17 Aprel 2026 09:57
155
SİYASƏT
A- A+
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  


Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın İstanbul şəhərində keçirilən Assambleyası çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Şalva Papuaşvili Gürcüstan Parlamentinin “Şərəf” medalını Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib. Qeyd olunub ki, Azərbaycan parlamentinin sədri parlamentlərarası əlaqələrin inkişafına, həmçinin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə bu ali mükafata layiq görülüb. Vurğulanıb ki, Milli Məclisin sədri Sahibə Qafarova bu medala layiq görülən ilk parlament sədridir.

Söhbət zamanı PAİ Assambleyası kimi beynəlxalq tədbirlərin həm dünya ictimaiyyətini narahat edən məsələlərin və aktual problemlərin müzakirəsi, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi baxımından mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər münasibətlərin yüksək səviyyədə inkişafında dövlət başçıları arasında mövcud olan əlaqələrin, eləcə də ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd ediblər. Bu çərçivədə Prezident İlham Əliyevin cari ilin aprel ayında Gürcüstana dövlət səfərinin əhəmiyyəti xüsusi qeyd olunub.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğu məmnunluqla vurğulanaraq bildirilib ki, qanunvericilik orqanları həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Vurğulanıb ki, parlamentlərarası əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin mühüm istiqamətlərindən biridir və bu sahədə effektiv qarşılıqlı fəaliyyət mexanizmləri formalaşıb.

Parlament sədrləri və deputatlar arasında qarşılıqlı səfərlərin tərəflər arasına dialoqun daha da dərinləşməsinə müsbət töhfələri qeyd olunub. Sahibə Qafarova özünün mart ayında Gürcüstana səfərini xatırlayıb.

Görüşdə bildirilib ki, dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur. Eyni zamanda, Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və koordinasiyalı fəaliyyəti xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində

11:08
17 Aprel

Opera səhnəsinin unudulmaz qəhrəmanı

11:05
17 Aprel

Ötən gün narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib

10:44
17 Aprel

Dövlət Vergi Xidməti: Azərbaycan beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

10:44
17 Aprel

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:33
17 Aprel

ABŞ-də diqqətçəkən təyinat

10:29
17 Aprel

Sosial təminat sistemində innovativ addım: yeni rəqəmsal həll

10:28
17 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:27
17 Aprel

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!