06 Oktyabr 2023 19:08
11113
Qəbullar
A- A+

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirərək, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlinin qoyulmasının bu yolların şaxələndirilməsi baxımından da önəmini qeyd etdi.

Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.

Dövlətimizin başçısı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd etdi.

İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirdi, bütün sahələr üzrə yaxşı nəticələrin əldə edildiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan-İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğuladı.

Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirərək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirdi.

Mehrdad Bəzrpaş ilk növbədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırdı və bunu çox mühüm hadisə kimi dəyərləndirdi. O qeyd etdi ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutdu və ölkə suverenliyini bərpa etdi.

Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video