19 Aprel 2025 08:25
450
SİYASƏT
A- A+
Qərəz və riyakarlıq...

Qərəz və riyakarlıq...


Qərbin ədalət anlayışı bundan o tərəfə keçmir


Azərbaycanın müasir tarixi çoxsaylı uğurlarla, əlamətdar hadisələrlə zəngindir. Ən böyük uğurumuz, tariximizin ən möhtəşəm hadisəsi isə sözsüz ki, torpaqlarımızın işğaldan azad edilməsi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasıdır. Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan zəfərlərlə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı savaşda qalib gələn dövlətə çevirdi, xalqımıza qürur yaşatdı. 


Vasitəçilik edənlər və beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmadılar


Qarabağ dünyada hər zaman Azərbaycan torpağı kimi tanınıb. Ermənilər isə həm Qarabağı, həm də ətraf rayonları işğal etmiş, 700 min nəfərdən artıq azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdular. İşğal dövründə Azərbaycan əraziləri ermənilər tərəfindən vandallığa məruz qalmışdı. Düşmən milli mədəniyyətimizə, tarixi irsimizə, təbiətimizə də qənim kəsilmişdi.

Amma bütün bunlara baxmayaraq, artıq keçmişdə qalmış Qarabağ probleminin həllində vasitəçilik edənlər və digər beynəlxalq təşkilatlar hər zaman ikili standartlardan çıxış etmiş, işğalçını öz adı ilə çağırmaqdan, Ermənistandan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməkdən uzaq olmuşdular. Daim ikili standartlardan çıxış etmiş, problemin güc yolu ilə həllinin qeyri-mümkün olduğunu bildirmişdilər. 

Yüz minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşsə də, beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri bir dəfə də olsun haqsızlığı dilə gətirmədilər, obyektiv olmadılar. Demokratiya və insan hüquqlarından dəm vursalar da, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yüz minlərlə azərbaycanlının yaşamaq və mülkiyyət hüquqlarının pozulmasına laqeyd münasibət ortaya qoydular. Həm də erməni sevgisindən çıxış edərək Azərbaycana qarşı hər zaman riyakar mövqe tutdular, Ermənistanın təəssübkeşi kimi özlərini göstərdilər. 

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra təsdiqini tapan əsas həqiqətlərdən biri də budur ki, ATƏT-in artıq fəaliyyətini dayandırmış Minsk qrupunun həmsədri kimi Fransanın əsl niyyəti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması olub. Fransanın problemə baxışı heç ikili standartlar çərçivəsində də olmayıb. Parisin siyasi standartı yalnız Ermənistanın maraqlarının təmin olunması, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması olub.


Azərbaycan həm də erməni təəssübkeşlərinə qalib gəldi


Bu gün də Azərbaycan Qərbin məkri ilə üz-üzədir. Vaxtilə Ermənistanın maraqlarını ikili standartlar prizmasından müdafiə edən Qərb siyasi mərkəzləri indi dəyişiblər. Belə ki, bu gün onlar açıq şəkildə Ermənistanı müdafiəyə qalxaraq, Azərbaycanla düşmənçilik edirlər. Bu gün həmin Qərb Azərbaycanı öz torpaqlarını işğaldan azad etməkdə, ərazilərində erməni separatizminə son qoymaqda günahlandırır. Hansı ki bir vaxtlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirir və arxasınca da riyakarcasına problemin güc yolu  ilə həllinə qarşı olduqlarını deyirdilər. Amma onların nə deməsindən, nə fikirləşməsindən asılı olmayaraq, qüdrətli Azərbaycan torpaqlarını işğaldan azad etdi, ermənilərin 200 ilə yaxın davam etdirdikləri separatizmə son qoydu. 

Qeyd etdiyimiz kimi, Azərbaycana qarşı bir vaxtlar ikili standartlardan çıxış edənlər indi ölkəmizi hədəfə alıblar.  Elə bir həftə yoxdur ki, erməni təəssübünü çəkən dövlətlər və təşkilatlar tərəfindən Azərbaycana qarşı hansısa ittiham səslənməsin və yaxud ölkəmiz üçün adi kağız qədər əhəmiyyəti olmayan sənəd qəbul edilməsin. Sanki bunların işi-gücü yalnız Azərbaycanın uğurlarına kölgə salmaqdan, ölkəmizə böhtan və şər atmaqdan ibarətdir. 

Fransa hakimiyyəti, habelə bu ölkənin Senatı və Milli Assambleyası, Avropa Parlamenti və AŞPA hazırda erməni məkrinin ən alovlu müdafiəçiləri qismində çıxış edirlər.  Buraya regionda nə baş verdiyini, ümumiyyətlə, dərk etməyən Niderlandı və Belçikanı da əlavə edə bilərik. Bir neçə ay əvvələ qədər ABŞ-nin keçmiş prezidenti Baydenin administrasiyası da onların sırasında idi. ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinkenin sanki Azərbaycanı  hədəfə almaqdan başqa işi-gücü yox idi. Onun ermənipərəst mövqeyi siyasi riyakarlığın zirvəsi idi. 

Vətən müharibəsində torpaqlarını işğaldan azad edən, 2023-cü ilin sentyabrında Qarabağda erməni separatizminə son qoyan Azərbaycan həm də sözügedən erməni təəssübkeşlərinə, Qərbdə mənzillənən antiazərbaycançı şəbəkəyə qalib gəldi, onların riyakarcasına müdafiəsində dayandıqları işğal siyasətini, ikili standartları darmadağın etdi. İndi bu bədnam siyasi qaragüruh Azərbaycanın zəfəri ilə barışa bilmir, ölkəmizi öz milli haqqını bərpa etməkdə günahlandırır. 

Əvvəl ikili standartlar, indi isə açıq şəkildə qərəz, riyakarlıq. Görünən odur ki, Qərbin ədalət anlayışı bundan o tərəfə keçmir. Amma onların nə deməsinin, nə qəbul etməsinin güclü və qalib Azərbaycan üçün zərrə qədər də əhəmiyyəti yoxdur. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

02:26
22 May

AKP sədrinin müavini: Qərbi Azərbaycana qayıdış tələbi hüququn və ədalətin təzahürüdür

23:35
21 May

Ramil Həsən: Türkiyə Qərbi Azərbaycan məsələsində Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir

22:05
21 May

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

21:22
21 May

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının məsələsidir

18:20
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB - 4 

18:10
21 May

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır  

18:02
21 May

Azərbaycan ilə Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb  

17:53
21 May

Vüqar Rəhimzadə: Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır  

17:49
21 May

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  

17:36
21 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan  

17:08
21 May

Bu il rekord sayda maqnit fırtınası gözlənilir

17:02
21 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

17:01
21 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

16:55
21 May

Səfir: Çin-Azərbaycan münasibətləri daim inkişaf edir və qarşılıqlı faydalı əməkdaşlığın nümunəsinə çevrilib  

16:28
21 May

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

16:24
21 May

Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib  

16:19
21 May

“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb  

16:14
21 May

Baş nazirin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb  

16:11
21 May

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub  

16:07
21 May

Böyük Britaniyada ağcaqanadlarda Qərbi Nil virusu aşkarlanıb

16:05
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!