17 May 2012 03:05
547
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq məkanda artıq real güc kimi qəbul olunur

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq məkanda artıq real güc kimi qəbul olunur

 

Azərbaycanın ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Müstəqillik qazandıqdan sonra Azərbaycanın əməkdaşlığa ciddi maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır (BMT). 1992-ci ilin martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Həmin  ilin mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaqla və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır. Resrublikamızın təşkilatla münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi ölkəmizin adıçəkilən mötəbər təşkilatla əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi. Bu tarixi hadisə ilə Azərbaycan dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrildi. Erməni lobbisinin, Ermənistanın Azərbaycana qarşı məkrli və düşmən siyasəti şəraitində 193 BMT üzvündən 155-i Azərbaycanı dəstəkləmişdir. Bu fakt bir daha ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini, xarici siyasətinin uzaqgörənliyini təsdiqlədi. Azərbaycan 2012-ci il yanvarın 1-dən Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başlamışdır. Məlumat üçün qeyd edək ki, BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya) və 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına və BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi nəzərə alınır. Ölkələrin beynəlxalq münasibətlər sistemində yeri və rolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfəsi həlledici faktorlar kimi götürülür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmiz qarşısında böyük imkanlar açmışdır.

Nizamnamənin 7-ci bölümünə əsasən, TŞ sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tam və ya qismən iqtisadi  sanksiyaların tətbiq edilməsi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nın qərarı ilə güc tətbiq edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə görə, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-ya məcburetmə imkanları verilir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın təcavüzü faktını nəzərə alaraq, Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış  qətnamələrin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanır.   

 ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa kimi daim üzvlərlə birgə Azərbaycanın da dünyanın bir nömrəli beynəlxaq təşkilatının ən ali qurumunda iştirakı ölkəmizin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Bu, həm də beynəlxalq birliyin Azərbaycanda yürüdülən siyasətə və Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürü, dünya ictimaiyyətinin ölkəmizə olan inam və etimadının ifadəsidir.

Nyu-Yorkda Prezident İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmişdir. Prezident İlham Əliyev iclasda bildirmişdi: "Biz birmənalı olaraq Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı böyük töhfəmizi verəcəyik. Mən BMT-dəki bütün dostlarımızı və üzv dövlətləri əmin edə bilərəm ki, Azərbaycan bütün ölkələr qarşısında etibarlı və dost tərəfdaş olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı genişləndirmək istəyirik. Bu dəstəyə görə çox minnətdarıq".

Azərbaycan Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirakçısına çevriləcəkdir. Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, o cümlədən dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirəyə çıxaracaqdır. Ən önəmlisi isə Azərbaycan Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayacaqdır.

Prezident İlham Əliyev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə də görüşmüşdür. BMT-nin baş katibi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının  müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın əhəmiyyətinə toxunmuş və bu sənədin ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsinə verdiyi töhfələri vurğulamışdır. Pan Gi Mun Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratiyanın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. 

BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılmışdır. Prezident İlham Əliyev bildirmişdi: "Bir neçə ay öncə beynəlxalq ictimaiyyət və BMT ailəsi bizə öz böyük dəstəyini verdi. Biz Təhlükəsizlik Şurasına seçildik. Bu gün mən bizə dəstək verən bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Seçilmək üçün biz 16 turdan keçməli olduq. Çox güclü rəqiblərimiz var idi. Bu, güclü, lakin ədalətli rəqabət oldu. 155 ölkənin dəstəyini almaqdan qürur hissi duyuruq.

Mən bizə səs vermiş bütün tərəflərə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu dostluq, dəstək, eləcə də ölkə daxilində və qlobal səviyyədə gördüyümüz işlərə verilən qiymətin rəmzidir. Bu, həmçinin böyük məsuliyyətdir. Gələn iki il ərzində biz bu məsuliyyəti Təhlükəsizlik Şurasındakı tərəfdaşlarımızla birgə bölüşəcəyik. Sizi əmin edə bilərəm ki, Azərbaycan Təhlükəsizlik Şurasının fəal və konstruktiv üzvü olacaqdır. Seçildiyimiz zaman mən bəyanat verərək xalqımızı təbrik etdim və bildirdim ki, Azərbaycan Təhlükəsizlik Şurasında ədalət və beynəlxalq  hüququ müdafiə edəcəkdir. Bir daha sizi, dostlarımızı əmin etmək istəyirəm ki, biz bu prinsiplərə sadiqik, sülh və beynəlxalq əməkdaşlığa, sabitlik və inkişafa töhfə vermək üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici syasət strategiyası ölkəmizin beynəlxalq aləmdəki rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz bütün problemlərin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!