03 Avqust 2026 14:46
300
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi  

Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi  


Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycan ilə bu ölkə arasındakı münasibətləri zənginləşdirən, rəsmi Bakının Türk Dövlətləri Təşkilatındakı rolunu artıran və Təşkilatın perspektiv strateji vizyonunu formalaşdıran prioritetləri əhatə edirdi. Bu səfər Azərbaycan-Qırğızıstan əlaqələrinə ikitərəfli prizmada yeni imkanlar qazandırır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər siyasi şərhçi Aqşin Kərimovun “Prezident İlham Əliyevin Qırğızıstan səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyevin Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası, dövlətlər arasında imzalanmış sənədlərin mübadiləsi, prezidentlərin təltifolunma mərasimləri və mətbuata birgə bəyanatları müttəfiqlik münasibətlərindəki növbəti mərhələnin konturlarını müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycan və Qırğızıstan əlaqələri formalaşan yeni dünya nizamında ikitərəfli müttəfiqliyin yüksək prioritetlərini inkişaf etdirir. Bunu prezidentlərin mətbuata birgə bəyanatları zamanı səsləndirdikləri mövqelər də təsdiq edə bilər.

Prezident Sadır Japarovun bəyanatından: “Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur”.

Prezident İlham Əliyevdən sitat: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.

Göründüyü kimi, Prezident İlham Əliyevin səfəri dövlətlərarası qarşılıqlı ortaq maraqları geniş spektrdə irəliyə aparmaq üçün unikal imkanlar yaradır.


Çoxtərəfli vektor- TDT cazibə mərkəzinə çevrilir


Prezident İlham Əliyevin səfərinə eyni zamanda, dünya arenasında alternativ formasiya yaratmaq səylərində önə çıxan Türk Dövlətləri Təşkilatının (TDT) kollektiv missiyası fonunda baxmaq mümkündür. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə TDT-nin regional və qlobal sabitləşdirmədəki indeksini yüksəldən mövqedən çıxış edir. Bu yanaşma beynəlxalq təhlükəsizlik modelindəki sabitləşdirmə səylərinə mühüm töhfə verir. Paralel olaraq beynəlxalq və regional aktorların TDT çərçivəsindəki tərəfdaşlığa, müttəfiqliyə maraqlarının artmasını təşviq edir. Proses göstərir ki, TDT-nin istiqamətləri, o cümlədən mədəni, siyasi, iqtisadi, təhlükəsizlik əlaqələrinin şkalası mühüm əhəmiyyət kəsb edir. Həmin konteksti səfər çərçivəsində müştərək qarşılıqlı maraqları nümayiş etdirən hadisələr fonunda oxumaq mümkündür. Belə ki, iyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

Bundan başqa, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Bu cür tədbirlər və görüşlərdən sonra irəliyə baxdıqda TDT-nin beynəlxalq münasibətlərdə yeni kollektiv təşəbbüslərlə çıxış edərək eksklüziv təkliflər verəcəyi şübhəsiz görünür. TDT maraqlarında Azərbaycanın yeri geosiyasi və geoiqtisadi zonalarda kəsişən maraqları tarazlaşdıraraq konstruktiv əməkdaşlıq formatının qurulmasını müdafiə edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri:

- Azərbaycanın TDT daxilində tərəfdaşlıq və təhlükəsizlik gündəliyinin möhkəmləndirilməsinə xidmət edir,

- Azərbaycanın Mərkəzi Asiyanın təhlükəsizlik arxitekturasında rolunun daha da artacağına dair proqnozlar formalaşdırır.

Bu məqamlar Mərkəzi Asiya ilə yanaşı Cənubi Qafqazda təhlükəsizlik məsuliyyətinin daha səmərəli bölüşdürülməsinə gətirib çıxarır. Çünki Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi-ticari əlaqələrdən tutmuş təhlükəsizlik əlaqələrinə dair əhəmiyyətli bağlantı var. Digər tərəfdən, Prezident İlham Əliyevin səfəri Mərkəzi Asiya ilə Azərbaycan arasında geosiyasi koordinasiyanın gücləndirilməsi istiqamətində mühüm mərhələyə işarə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt alətləri hələ ki çox pul qazandırmır

16:17
03 Avqust

Dünya birjalarında son vəziyyət nədən xəbər verir

16:10
03 Avqust

Avropanın qaz anbarlarında qıtlıq var

16:03
03 Avqust

Qırğız politoloq: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldir

15:56
03 Avqust

Nazir müavini: Elçin Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir  

15:49
03 Avqust

“Gəncə KOB evi” sahibkarlara 2000-dən çox xidmət göstərib  

15:42
03 Avqust

Günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb

15:35
03 Avqust

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır 

15:28
03 Avqust

Deputat: Kartdan karta əməliyyatlarda beynəlxalq təcrübəyə uyğun istisnalar nəzərdə tutulub

15:21
03 Avqust

Abbas Mirzə Şərifzadə küçəsində magistral istilik xətləri təmir edilir

15:14
03 Avqust

Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır

15:07
03 Avqust

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regionda yeni güc mərkəzinin formalaşdığını göstərir  

15:00
03 Avqust

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar  

14:53
03 Avqust

Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi  

14:46
03 Avqust

Rusiyanın Kuban vilayətinə dron hücumu zamanı 3 nəfər ölüb

14:39
03 Avqust

Çinin pambıq istehsalçıları ABŞ-nin məcburi əmək ittihamlarını inkar edirlər  

14:32
03 Avqust

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

14:25
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ açır 

14:18
03 Avqust

Sabahın hava proqnozu açıqlanıb 

14:11
03 Avqust

Azərbaycanda torpaqların konsolidasiyasına ən çox ehtiyac olan bölgə açıqlanıb 

14:04
03 Avqust

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib  

13:57
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!