22 Aprel 2021 00:30
2367
CƏMİYYƏT
A- A+
Qarabağın Aslanı

Qarabağın Aslanı

 

Milli Qəhrəman Allahverdi Bağırovun məzarı qalib Ağdamın yeni ziyarətgahlarından birinə çevrilib

 

... Atası Teymur Allahverdi oğlu Bağırov əslən Qubadlıdandır. Atası Allahverdi kişi 1918-ci ildə Qubadlıda erməni müsəlman davasında döyüşürmüş. Həyat yoldaşı da onunla birgə olduğundan “Allahverdini qoyub gedə bilmərəm” - deyib, Teymuru həvalə edib öz qardaşlarına...

 

Baba Allahverdidən nəvə Allahverdiyə...

 

Pirverdi dayıları beş yaşlı Teymuru və onun Sayalı adlı balaca bacısını hərəsini xurcunun bir gözünə qoyub, at belində gətirib Ağdama. Uşaqları Ağdamda qohumlara tapşırıb geri qayıdan Pirverdi kişi görüb ki, Qubadlıda uşaqların ata-anası şəhid olub. İkisini də Eyvazlı kəndində meşədə dəfn edib.

Bu, baba Allahverdi Bağırovun taleyi və sonu...

İndi söhbət açacağımız qəhrəman isə nəvə Allahverdi Bağırovdur. Düşmən hamımıza, yəni həm də bu ocağa nəsilbənəsil qənim kəsilib. 100 illərlə çəkmişik onların qovğasını və babalar yaşadığını, nəvələr də yaşayıb...

 

Qolunu qatlamaq mümkün olmayan oğul...

 

Teymur Bağırov Ağdamda böyüyüb. Ağdama onun kimi köçkün gələn Zümrüd adlı Şuşalı qızla ailə qurub. Ailəsində 10 uşaq olub, 7 qız, üç oğlan...

Əzəl çətinlikləri olsa da, sonra həyatları qaydasına düşüb. Ağdamda səkkizotaqlı böyük evləri varmış. Teymur kişi Ağdamda xeyirxahlığı ilə ad çıxarıb, yıxılanı qaldıran, əl tutan adam olub.

Allahverdi altı qızdan sonra dünyaya gələn, əzizlənən oğul idi. Atası İkinci Dünya müharibəsindən qayıdandan sonra 1946-cı il aprelin 22-də doğulub Allahverdi. Hər il onun adına qurban kəsilərmiş. Bacıları əhd etdikləri kimi, qurbanlığı qohum-qonşuya ayaqyalın paylayarmışlar. Özündən sonra daha iki qardaşı və iki bacısı olub.

Teymur kişi davadan qayıdandan sonra Ağdam kolxoz bazarında qəssab işləyirmiş. Hər il ailədə yalnız Allahverdinin ad günü qeyd olunurdu. Bacısı Almaz Bağırova danışır ki, ancaq Allahverdiyə qiymətli nə isə alınardı: “Hamımız üçün də elə idi, elə qəbul olunmuşdu. Bir dəfə Ağdamda zəlzələ oldu. Oyandım ki, anam Allahverdini çağırır ki, dur qaç çölə, zəlzələdir. Heç birimizi səsləmir. Ancaq onu xilas etməyə çalışır: “Ədə, anan ölsün, dur qaç çölə. Hər kəlməsinin başı ona “anan ölsün” idi”.

Almaz xanım deyir hamımız Allahverdini qoruyurduq. Kimsə ona bir söz deməsin, döyməsin: “Hardasa 7-8-ci siniflərdə oxuyanda Allahverdi qolunu qatlamaq mümkün olmayan bir oğul oldu, sarışın, hündür. Bir gün bacımızın “paltarbiçdisi” (Qarabağda qız toyu) idi, kimsə gəldi dedi ki, 5 nömrəli məktəbin qabağında 10-15 nəfər birdən Allahverdinin üstünə düşüb. Hamımızdan qabaq o “paltarbiçdisi” olan bacım qaçdı. Anam dizinə vurdu ki, vay, bu qız hara qaçır, biabır olduq. Getdi, gülə-gülə qayıtdı dedi ki, biri də qəddini aça bilmədi, Allahverdi cəld tərpənib təkbaşına hamısının cavabını verdi. Həyatı boyu Allahverdi bir düyməsi qırılmış, harasısa zədələnmiş gəlmədi. Sözü də böyük idi, tez-tez davaya düşürdü. Heç kim onu sındıra bilmədi”.

 

Yüngül atletikadan voleybola, oradan da futbola...

 

Allahverdinin 20 yaşı olanda anası 51 yaşında dünyasını dəyişib. Qadının tabutunu həyətin ortasında vidalaşmaq üçün qoyanda Allahverdi çöl darvazadan anasının tabutuna qədər dizin-dizin iməkləyib. Uzun müddət Allahverdini anasının məzarından ayırmaq olmurdu. Gecələr də gedib onunla “söhbətləşərmiş”...

Anadan sonra uşaqlar Almaz bacılarının ümidinə qalıb. Onlara həm ana olub, həm bacı.

Allahverdi yüngül atletika ilə məşğul idi. Sonra bir müddət voleybol oynayıb, nəhayətdə keçib futbola. Bir gün qonşu kəndin gəncləri ilə dava düşüb. Arada Allahverdi də olub. Onun zərbələrindən 10-11 nəfər xəstəxanaya düşüb. Kəndin camaatı biləndə ki, onları Allahverdi yaralayıb, şikayətlərini götürüblər geri. Deyiblər ki, biz hamımız Teymur əminin oğlu olsun deyə, onunla bərabər qurban deyən adamlarıq, indi həmin oğuldan necə şikayətçi ola bilərik. Bacısı deyir evdə çox sakit idi, mehriban, ürəyiyumşaq: “Səsi çıxmazdı, yüksəkdən danışmazdı. O qədər kövrək idi, balaca bacımızın ağlamağına dözməzdi”.

Analarından beş il sonra ataları da rəhmətə gedir. O zaman Allahverdi peşəkar idmanla məşğul olurdu. Qiyabi təhsil alırdı. Əsgərlikdən qayıdan qardaşı Eldar atasının ət dükanını işlədirdi. Allahverdi evə çörək belə almazmış, elə vərdişi olmayıb. Ancaq evlənəndən sonra qardaşı Eldar onu yavaş-yavaş evdarlığa cəlb edib, dükan-bazara getməyi, alış-verişi öyrədib.

 

Allahverdinin üç gün, üç gecəlik toyu

 

Qardaşların üçü də gec evlənib, 30 yaşları keçəndən sonra. Allahverdi gec evləndiyi üçün onlar da onun qarşısına keçməyiblər.

1981-ci il dekabrın 13-dən 16-na qədər üç gün Allahverdiyə toy çalınıb. Qonşu kənddən Validə adlı qızla evlənib. 1988-ci ildə Qarabağ müharibəsi başlayanda Allahverdi Bağırov restoran işlədirmiş.

1988-ci ilin 25 fevralında Bəxtiyarla Əlini Əsgəranda ermənilər qətlə yetirdikləri gündən Allahverdi ilə Eldar Bağırovların missiyaları dəyişir. Onların dəfnini, ailələrinə yardımın hamısını Eldar təşkil edir. Gecələr gənclər yığışıb Ağdamı mühafizə edirdilər, növbə çəkirdilər. Qonşu rayonlardan da silah-sursat yığıb gətirirdilər Allahverdinin restoranına. Eldar da ət dükanını buraxmışdı, qardaşlar bütün sakinlər kimi ancaq Ağdamın müdafiəsinin qeydinə qalırdılar.

Düşmən bunları bilib Eldarın başına pul mükafatı qoyur. Qubadlı, Laçın rayonları da silah-sursat üçün Eldara müraciət edirdilər. Şuşaya pomidor yeşiklərinin altında silah daşıtdırırmış.

 

İlk batalyon

 

1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri Allahverdi və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı.

Eldar Bağırov millət vəkili seçiləndən sonra Qarabağda bəzi ermənilər yaşayan kəndlərin erməni əhalisi sənəd imzaladılar ki, biz Azərbaycan vətəndaşlığını istəyirik. Sənədlər Eldar Bağırovda olub, Ayaz Mütəllimova verməli idi. Axşam parlamentdən evə qayıdanda Bakıda bacısıgilin evlərinin qarşısında Eldar Bağırovu güllələyib, üstündəki sənədi götürürlər. İndiyə qədər də qatil tapılmayıb...

Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyona rəhbərliyi də özü edirdi...

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsini və texnikasını darmadağın edir. 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tuturlar. Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatları həyata keçirib, erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdu.

Allahverdi Bağırovun qəhrəmanlıqları saya-hesaba gəlməz. Ən böyük hərbi uğuru isə 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olur, onun dəstəsi 100 erməni əsgərini məhv edir, 10 düşməni əsir götürür. Sonradan həmin əsirləri bizim erməni əsirliyində olanlarımızla dəyişirdilər.

Xocalı deyəndə Allahverdi Bağırov ilk yada düşənlərdəndir. Çünki xocalılıların əsirlikdən xilas olunmasında, yaralıların yerləşdirilməsində, soyqırıma məruz qalanların dəfn edilməsində Allahverdi böyük əmək sərf edib. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. Həmin Vitali Allahverdi ilə birgə vaxtilə Ağdamda futbolda oynayıblar.

1992-ci il iyunun 12-də döyüş mövqeyində olduğu Naxçıvanikdən təcili Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın minaya düşür. Maşında olan 7 nəfərdən üçü həlak olur. Allahverdi Bağırov, sürücü, bir də Nizami adlı həkim...

Şəhid olanda Allahverdinin cəmi 46 yaşı vardı. Bir oğul, iki qız atası idi. Tez-tez övladlarını bacısı Almaza tapşırarmış, “mənə bir şey olsa, ona sığının” - deyirmiş. Oğlu Elşən də Allahverdi ilə birlikdə düşmənə qarşı döyüşürdü. Qızları isə indi Allahverdi Bağırovun davamçılarıdır - hər ikisi hərbi rütbə daşıyır.

 

Onun üçün qazılan məzarda Çingiz Mustafayev dəfn olunub

 

Allahverdi Bağırov üçün Bakıdakı Şəhidlər xiyabanında qəbir qazılır. Ailəsi onun Ağdam Şəhidlər xiyabanında qardaşı Eldar Bağırovun yanında dəfn edilməsini istəyir.

Bakıdakı Şəhidlər xiyabanında Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir neçə gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilib.

Allahverdi Bağırova vəfatından sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 1998-ci ildə isə “Qızıl ulduz” medalı ilə təltif olunub.

Allahverdi Bağırov şəhid olandan bir il sonra, 1993-cü ildə Ağdam işğala məruz qalır. 27 ildən sonra isə Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Ağdamı və bütün Qarabağı işğaldan azad edir.

Mənfur düşmən o torpaqlarda daş üstə daş qoymayıb, məzarlıqları belə yerləyeksan edib. Eldar Bağırovun və yüzlərlə qəhrəman şəhidin məzarının yeri belə bilinmir. Allahverdi Bağırovun dağıdılmış məzarının yerini qızları hansısa nişanından tanıyıb müəyyən ediblər.

Azad edilən Ağdama səfər edən rəsmilər, xaricilər, jurnalistlər, ictimaiyyət nümayəndələri də əksərən yollarını bu məzara salırlar. Milli Qəhrəman Allahverdi Bağırovun məzarı artıq qalib Ağdamın yeni ziyarətgahlarından birinə çevrilib.

Bu gün onun məzarının başında Azərbaycan bayrağı dalğalanır, ruhu şaddır. Qarabağ uğrunda şəhid gedənlərin, Qarabağda ruhu didərgin düşmüş bütün rəhmətliklərin ruhu şad, məkanı Qarabağ olsun...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!