03 Avqust 2026 15:00
326
SİYASƏT
A- A+
Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regionda yeni güc mərkəzinin formalaşdığını göstərir  

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regionda yeni güc mərkəzinin formalaşdığını göstərir  


Qırğızıstanda keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü Avrasiya regionunda yeni güc mərkəzinin formalaşdığını göstərir. Asiya İnkişaf Bankının “Asian Development Outlook” (Asiya İnkişaf Perspektivləri) adlı hesabatında bildirilib ki, Mərkəzi Asiyanın ümumi daxili məhsul istehsalı 2025-ci ildə 4,5, 2026-cı ildə isə 5 faiz artacaq. Son 30 ildə əhalinin sayı 47 faiz (23 milyon nəfər) artıb. Region dünya bazarına ildə 8 milyon ton pambıq ixrac edir. Mərkəzi Asiya respublikaları ümumilikdə 30 milyard ton neft və 20 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir. Regionun İpək Yolunun üzərində yerləşməsi onun nəqliyyat-tranzit potensialını artırır, Avropa ilə Çini və Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bütün bunlar əlbəttə ki, böyük iqtisadi potensialın göstəricisidir.

Bu fikri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, bu iqtisadi gücü Azərbaycan özünün nəqliyyat və tranzit imkanları və yaratdığı infrastrukturla daha da artırır.

“Azərbaycan Mərkəzi Asiya respublikalarının (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan) dünya bazarlarına çıxışını təmin edir və bu ölkələrlə Azərbaycanın iqtisadi və siyasi inteqrasiya prosesləri formalaşan yeni güc mərkəzinin dünya miqyasında tanınmasını və qəbul edilməsini təşkil edir. Dünyada mövcud olan ittifaqlar yalnız iqtisadi birliklə güc mərkəzinə çevrilə biliblər. Avropa İttifaqını və digər qurumlar yalnız iqtisadi əməkdaşlıq nəticəsində qlobal siyasətə təsir etmək imkanı qazanıblar. Azərbaycan və Mərkəzi Asiya respublikaları da Türk Dövlətlər Təşkilatında birləşiblər. Bu təşkilatın gələcək gücü onun iqtisadi inteqrasiyasından asılı olacaq. Azərbaycan və Mərkəzi Asiya respublikalarının eyni dinə, mədəniyyətə və xalqların eyni tarixi kökə malik olmaları siyasi birliyi də şərtləndirir. Bununla yanaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfər qazanması və sülhə doğru addımları inteqrasiya prosesləri üçün münbit şərait yaradıb və buna görə də Azərbaycan Prezidentinin hər dəfə Mərkəzi Asiya dövlət başçılarının görüşlərinə dəvət edilməsi təsadüfi xarakter daşımır”, - deyə akademik vurğulayıb.

Ziyad Səmədzadə əlavə edib ki, praqmatizm siyasi mənada müəyyən güzəştlərlə maraqların üst-üstə düşməsini təmin etməkdir: “ABŞ Prezidentinin təşəbbüsü Amerikanın, Mərkəzi Asiya respublikalarının və Azərbaycanın maraqlarının üst-üstə düşməsini təmin edir. Buna misal olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu misal göstərə bilərik. Bu yolla Çin öz mallarını Mərkəzi Asiya və Azərbaycandan tranzit keçməklə Avropaya ixrac edir. ABŞ-ın Avropadakı müttəfiqləri ticarət əlaqələrini genişləndirir, Azərbaycan və Mərkəzi Asiya respublikaları tranzit gəlir əldə edir. ABŞ-nin logistika şirkətləri marşrutun ehtiyacı olan infrastruktur layihələrə sərmayə yatırıb qazanc əldə edir. Bir sözlə layihədə iştirak edən bütün tərəflər qazanc əldə edir ki, bu da praqmatizmin nümunəsidir. Bu praqmatizm Azərbaycan və Mərkəzi Asiya respublikalarına qlobal siyasətdə aparıcı rol oynamaqlarına imkan verir və burada Azərbaycanın rolu xüsusi qeyd edilməlidir. Bu mühüm rolun əldə edilməsinin təməli isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 44 günlük Vətən müharibəsində azad edilməsi və regionda yeni siyasi və iqtisadi reallıqların yaradılması ilə qoyulub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt alətləri hələ ki çox pul qazandırmır

16:17
03 Avqust

Dünya birjalarında son vəziyyət nədən xəbər verir

16:10
03 Avqust

Avropanın qaz anbarlarında qıtlıq var

16:03
03 Avqust

Qırğız politoloq: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldir

15:56
03 Avqust

Nazir müavini: Elçin Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir  

15:49
03 Avqust

“Gəncə KOB evi” sahibkarlara 2000-dən çox xidmət göstərib  

15:42
03 Avqust

Günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb

15:35
03 Avqust

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır 

15:28
03 Avqust

Deputat: Kartdan karta əməliyyatlarda beynəlxalq təcrübəyə uyğun istisnalar nəzərdə tutulub

15:21
03 Avqust

Abbas Mirzə Şərifzadə küçəsində magistral istilik xətləri təmir edilir

15:14
03 Avqust

Azərbaycan alimləri kimyəvi preparatları əvəz edə biləcək bioloji məhsullar hazırlayır

15:07
03 Avqust

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regionda yeni güc mərkəzinin formalaşdığını göstərir  

15:00
03 Avqust

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar  

14:53
03 Avqust

Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Genişləndirilmiş əlaqələrin perspektivi  

14:46
03 Avqust

Rusiyanın Kuban vilayətinə dron hücumu zamanı 3 nəfər ölüb

14:39
03 Avqust

Çinin pambıq istehsalçıları ABŞ-nin məcburi əmək ittihamlarını inkar edirlər  

14:32
03 Avqust

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

14:25
03 Avqust

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ açır 

14:18
03 Avqust

Sabahın hava proqnozu açıqlanıb 

14:11
03 Avqust

Azərbaycanda torpaqların konsolidasiyasına ən çox ehtiyac olan bölgə açıqlanıb 

14:04
03 Avqust

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib  

13:57
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!