03 İyul 2025 08:05
546
SİYASƏT
A- A+
Qarabağ ali qonaqları qarşılayır

Qarabağ ali qonaqları qarşılayır


İƏT-in 17-ci Zirvə görüşünün iştirakçıları Xankəndidə toplaşırlar


İslam dünyasının mühüm siyasi, iqtisadi və mədəni platformalarından olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələr arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədilə 1969-cu ildə yaradılmışdır. 57 dövlətin bir araya gəldiyi, ortaq dini və mədəni dəyərlər əsasında formalaşan beynəlxalq qurum olan İƏT-in əsas məqsədi islam ölkələri arasında qardaşlıq və həmrəylik əlaqələrini genişləndirmək, ümumi maraqları qorumaq və müdafiə etmək, onların haqlı mövqelərini dəstəkləməkdir. Bu baxımdan dünyada sülh, həmrəylik və ədalət uğrunda mübarizə aparan İƏT islam ölkələrinin birliyi və inkişafı üçün güclü bir platformadır.

Azərbaycanın da bu böyük ailənin üzvü kimi yeri və rolu olduqca önəmlidir. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz islam həmrəyliyinə qoşularaq öz milli maraqlarını, mədəniyyətini və haqlı mövqeyini beynəlxalq səviyyədə qətiyyətlə  müdafiə edir. İƏT ilə Azərbaycan arasındakı münasibətlər yalnız siyasi əməkdaşlıqla deyil, həm də ortaq dəyərlər və gələcəyə yönəlik birgə addımlarla zənginləşir. Ölkəmiz bu platformada öz ərazi bütövlüyü və suverenliyini müdafiə etməklə yanaşı, regionda sülh və sabitliyin bərqərar olması üçün dialoq və kompromis axtarışlarına üstünlük verir. 

Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Ölkəmiz Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan "Şərq-Qərb" nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirərək, islam həmrəyliyinin nümunəsi kimi önə çıxır. İƏT ailəsi sırasında Azərbaycan həm öz suverenliyini və milli maraqlarını müdafiə edir, həm də islam həmrəyliyinin təməl prinsiplərini yaşadır. 

Azərbaycanın İƏT-də yeri təkcə üzv ölkə olmaqla məhdudlaşmır. Ölkəmiz təşkilatın çağırışlarına - regionda sülh və sabitliyin qorunması, iqtisadi inkişaf, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq kimi məsələlərə xüsusi önəm verir.  İƏT də öz növbəsində Azərbaycanın regional və beynəlxalq layihələrdə iştirakına şərait yaradaraq, ölkəmizin iqtisadi və sosial inkişafına təkan verir. Azərbaycan isə cavab olaraq İƏT üzvləri arasında dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində ciddi və əməli addımlar atır, o cümlədən təşkilatın sülh və təhlükəsizlik məsələləri ilə bağlı təşəbbüslərində fəal iştirak edir, regionda davamlı sülhün təmin olunmasında aparıcı rol oynayır.

 İƏT və Azərbaycan arasındakı münasibətlər həm tarixi köklərə, həm də gələcəyə yönəlik strateji perspektivlərə əsaslanır. Bu birlik Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, ölkəmizin dəyər və maraqlarının dünya səviyyəsində müdafiəsi baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Bu mənada İƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 2025-ci il 21-22 iyunda İstanbulda keçirilən 51-ci sessiyası Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Sessiyanın yekununda "İstanbul Bəyannaməsi" və ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul olunub. Tədbir zamanı Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul olunması da əlamətdar hadisə hesab edilir. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunmuş, eləcə də Ermənistan tərəfindən icmanın hüquqlarının inkar edilməsi qınanılmışdır.

İqtisadi sahədə də Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi diqqət verir. Ölkəmiz İƏT üzvləri ilə ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür. Enerji resursları ilə zəngin olması səbəbindən Azərbaycan İƏT ölkələri arasında enerji əməkdaşlığının gücləndirilməsində önəmli rol oynayır, eləcə də Qafqaz regionunda yaradılan nəqliyyat və enerji dəhlizləri vasitəsilə üzv ölkələr arasında iqtisadi inteqrasiyanın inkişafına şərait yaradaraq dəstək verir.

Mədəniyyət və təhsil sahəsində də Azərbaycan islam həmrəyliyinin inkişafına köməyini əsirgəmir, bu sıradan müxtəlif təqaüd proqramları, gənclərin təhsili və mədəni mübadilə layihələri həyata keçirir. Ölkəmiz həmçinin İƏT-in Mədəniyyət və Təhsil Fonduna çox mühüm töhfələr verərək islam ölkələri arasında təhsil və elm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə çalışır. Bu təşəbbüslər üzv ölkələr arasında qarşılıqlı anlaşmanı və milli-mənəvi dəyərlərin qorunmasını təmin edir. Bundan başqa, Azərbaycan İƏT çərçivəsində humanitar fəaliyyətlərdə də iştirak edir, ehtiyac sahiblərinə yardım göstərilməsi, miqrant və qaçqın məsələlərinin həllində təşkilata dəstək olur. Ümumilikdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı fəal mövqeyi və təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, islam dünyasında həmrəyliyin möhkəmlənməsinə də dəyərli töhfələr verir.

Bu fəal əməkdaşlıq və həmrəylik çərçivəsində iyulun 3-4-də Xankəndidə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın bu böyük təşkilatdakı mövqeyini daha da gücləndirir. Qeyd edək ki, İƏT mütəmadi olaraq üzv dövlətlərin yüksək səviyyədə bir araya gəldiyi zirvə görüşləri keçirir. Bu toplantılar təşkilatın fəaliyyətinin istiqamətlərini müəyyənləşdirmək, üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək və ümumi problemlərə birgə həll yolları tapmaq baxımından böyük əhəmiyyət kəsb edir. Son illər keçirilən zirvə görüşlərində iqtisadi inkişaf, təhlükəsizlik, humanitar yardım və mədəni mübadilə kimi əsas mövzular prioritet kimi götürülmüş, islam dünyasında həmrəyliyin möhkəmlənməsi məqsədilə mühüm qərarlar qəbul edilmişdir.

Belə bir zəngin ənənənin davamı olaraq Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşü ölkəmiz üçün həm strateji əhəmiyyətə malikdir, həm də Azərbaycanın regionda sülh və əməkdaşlıq mesajını beynəlxalq aləmə çatdırmaq üçün unikal imkan yaradır. 2023-cü ilin noyabrında Daşkənddəki 16-cı Zirvə toplantısından sonra Xankəndidə keçiriləcək növbəti analoji tədbir Azərbaycan və bütövlükdə İƏT üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də ölkəmizin beynəlxalq arenadakı nüfuzundan və islam dünyasında mühüm ölkə olmasından xəbər verir. Azərbaycanın İƏT-də fəal iştirakı və belə yüksəksəviyyəli tədbirə evsahibliyi etməsi həmçinin ölkəmizin regionda sülhün, əməkdaşlığın və həmrəyliyin təşviqindəki rolunu bir daha təsdiqləyir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!