17 Aprel 2026 09:05
941
Mədəniyyət
A- A+
Qəddarlığın həddi olmazmış

Qəddarlığın həddi olmazmış


Güllələnən Vəli Xuluflunun həyat yoldaşı da repressiyadan qurtula bilmədi


Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli "I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncamında 1926-cı ilin fevralında Bakıda keçirilmiş I Türkoloji Qurultay türk tarixində əhəmiyyətli dönüş nöqtəsi olaraq qiymətləndirilir. Bildirilir ki, bu mötəbər toplantı yalnız türkologiya elminin inkişafına xidmət etməmiş, həm də türk xalqları arasında ortaq mədəni kimlik və intellektual birliyin formalaşmasında önəmli rol oynamışdır. Qurultay ilk dəfə olaraq vahid ümumtürk əlifbası və ortaq orfoqrafiya məsələlərini sistemli şəkildə gündəmə gətirmiş, mövzunu elmi, tarixi və praktiki aspektlərdən əhatəli şəkildə müzakirəyə çıxarmışdır.

100 il öncə bu mötəbər tədbirin keçirilməsinin təşkilatçılarından biri də görkəmli folklorşünas alim Vəli Xuluflu olmuşdur. Qurultaydan iki il öncə, daha dəqiq desək, 1924-cü il sentyabr ayının əvvəllərində Vəli Xuluflu dörd nəfərdən ibarət  heyətin tərkibində Yeni Əlifba Komitəsinin  sədri  Səməd ağa Ağamalıoğlunun  rəhbərliyi ilə "Molla Nəsrəddin" jurnalının redaktoru Cəlil  Məmmədquluzadə və Bakı Pedaqoji Texnikumunun dil-ədəbiyyat müəllimi Xalid Səidlə birlikdə bütün türk cümhuriyyətlərinin mərkəzinə gedir və səlahiyyətli adamlarla görüşlər keçirirdilər. Bu görüşlər zamanı Vəli Xuluflu türk xalqlarının vahid etnik mədəniyyətə, adət-ənənələrə, eyni  dilə malik olduqlarını, onların arasında yaxınlaşmanın vacibliyini vurğulayırdı. 

Türk dünyasına möhkəm tellərlə bağlı olan Vəli Xuluflu ərəb, fars, rus, türk dilləri ilə yanaşı, alman, qazax, türkmən, tacik dillərini də bilirdi. O, türk xalqlarının Bakıda keçirilən I Türkoloji Qurultayında qaldırılan və həmkarları tərəfindən dəstəklənən bu məsələnin reallığa çevrilməsi üçün türk xalqlarının yığcam yaşadığı Krıma, Qazaxıstana, Özbəkistana, Başqırdıstana, Tatarıstana, Türkmənistana, Tacikistana, habelə Qırğızıstan və Qaraqalpaq Şuraları Cəmiyyətinə səfərlər etmiş, mütəxəssislər və elm adamları ilə görüşmüş, mühazirələr oxumuş, fikir mübadiləsi aparmışdı. Bundan əlavə, o, Yeni Türk Əlifbası Komitəsinin xətti ilə 1922-1925-ci illərdə respublikamızın müxtəlif bölgələrində əlifba islahatı üzrə geniş və səmərəli iş aparmışdı. Odur ki "NKVD"çilər Vəli Xuluflunu bir millətçi kimi  özlərinin "qara siyahı"sına salmışlar.

Vəli Xuluflu Azərbaycanda latın əlifbasına keçidlə bağlı Türkoloji Qurultayın keçirilməsinin ideya müəllifləri və  təşkilatçılarından biri olmuşdur. O vaxt I Türkoloji Qurultayın əvvəl Leninqradda (Sankt-Peterburqda), sonra Moskvada keçirilməsi barədə razılıq əldə edilməsinə baxmayaraq, Kreml maliyyə imkansızlığı bəhanəsi ilə buna imkan verməmişdir. Əvəzində professor Vəli Xuluflunun rəhbərlik etdiyi Azərbaycan Tədqiq və Təttəbö Cəmiyyəti və yeni Türk Əlifba Komitəsi həmin tarixi qurultayın Azərbaycanın paytaxtı Bakıda keçirilməsinə nail olmuşdur. Çünki latın əlifbasına keçid, yaxud ərəb əlifbasının islahatı ideyası ilk dəfə Azərbaycan maarifçiləri tərəfindən irəli sürülmüşdü. İkincisi, əlifba islahatı dövlət səviyyəsində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılmış, bu istiqamətdə bir sıra əməli addımlar atılmışdı. Üçüncüsü, əlifba islahatı üzrə Yeni Türk Əlifba Komitəsi Azərbaycanda təşkil edilmiş, habelə digər türkdilli xalqlar arasında, xüsusən respublikamızda latın əlifbasına keçidlə bağlı hazırlıq işləri aparmışdı. Dördüncüsü, Azərbaycanda bu prosesi idarə edəcək elmi potensial, görkəmli türkoloqlar cəmləşmişdi. Nəhayət, Azərbaycanda sonralar respublika Elmlər Akademiyasının formalaşmasında təməl rolunu oynamış Azərbaycan Tədqiq və  Tətəbbö Cəmiyyəti öz ətrafına güclü elmi qüvvələr toplamışdı. Beləliklə, professor Vəli Xuluflunun və digər dilçi islahatçıların marağında olduqları bu tarixi qurultay Yeni Türk Əlifbası Komitəsi ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin birgə qərarı ilə elə Bakıda, Vəli Xuluflunun rəhbərlik etdiyi Tədqiq və Tətəbbö Cəmiyyəti binasında (indiki AMEA Rəyasət Heyətinin binası) 2026-cı ildə keçirildi. 

131 nəfər nümayəndə və xeyli qonağın iştirak etdiyi qurultayda xeyli sayda tarix, etnoqrafiya və mədəniyyətə dair görkəmli tarixçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələrdə Vəli Xuluflunun cidd-cəhdi sayəsində qurultayın məram və məqsədinə uyğun olaraq əlifba, orfoqrafiya, terminologiya və metodika məsələlərinə həsr olunmuş məruzələrə üstünlük verildi, əsasən latın qrafikalı əlifbaya keçid məsələsinə dair qətnamələr qəbul edildi. Beləliklə, Vəli Xuluflu da daxil olmaqla Azərbaycan türkoloqlarının ən böyük tarixi uğuru qurultay iştirakçılarının türkdilli xalqların latın əlifbasına keçidinə dair qəti qərar qəbul etməsi oldu. 

Latın əlifbasına keçidi ölkəmizin ziyalıları, şair və yazıçıları ürəkdən alqışladılar. Bu alqışlar içərisində istiqlal şairi Əhməd Cavadın "Yeni türk əlifbaçılarına" xitabən yazdığı:


Mən bir aşiqəm ki, çaldığım bu saz

Dumanlı dağlara səs salacaqdır.

Dinlədiyim dildə inləyən avaz

Elin xatirində çox qalacaqdır.


şeirinin səsi çox uzaqlardan eşidilirdi.

1929-cu il yanvarın 1-dən Azərbaycan əlifbası tam latın qrafikasına keçdi. I Türkoloji Qurultayın qərarına uyğun olaraq, digər türkdilli xalqlar və respublikalarla yanaşı, Türkiyə Cümhuriyyəti də həmin ildən latın əlifbasını qəbul etdi. Bu keçid xalqın kütləvi savadsızlığının aradan qaldırılmasında müstəsna rol oynadı, türkdilli xalqlar arasında mədəni əlaqələri gücləndirdi. 

Amma "dumanlı dağlara səs salan" bu güclənmə 10 il əvvəl Azərbaycanı işğal etmiş rus imperiyası rəhbərliyinin, xüsusən də "ellər atası" Stalinin diqqətindən yayınmadı. Odur ki, 1930-cu illərin ortalarından başlayaraq SSRİ rəhbərliyi türk xalqları arasında mədəni birliyin mühüm vasitəsi olan latın əlifbası sahəsindəki siyasətində dəyişiklik etmək qərarına gəldi. I Türkoloji Qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu vacib iş siyasi məqsədlərə qurban verildi. Ümummilli ideyaların daşıyıcıları olan Azərbaycanın dilçi-tarixçi və ədəbiyyatçı türkoloqlarının böyük əksəriyyəti qırmızı terrorun toruna düşdü. Qurultay iştirakçılarının birbaşa Stalinə çatdırılan siyahısındakı şəxslər 1937-1938-ci illərdə "üçlüy"ün qərarı ilə "millətçi" və "xalq düşməni" elan edilərək güllələndilər. O cümlədən 1937-ci  il oktyabrın 12-də Bakıda SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının gizlin keçirilən 20 dəqiqəlik qapalı "məhkəmə iclasında" müstəntiq erməni Qalustyanın təqdimatı, məhkəmənin sədri Matuleviç, üzvlər Zaryanov və Æiqurinin çıxardıqları hökmlə Vəli Xuluflu "əks-inqilabi fəaliyyətdə, pantürkist təşkilat yaratmaqda və Türkiyənin xeyrinə casusluqda" müqəssir hesab edilərək ən ağır cəzaya - əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edildi. Bundan sonra V.Xuluflunun həyat yoldaşı Fatma Xuluflu da 8 il azadlıqdan məhrum edilməklə Rusiyaya sürgünə göndərildi. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib  

17:51
02 Oktyabr

Ankaradan Bakıya uzanan biznes körpüsü  

17:49
02 Oktyabr

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

17:42
02 Oktyabr

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar

17:41
02 Oktyabr

Orqanizmin xərçəngdən müdafiəsini zəiflədən gözlənilməz amil aşkar edilib  

17:19
02 Oktyabr

Gündəlik istifadə edilən iki qida iltihabı azaltmağa kömək edir  

17:14
02 Oktyabr

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir  

17:10
02 Oktyabr

Suverenlik Azərbaycanın xarici siyasət strategiyası kimi  

17:08
02 Oktyabr

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar

17:06
02 Oktyabr

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

17:05
02 Oktyabr

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub  

17:03
02 Oktyabr

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

17:01
02 Oktyabr

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər  

16:59
02 Oktyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub  

16:57
02 Oktyabr

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb  

16:55
02 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO  

16:39
02 Oktyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

16:36
02 Oktyabr

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir  

16:34
02 Oktyabr

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir  

16:15
02 Oktyabr

Xankəndidə Futbol Akademiyası yaradılacaq

16:14
02 Oktyabr

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

16:00
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!