ABŞ ilə birgə hərbi təlimlər keçirirlər.
* ABŞ təyyarələri davamlı şəkildə hərbi yüklər daşıyır.
* ABŞ mütəxəssisləri Ermənistanın Müdafiə Nazirliyində işə götürülürlər və s.
Otuz il ərzində Ermənistan silahlandı, səngərlər qazdı, bunkerlər düzəltdi, ATƏT-in köməyi ilə "sülh oyunu" oynadı.
Sonrası nə oldu?
Əl-ayağımıza düşərək, Prezidentimizə minnətçilər salaraq kapitulyasiya aktını imzaladı.
Güclü, iddialı, indiki müdafiəçilərinin arxasında durduğu bir vaxtda darmadağın edildi.
İndi Azərbaycan qüdrətli dövlətə çevrilib, qısa müddətdə düşmən ordusunu məhv edərək torpaqlarını azad edib, Silahlı Qüvvələrini əvvəlkindən güclü vəziyyətə gətirib!
Sülh müqaviləsinin şərtlərini də irəlicədən bəyan edib!
Üstündə israr etdiyi iki məqamı da açıq şəkildə bildirir:
ATƏT-in Minsk qrupu gərəksiz və faydasız olduğuna görə ləğv edilməli, Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır!
Və heç kəs unutmamalıdır: ŞƏRTLƏRİ QALİB TƏRƏF QOYUR!
"Danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər".
İKİNCİSİ: "Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır".
Hər iki sitat cənab İlham Əliyevin parlamentdəki nitqindəndir!
Aydın və konkret.
***
"Dəmir yumruq" Azərbaycanın "Qarabağ problemi"ni birdəfəlik həll etdi!
Ermənistana da böyük faydası dəydi!
"Xalq içindən çıxmış" "sorosçu" baş nazir Paşinyan dərk etdi ki, "tarixi Ermənistan"la "real Ermənistan" arasında mühüm fərqlər var!
Reallığı dərk etmək və real düşünmək lazımdır!
Ermənistanı qızışdıraraq Cənubi Qafqazı müharibə meydanına çevirmək, öz istəklərini gerçəkləşdirmək istəyənlər isə sülh müqaviləsinin imzalanmasına əngəl törədirlər.
Üçüncü dünya müharibəsi başlaya bilər və belə olan halda "təhrikçilərin" və "qızışdırıcıların" başı özlərinə qarışacaqdır.
Onda Ermənistana sülh müqaviləsi hava-su kimi lazım olacaqdır.
Bütün hallarda İlham Əliyev növbəti dəfə öz xəbərdarlığını etdi:
"Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir".
Ağıllı və uzaqgörən olmaq lazımdır, cənablar!
Bəxtiyar SADIQOV
Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib
Bu peşələr 10 il ərzində yox olacaq
Qiymətləndiricilərin ixtisas imtahanına qeydiyyatı başa çatıb
Londonda “COP29: İqlim dəyişmələri, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında Birgə Bəyannamə qəbul edilib
Avropa Parlamenti Gürcüstandakı vəziyyəti müzakirəyə çıxarır
İtaliyada orqan transplantasiyası sürətlə artır
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir Prezident İlham Əliyev iclasda iştirak edir YENİLƏNİB
ABŞ-də fövqəladə vəziyyət elan edildi
Ali Məhkəmənin hakimləri təyin edilib – QƏRAR
“Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib
Kuba Rusiyaya rəsmi müraciət göndərib
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib
Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb
Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB
RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur
Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib
Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub
Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2
Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!