05 Noyabr 2024 19:13
3531
Təhsil
A- A+
Qarabağ Universiteti Çində beynəlxalq forumda təmsil olunub  

Qarabağ Universiteti Çində beynəlxalq forumda təmsil olunub  

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Çinin Lanzhou Universitetinin ev sahibliyi ilə keçirilən Kəmər və Yol Universitetləri Alyansının 2024-cü il Forumunda iştirak edib.

Qarabağ Universitetindən AZƏRTAC-a bildirilib ki, Kəmər və Yol Təşəbbüsünün yeni onilliyinin başlanılması ərəfəsində keçirilən forum “Rəqəmsal gücləndirmə, yaşıl innovasiya və birgə inkişaf şəraitində beynəlxalq təhsil əməkdaşlığı” mövzusuna həsr olunub.

Forumda əsas məruzəçi qismində çıxış edən rektor Şahin Bayramov “Yaşıl inkişaf çağırışlarını cavablandırmaqda universitetlərin rolu: Bir kəmər, bir yol regionunda imkanlar” mövzusunda geniş təqdimat edib. Kəmər və Yol Təşəbbüsü regionunda nəhəng infrastruktur və investisiya layihələrinin həyata keçirildiyini deyən rektor yaşıl inkişaf çağırışlarının həllində universitetlərin əhəmiyyətli rolundan bəhs edib.

Ali təhsil müəssisələrinin tədqiqat və innovasiya habı, təhsil və potensialın inkişafı məkanı, maarifləndirici beyin mərkəzi, əməkdaşlıq və tərəfdaşlıqları təşviq edən platforma kimi unikal mövqeyindən danışan Şahin Bayramov davamlı inkişaf təfəkkürlü gələcək liderləri və mütəxəssisləri yetişdirən universitetləri yaşıl inkişafın katalizatorları adlandırıb.

Azərbaycanın yaşıl inkişaf siyasətinə sadiqliyindən bəhs edən rektor ölkəmizdə davamlı inkişafla bağlı müəyyən edilmiş milli prioritetlərdən və həyata keçirilmiş ardıcıl və sistemli işlərdən danışıb. Vurğulayıb ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu bir tədbirin keçirilməsi ilə bağlı qərar ölkəmizin milli, regional və qlobal səviyyələrdə ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinin qarşısının alınmasına verdiyi töhfənin bariz nümunəsidir.

Daha sonra Azərbaycanın işğaldan azad edilmiş regionunda yeni yaradılmış Qarabağ Universitetinin missiyası, vizyonu və strateji məqsədləri barədə məlumat verən Şahin Bayramov təmsil etdiyi ali təhsil müəssisəsinin tələbə mərkəzli və tədqiqat əsaslı universitet kimi regional ekosistemin drayverinə, “yaşıl transformasiya” hədəfli layihələrin reallaşdırılacağı məkana və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarına çevriləcəyini hədəflədiyini diqqətə çatdırıb.

Forum çərçivəsində rektor Şahin Bayramov Çinin Lanzhou Universiteti, Şimal-Qərb Normal Universiteti və Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində olub və həmin universitetlərin rektorları ilə potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb.

Qeyd edək ki, beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verən Qarabağ Universitetinin bu forumda təmsil olunması yeni qarşılıqlı faydalı tərəfdaşlıqların qurulmasına hədəflənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!