03 Avqust 2026 12:54
286
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Qırğızıstana səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərdi - ŞƏRH

Prezident İlham Əliyevin Qırğızıstana səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərdi - ŞƏRH


Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını nümayiş etdirdi. Səfərin əsas nəticəsi münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi oldu ki, bu da iki ölkənin siyasi dialoqunun, iqtisadi əməkdaşlığının və beynəlxalq platformalarda qarşılıqlı dəstəyinin daha da dərinləşəcəyini göstərir. Dövlətimizin başçısının vurğuladığı kimi, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə hazırdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində də mühüm qərarlar qəbul olundu. Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması tərəflərin uzunmüddətli iqtisadi tərəfdaşlığa sadiqliyini təsdiqləyir. Bu addım yeni investisiya layihələrinin həyata keçirilməsinə, birgə istehsalın genişlənməsinə, məşğulluğun artırılmasına və iki ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edəcək. İssık-Kul sahilində Azərbaycan tərəfindən inşa edilən və "Bakı" adını daşıyan beşulduzlu hotelin istifadəyə verilməsi isə Azərbaycanın Qırğızıstandakı investisiyalarının uğurlu nümunəsi olmaqla yanaşı, turizm və xidmət sektorunda əməkdaşlığın inkişafına da töhfə verir.

“Humanitar və mədəni əlaqələr səfərin diqqətçəkən istiqamətlərindən biri oldu. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin istifadəyə verilməsi Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyin və iki qardaş xalq arasında həmrəyliyin rəmzidir. Eyni zamanda, Bakıda Çingiz Aytmatovun adını daşıyan park və abidənin yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının açılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulan münasibətlərin daha da möhkəmləndiyini göstərir. Səfərin mühüm siyasi nəticələrindən biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul olunmasına görə, Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarova və region ölkələrinin liderlərinə təşəkkürünü ifadə etməsi oldu. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin institusional əsasda inkişaf etdiyini və Türk dünyasında inteqrasiya proseslərində rolunun daha da gücləndiyini göstərir”,- deyə Ə.Məhərrəmzadə vurğulayıb.

Deputat əlavə edib ki, dövlət başçılarının qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif edilməsi – Prezident İlham Əliyevin Qırğızıstanın I dərəcəli "Manas" ordeninə, Prezident Sadır Japarovun isə Azərbaycanın "Heydər Əliyev" ordeninə layiq görülməsi – iki ölkə arasında yüksək etimadın, strateji tərəfdaşlığın və qardaşlıq münasibətlərinin ən yüksək siyasi səviyyədə təsdiqi kimi dəyərləndirilə bilər. Ümumilikdə isə dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin siyasi, iqtisadi, humanitar və regional əməkdaşlıq istiqamətlərində yeni məzmun qazandığını, tərəflərin Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və ortaq inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində iradəsini bir daha nümayiş etdirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ açır 

14:18
03 Avqust

Sabahın hava proqnozu açıqlanıb 

14:11
03 Avqust

Azərbaycanda torpaqların konsolidasiyasına ən çox ehtiyac olan bölgə açıqlanıb 

14:04
03 Avqust

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib  

13:57
03 Avqust

AEM vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər barədə xəbərdarlıq yayıb  

13:50
03 Avqust

"Los Reyos" kartelinin lideri Meksikada həbs edildi

13:43
03 Avqust

Afina yaxınlığında iki yanğınsöndürmə helikopteri toqquşub  

13:36
03 Avqust

Pakistanda intiharçı hücumu nəticəsində ən azı 14 nəfər həlak olub  

13:29
03 Avqust

“Şaxtyor”un azərbaycanlı futbolçusu: Adaptasiya prosesi çətin keçmədi

13:22
03 Avqust

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlanıb

13:15
03 Avqust

Lixtenşteyndə kiberhücum nəticəsində 31 min nəfərin məlumatları oğurlanıb

13:08
03 Avqust

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib  

13:01
03 Avqust

Prezident İlham Əliyevin Qırğızıstana səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərdi - ŞƏRH

12:54
03 Avqust

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb  

12:47
03 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşəcək

12:40
03 Avqust

SOCAR: İtaliyadakı fəaliyyətimizin gələcək təşkilati strukturu ilə bağlı addımlar planlı şəkildə həyata keçirilir 

12:33
03 Avqust

Avropada gen redaktəsi ilə əmələ gətirilən bitkilərin becərilməsini sürətləndirmək istəyirlər

12:26
03 Avqust

Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub  

12:12
03 Avqust

Beynəlxalq ekspertlər süni intellektin yaradacağı risklər barədə hesabat hazırlayıblar  

12:05
03 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığının güclənməsi Orta Dəhlizin potensialını daha da artırır 

11:58
03 Avqust

“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nu başa vuran məzunlara sertifikatlar təqdim olunub  

11:51
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!