03 Avqust 2026 15:42
323
İQTİSADİYYAT
A- A+
“Gəncə KOB evi” sahibkarlara 2000-dən çox xidmət göstərib  

“Gəncə KOB evi” sahibkarlara 2000-dən çox xidmət göstərib  


Hazırda “Gəncə KOB evi”ndə sahibkarlara biznesin qurulması və inkişafı üzrə 80-dən çox xidmət təqdim olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, cari ilin mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi”ndə iyulun 1-dək sahibkarlara 2149 xidmət göstərilib. Bu xidmətlərin 1842-si G2B, 307-si isə B2B xidmətlər olub.

Sahibkarların müraciətləri əsasən biznesin qurulması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının alınması, poçt xidmətləri və digər məsələləri əhatə edib. Ən çox xidmət göstərən qurumlar aşağıdakılar olub:

• Dövlət Reklam Agentliyi – 567 xidmət (26,38 faiz)

• Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – 506 xidmət (23,54 faiz)

• Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 411 xidmət (19,12 faiz)

• "Azərpoçt" MMC – 217 xidmət (10,09 faiz)

• Qida Təhlükəsizliyi Agentliyi – 63 xidmət (2,93 faiz)

“Gəncə KOB evi”nin xidmətlərindən Gəncə şəhəri ilə yanaşı, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sahibkarları da istifadə ediblər.

Qeyd edək ki, “Gəncə KOB evi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə “Gəncə KOB evi”ndə sahibkarlara 18 dövlət qurumu və özəl təşkilat tərəfindən 80-dən çox xidmət təqdim olunur. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı linkə keçid etməklə öyrənmək olar: https://smb.gov.az/az/nav/kob-evleri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zülalı azaltmaq qocalmanı ləngidə bilər

17:07
03 Avqust

Nənə və babalar uşaqların psixi sağlamlığı üçün niyə vacibdirlər?

17:00
03 Avqust

Qlobal istiləşmə sürətlənir

16:53
03 Avqust

Plastik tullantılardan təmiz hidrogen yanacağı alınacaq

16:45
03 Avqust

Muzey, teatr və kinoya getmək orqanizmi gənc saxlayır

16:38
03 Avqust

Maliyyə yardımlarının kəsilməsi səhiyyə xidmətində böhranı dərinləşdirir

16:31
03 Avqust

Böyük Britaniyada yaşayış xərclərini azaltmaq üçün yeni tədbirlər görülür

16:24
03 Avqust

Süni intellekt alətləri hələ ki çox pul qazandırmır

16:17
03 Avqust

Dünya birjalarında son vəziyyət nədən xəbər verir

16:10
03 Avqust

Avropanın qaz anbarlarında qıtlıq var

16:03
03 Avqust

Qırğız politoloq: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldir

15:56
03 Avqust

Nazir müavini: Elçin Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir  

15:49
03 Avqust

“Gəncə KOB evi” sahibkarlara 2000-dən çox xidmət göstərib  

15:42
03 Avqust

Günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb

15:35
03 Avqust

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır 

15:28
03 Avqust

Deputat: Kartdan karta əməliyyatlarda beynəlxalq təcrübəyə uyğun istisnalar nəzərdə tutulub

15:21
03 Avqust

Abbas Mirzə Şərifzadə küçəsində magistral istilik xətləri təmir edilir

15:14
03 Avqust

Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır

15:07
03 Avqust

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regionda yeni güc mərkəzinin formalaşdığını göstərir  

15:00
03 Avqust

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar  

14:53
03 Avqust

Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi  

14:46
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!