06 Dekabr 2025 09:54
452
SİYASƏT
A- A+
Ceyhun Bayramov: Azərbaycanın prioriteti regional inkişafın və sülhün təmin edilməsidir  

Ceyhun Bayramov: Azərbaycanın prioriteti regional inkişafın və sülhün təmin edilməsidir  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyana şəhərində keçirilən Azərbaycan Tədqiqatları üzrə IV Avropa Konfransının yüksəksəviyyəli dialoqunda çıxış edib.

AZƏRTAC xəbər verir ki, 2022-ci ildən etibarən hər il keçirilən konfrans bu il Avropanın 12 ölkəsindən aparıcı araşdırma və beyin mərkəzləri, universitetlərini təmsil edən tədqiqatçı, ekspert və ictimai rəy liderlərinin iştirakı ilə baş tutub.

Tədbirin yüksəksəviyyəli dialoqunun əsas natiqi qismində çıxış edən xarici işlər naziri konfransın müsbət ənənəyə çevrildiyini, tədbirin ölkəmizə, onun xarici siyasətinə və Cənubi Qafqazdakı roluna artan marağın göstəricisi olduğunu qeyd edib.

Nazir ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü mühüm diplomatik təşəbbüslər barədə məlumat verib, səylərin regional və beynəlxalq əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, 8 avqust tarixində baş tutmuş Vaşinqton Sammiti və onun nəticələri, ölkəmizin COP29, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi çoxtərəfli platformalara uğurlu sədrliyi haqqında məlumat verən nazir bu təşəbbüslərin Azərbaycanın regional liderlik statusunun göstəricisi olduğunu qeyd edib.

44 günlük Vətən müharibəsindən sonra məhz Azərbaycanın qalib tərəf kimi sülh təşəbbüsü ilə çıxış etməsinə diqqət çəkən C.Bayramov 30 ildən çox nəticəsiz fəaliyyət göstərən Minsk qrupu və əlaqədar strukturların ləğvinin ölkə başçısının uzaqgörən strategiyasının nəticəsi olduğunu qeyd edib və bunun regionda dayanıqlı sülh üçün əhəmiyyətli addım olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov ölkəmizin ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və qonşu ölkələrlə münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Avropa İttifaqı ilə əməkdaşlığa toxunan nazir Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində Avropanın strateji və etibarlı tərəfdaşı olduğuna diqqət yönəldib. Eyni zamanda, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının artan dinamikasını, bunun Orta Dəhlizin inkişafı üçün əhəmiyyətini vurğulayan nazir bu baxımından da Azərbaycanın Avropa üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaş olduğunu qeyd edib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə müstəqil, bərabərhüquqlu və suveren maraqlardan irəli gələn əməkdaşlıq həyata keçirdiyini bildirən C.Bayramov ölkəmizin Avropa ilə əlaqələrinin də məhz bu müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.

Xatırladaq ki, indiyə qədər Azərbaycan Tədqiqatları üzrə Avropa konfranslarında iştirak etmiş 100-ə yaxın tədqiqatçını sıralarında birləşdirən ekspert şəbəkəsi Avropa akademik məkanında Azərbaycan üzrə araşdırmalar sahəsində mütəmadi fəaliyyət aparmaqdadır. Konfransın builki müzakirələri Cənubi Qafqazda sülh gündəliyi, postmünaqişə dövründə Azərbaycanın artan geosiyasi rolu, Orta Dəhlizin qlobal iqtisadiyyatda rolu və Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin gələcək perspektivləri mövzuları ətrafında aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!