16 Aprel 2026 08:30
703
Mədəniyyət
A- A+
Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi


Azərbaycanda şəhərsalma mədəniyyətinin tarixi çox qədim dövrlərə gedib çıxır. Tarixin müxtəlif mərhələlərində ərazilərimizdə formalaşan şəhərlər həm yaşayış məntəqəsi, həm də ticarət, mədəniyyət və elm mərkəzləri kimi inkişaf edib. Müasir şəhərsalma siyasəti isə keçmişin zəngin irsini qorumaqla yanaşı, yeni dövrün tələblərinə uyğun davam etdirilir.

Şuşa, Gəncə, Şəki, Bakı, Naxçıvan və digər şəhərlərimiz şəhərsalma mədəniyyətinin ən parlaq nümunələridir. Bu şəhərlərdəki memarlıq abidələri ölkəmizin zəngin şəhərsalma ənənəsindən xəbər verir.

Azərbaycan bu il XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13 - World Urban Forum XIII) evsahibliyi edəcək. Belə bir tədbirin Azərbaycanda keçirilməsi respublikamızdakı şəhərsalma siyasətinin beynəlxalq səviyyədə diqqət mərkəzində olması ilə bağlıdır. Bu beynəlxalq tədbir Azərbaycanın şəhərsalma sahəsində gördüyü işləri, yenilikləri və inkişaf planlarını dünya ilə bölüşmək üçün yaxşı fürsət olacaq. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın şəhərsalma, infrastruktur və beynəlxalq əməkdaşlıq sahəsində nüfuzunun artdığının göstəricisidir.

Hazırda Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Azad edilmiş ərazilərdə geniş bərpa və tikinti işləri davam edir. Şuşa, Füzuli, Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan, digər şəhər və rayonlarda həyata keçirilən layihələr müasir şəhərsalmanın uğurlu nümunəsidir. Bu, beynəlxalq səviyyədə qəbul olunan şəhərsalma prinsiplərinə uyğundur.

Ağdam şəhərinin Baş planı 2050-ci ilə qədər 100 min nəfərin yaşayışı üçün nəzərdə tutulub və burada əsasən bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Füzuli və Zəngilanda quraşdırılan "ağıllı işıqlandırma", tullantıların ayrılması və suyun yenidən istifadəsi sistemləri "yaşıl enerji"nin nümunəsidir. Bu layihələr Azərbaycanın 2030-cu ilə qədər karbon emissiyasını azaltmaq məqsədinə xidmət edən şəhərsalma planının həyata keçirilməsinin bir hissəsidir.

Prezident İlham Əliyev qeyd edib ki, quruculuq planlı və sistemli şəkildə aparılmalıdır: "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq".

Qeyd edək ki, Baş plan şəhərin uzunmüddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Baş planın hazırlanması şəhər ərazi vahidi daxilində məskunlaşma ərazilərinin planlaşdırılmasını nəzərdə tutur. Bu sənədə şəhərətrafı ərazilərdə ayrı-ayrı yaşayış məntəqələri də daxil edilir ki, buna məskunlaşma prosesinin tələbləri də şamil edilir. Baş planda xəritə-sxem üzərində əsas tikinti obyektlərinin yerlərinin təyin olunması öz əksini tapır. Təyin olunmuş şəhər ərazilərinin sərhədlərində həmçinin elektrik, istilik, qaz və su təchizatı da proqnozlaşdırılmış əhali sayını nəzərə alaraq öz həllini tapır. Eyni zamanda avtomobil yolları, ictimai nəqliyyat, körpülər və bu kimi nəqliyyat mühəndis qurğularının da planlaşdırılması baş planda nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdəki bütün şəhərlərin baş planları  təsdiq edilib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı bu planlar təqdim olunub. Hər bir baş plan hazırlanarkən şəhərin özünəməxsusluğu və coğrafiyası nəzərə alınıb. Şəhərlərin baş planlarında yaşayış yeri, məşğulluq üçün imkanlar və ictimai-sosial rifah kimi konseptual əsaslar dayanır. Şəhərlərin hər biri mənzərəli landşaftı, ictimai məkanları, sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Bu mənada baş planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, "yaşıl enerji", "ağıllı şəhər" və bir çox digər müasir şəhərsalma yanaşması tətbiq olunub. İşğaldan azad edilmiş ərazilərdəki bütün şəhərlər strateji əhəmiyyətli yaşayış məntəqələri kimi inkişaf etdirilir.

Beləliklə, Azərbaycanda aparılan şəhərsalma siyasəti ölkəmizin yeni inkişaf modelinin əsas dayaqlarından biridir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr müasir, dayanıqlı və innovativ bir gələcəyin qurulması deməkdir. Böyük qayıdış çərçivəsində görülən işlər Qarabağ və Şərqi Zəngəzuru tədricən ölkəmizin ən perspektivli inkişaf zonalarına çevirir. Bu proses həm tarixi ədalətin bərpası, həm də gələcəyə doğru atılan mühüm addımdır.


Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

14:17
17 May

Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır  

14:16
17 May

Sabah yağış yağacaq, bəzi yerlərdə arabir intensivləşəcək

14:14
17 May

Bakıda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir  

14:13
17 May

“Euronews”: Bakıdakı WUF13-ün bu günə qədər keçirilən ən böyük sessiya olacağı gözlənilir  

14:07
17 May

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

14:06
17 May

UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır

14:05
17 May

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

14:04
17 May

Qvineyalı nazir: WUF13 beynəlxalq əhəmiyyətə malikdir  

13:53
17 May

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

13:51
17 May

WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başlayıb  

13:47
17 May

Türkiyə eksperti: WUF13 bəşəriyyətin gələcəyini və onun təbiətlə harmoniyasını müzakirə etmək üçün vacib platformadır  

13:41
17 May

UN-Habitat-ın baş eksperti: Dünyanın bir çox ölkələrinin nümayəndələrini bir araya gətirən Azərbaycan çox mühüm iş görüb 

13:31
17 May

WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir

13:23
17 May

Mexiko şəhər hökumətinin başçısı: Açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var  

13:19
17 May

Akademik Rasim Əliquliyev: Kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir  

13:16
17 May

Qarabağ atları Avropada yenidən diqqət mərkəzində  

13:08
17 May

Mixail Qusman: WUF13-də bütün ölkələrin nümayəndələrinin iştirakı urbanizasiyanın qlobal xarakter daşıdığını göstərir  

13:03
17 May

Musadik Malik: WUF13-də mənzil təminatı ilə bağlı əsas problemlər gündəmə gətirilir  

13:01
17 May

Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib YENİLƏNİB

12:57
17 May

Hindistanlı ekspert: WUF13 müxtəlif ölkələrin təcrübələrinin müzakirəsi üçün mühüm məkandır  

12:47
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!