03 Mart 2026 15:54
349
DÜNYA
A- A+
“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  


“Politico” nəşri xəbər verir ki, Trampın ABŞ-də səfərdə olan liderlərlə Oval Ofisdə keçirdiyi mətbuat konfransları dayandırılıb. Qəzetin yazdığına görə, xarici ölkələrin liderləri buradakı mətbuat konfranslardan narazı olublar və ABŞ Prezidenti də bunu nəzərə alıb.

AZƏRTAC xəbər verir ki, qəzetin məqaləsinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ötən il keçirilən yüksəksəviyyəli görüş onun kameraların qarşısında ABŞ lideri Donald Trampa qarşı çıxması ilə yadda qalıb. Həmin qalmaqaldan sonra Tramp bu il xarici liderlə bir dəfə də olsun Oval Ofisdə mətbuat konfransı təşkil etməyib.

Lakin Almaniya Kansleri Fridrix Merts çərşənbə axşamı Trampla görüşəcək və bu vəziyyət dəyişə bilər. Ağ Evdəki protokolla məşğul olan mənbənin anonimlik şərti ilə verdiyi məlumata görə, əvvəllər iki liderin qapalı qapılar arxasında görüşməsi gözlənilirdi. Amma həftəsonu başlayan İran hadisələri ilkin qərarı dəyişdirə bilər. Merts Trampın qərarlarını digər Avropa liderlərindən daha çox dəstəkləyir və Prezident “işgüzar səfər” adlandırılan bu ziyarət zamanı mətbuat üçün yer əlavə etməyi seçərsə, informasiya baxımından faydalı bir təsdiqləyici rolunu oynaya bilər.

“Politico” əlavə edir ki, bununla belə, ictimai yayımlardan uzaqlaşmaq indiki şəraitdə Donald Tramp üçün daha uyğundur. Eyni zamanda, Ağ Evi ziyarət edən bir neçə xarici lider də həssas diplomatik söhbətlər barədə Oval Ofisdə bu qədər uzun mətbuat araşdırmasına məruz qalmamağı xahiş edib. Ağ Evin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, əslində, Tramp özü də bütün bu işlərdən bir az bezmiş ola bilər. Eyni zamanda, Ağ Evin daxilində də belə bir qənaət var ki, səfərdə olan liderlərlə birlikdə çıxışlar Prezidentin maraqlarına həmişə xidmət etmir.

Bununla yanaşı, Oval Ofisdə görüş keçirən xarici ölkələrin liderləri tez-tez bildirirlər ki, jurnalistlərin iştirakı bir sıra həssas məsələlərin müzakirəsinə mane olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

Almaniya XİN İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib

18:19
08 Mart

Tom Berendsen Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib

17:55
08 Mart

Nazir Nadejda Neynski İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib

17:49
08 Mart

Ceyhun Bayramovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri arasında telefon danışığı olub

17:45
08 Mart

Misli Premyer Liqası: Şamaxıda qalib müəyyənləşməyib

17:15
08 Mart

Livanda 450 mindən çox insan daxili köçkünə çevrilib 

16:47
08 Mart

Türkiyə ordusunun qadın zabitləri Atatürkün xatirəsini yad ediblər

16:39
08 Mart

Azərbaycanın həyata keçirdiyi təxliyə tədbirləri İordaniya mediasında

16:23
08 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma üçün xüsusi avtobuslar ayrılıb  

15:57
08 Mart

Türkiyənin müdafiə və xarici işlər nazirləri İran ətrafında vəziyyətlə bağlı parlamentə məlumat verəcəklər

14:09
08 Mart

Pakistan Senatının sədri Azərbaycana dron hücumlarından narahatlığını ifadə edib

13:35
08 Mart

Təxliyə davam edir: Qazaxıstan diplomatları və Rusiya vətəndaşları təxliyə olunub

13:24
08 Mart

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

13:23
08 Mart

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı proqnozlaşdırılır

13:07
08 Mart

Azərbaycanın uğurlarında qadınlarımızın böyük rolu var

12:59
08 Mart

İrandan növbəti təxliyə: Alman və ispan diplomatik nümayəndələri Azərbaycana təxliyə olunub

11:07
08 Mart

Azərbaycan qadınları güclü dövlətimizin zərif siması və qüdrətin simvoludur

10:57
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!