10 Fevral 2022 00:27
1262
İQTİSADİYYAT
A- A+
Prezidentin yeni sərəncamından 1,1 milyon pensiyaçı yararlanacaq

Prezidentin yeni sərəncamından 1,1 milyon pensiyaçı yararlanacaq

 

Prezident İlham Əliyev tərəfindən “Əmək pensiyaçılarının sosial müdafiəsi  sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli sərəncamı həssas kateqoriyadan olan vətəndaşlara diqqətin daha bir təzahürüdür.

Bu sənədin imzalanmasında məqsəd COVID-19 pandemiyasının, habelə beynəlxalq  bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına təsirlərin yumşaldılmasına xidmət edir.

İmzalanan yeni sərəncamla cari il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilərək bu il yanvarın 1-dən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birlikdə veriləcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz olub. Dövlət pensiyaçılara ilk dəfə daha bir güzəşt də edir. Belə ki, bu artımla bərabər, sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara cari il üzrə 200 manat məbləğində maddi yardım da göstərilir. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək. Bu həftə ərzində pensiyaların yeni artımla birgə ödənişlərin verilməsinə başlanılacaq.

Hamını maraqlandıran “pensiya neçə faiz artıb” sualına aydınlıq gətirilib. Artımlar ölkə üzrə pensiyaçıların orta aylıq məbləğinə münasibətdə 9 faiz artacaq. Lakin 300 manatadək pensiya alan şəxslərdə bu artım 10, daha yüksək məbləğdə pensiya alanlarda isə 7-8 faizədək olacaq. Həmin sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım keçən il üzrə artan inflyasiya dərəcəsi olan 6,7 faizi üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti nümunəsidir.

Yeni sərəncamın əhatə dairəsi genişdir. Belə ki, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 faizini və ya 1,1 milyon nəfəri əhatə edəcək. Bu da həmin məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manatın xərclənməsi deməkdir. Qeyd edək ki, verilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.

Sərəncamla həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesabındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

Bu sərəncamla xüsusi qaydada pensiya alan vətəndaşlar da diqqətdən kənar qalmayıb. Belə ki, yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərin 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin sayı 99 min nəfərdir. Bunlar əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularıdır. Mövcud qanunvericiliyə əsasən, bu kateqoriyadan olan pensiyaçıların sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar, onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Bu üzdən yeni sərəncamla həmin şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin məbləğinin hər il artırılmasına imkan yaradacaq.

Dövlətin öz vətəndaşlarının rifahına yönəldiyi tədbirlər davamlıdır. Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 16-da  “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Məqsəd indiki şəraitdə vətəndaş rifahının təmin edilməsi və əhalinin risk qrupuna daxil olan nümayəndələrinin sosial müdafiəsini gücləndirməkdir. Xüsusilə vurğulamaq lazımdır ki, dövlət başçısının bu sərəncamı cəmiyyətin sosial cəhətdən həssas olan bütün təbəqələrini əhatə edir. Yəni ehtiyacı olan hər bir vətəndaşın sərəncam çərçivəsində həyata  keçirilən tədbirlərdən faydalanmaq imkanı var.

Dövlət başçısının cari ilin əvvəlindən bəri bu qəbildən olan sərəncam və fərmanları da vətəndaşlara məhz bu imkanı yaradır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!