05 Dekabr 2025 18:09
379
SİYASƏT
A- A+
BMTM-in şöbə müdiri : Azərbaycan Qlobal Cənub və enerji təhlükəsizliyində strateji rol oynayır  

BMTM-in şöbə müdiri : Azərbaycan Qlobal Cənub və enerji təhlükəsizliyində strateji rol oynayır  


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev dekabrın 3-5-də Çin Xalq Respublikasına səfəri çərçivəsində bir sıra yüksəksəviyyəli beynəlxalq tədbirlərdə iştirak edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də Ş.Hacıyev Şanxay şəhərində keçirilən “Üçüncü Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu”nda çıxış edib.

İqlim dəyişikliyi və beynəlxalq iqtisadi bərabərsizliyin Qlobal Cənubun qarşısında duran ən ciddi çağırışlar olduğunu bildirən Ş.Hacıyev Xəzər dənizində su səviyyəsinin enməsi ilə bağlı yaranmış ekoloji vəziyyətə də toxunub. O, sahilyanı dövlətlərin regional əməkdaşlığı dərinləşdirməsinin və adaptasiya tədbirlərini sürətləndirməsinin zəruriliyini vurğulayıb, həmçinin Çin və Azərbaycan arasında mövcud olan səmərəli strateji tərəfdaşlıqdan bəhs edib.

Ş.Hacıyev, eyni zamanda, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutları tərəfindən təşkil olunan “Yeni növ beyin mərkəzləri və Qlobal Cənub” adlı dəyirmi masada çıxış edərək, Azərbaycanda beyin mərkəzlərinin artan rolundan danışıb və Qlobal Cənub mövzuları üzrə akademik institutlar arasında daha dərin əməkdaşlığın vacibliyini qeyd edib.

Dekabrın 5-də isə BMTM-in şöbə müdiri Şanxay Beynəlxalq Araşdırmalar İnstitutları tərəfindən təşkil olunan “Dünya nizamı böhran içində: İslahat, yoxsa yenidənqurma?” mövzulu digər konfransda iştirak edib.

O, “Təhlükəsizləşdirilmiş dünyada qarşılıqlı asılılığın qorunması” mövzusundakı paneldə təhlükəsizləşdirmə prosesinin Azərbaycan kimi strateji mövqedə yerləşən ölkələr üçün doğurduğu nəticələr barədə danışıb. Bildirib ki, qlobal enerji böhranları fonunda Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolu daha da önəm qazanıb. Bu mənada Cənub Qaz Dəhlizini xüsusilə qeyd edən Ş.Hacıyev layihənin təkcə iqtisadi əhəmiyyət daşımadığını, həmçinin Avropanın enerji təhlükəsizliyi arxitekturasının əsas sütununu təşkil etdiyini deyib. Vurğulayıb ki, Azərbaycan Günəş və külək enerjisi sahələrində öz layihə və ya xidmət çeşidini genişləndirir, yaranmaqda olan Xəzər-Qara dəniz dəhlizi vasitəsilə Avropaya yaşıl elektrik ixracına hazırlaşır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!