12 Fevral 2025 09:25
902
Mədəniyyət
A- A+
Qəbələdə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının yekun konserti olub

Qəbələdə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının yekun konserti olub


Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən "Qış nağılı" Beynəlxalq Musiqi Festivalı başa çatıb.

2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirən "Qış nağılı" festivalı yenə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. Fevralın 7-də başlayan və dörd gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, fevralın 10-da axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Festivalın yekun konsertində Xalq artisti Ənvər Sadıqov (qarmon), Əməkdar artist Emil Əfrasiyab (piano) və "Qaytağı" instrumental ansamblının iştirakı ilə tamaşaçılara möhtəşəm proqram təqdim olunub. Konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Ansamblın təqdim etdiyi Azərbaycan kinofilmlərinin musiqiləri əsasında popurilər, "Telefonçu qız" kinofilmindən "Xəyal", "Doğma nəğmələr", Ruhəngiz Qasımovanın "Anacan, dostum evlənir", "Yenilməz batalyon" kinofilmindən mahnı, xalq mahnısı "Laçın", xalq rəqsi "Uzundərə" və digər mahnı və rəqslər, əsərlər tamaşaçıların ürəyincə olub.

Beləliklə, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən "Qış nağılı" Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin, Bakı Kamera Orkestrinin, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin "Eyforiya", Polşanın "Glassduo" ansambllarının, "Qaytağı" instrumental ansamblının konsertlərini, Azərbaycanın və xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!