03 Mart 2026 15:50
1621
İQTİSADİYYAT
A- A+
Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  


Yaxın Şərqdəki gərginlik fonunda bəzi analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşa biləcəyi ilə bağlı ssenariləri qiymətləndirməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, dünya bazarında neft qiymətləri artmaqda davam edir.

Hazırda “Brent” markalı xam neftin bir barelinin qiyməti 80 dollar, “Light” neftinin qiyməti isə 73 dollar/barel civarındadır. İnvestorlar Yaxın Şərqdəki hadisələri diqqətlə izləyir, analitiklər isə 100 dollar ssenarisini nəzərdən keçirirlər. Hazırda neft analitikləri arasında “qara qızılın” qiymətinin 100 dollara yüksələcəyi ilə bağlı fikir birliyi olmasa da, bu, səhm investorları tərəfindən hazırda nəzərdən keçirilən bir riskdir. İnvestorlar, həmçinin qəfil geosiyasi gərginliklər fonunda fond bazarındakı enişlərin satınalma fürsətləri yaratdığı fikrindədirlər.

Analitiklərin fikrincə, İrana qarşı hücumlar regional enerji axınlarını pozub və qlobal neftin təxminən beşdəbirinin keçdiyi həyati əhəmiyyət daşıyan Hörmüz boğazını faktiki olaraq bağlanmasına səbəb olub. Münaqişə, həmçinin inflyasiyanı artıra biləcək yeni enerji böhranına dair narahatlıqları da artırıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, böhran nə qədər uzun davam edərsə, qlobal iqtisadiyyat üçün bir o qədər çətin olacaq, təchizat zəncirləri təsirlənəcək və qiymətlər artacaq. Vurğulanır ki, neft qiymətləri uzun müddət yüksək qalsa, inflyasiya narahatlıqları artmağa başlaya bilər. Bu da istehlakçılar üçün böyük və gözlənilməz bir yük ola bilər.

Strateqlərə görə, tarixən neftin bir barelinin 100 dollardan yuxarı qiymətləri səhmlərə mənfi təsir göstərib. 1983-cü ildən bəri neft qiymətlərinin 100 dolları keçdiyi dövrlərdən sonrakı ildə “S&P 500” indeksi orta hesabla 1,6 faiz ucuzlaşıb. Belə ki, Hörmüz boğazının uzun müddət bağlı qalması 1973-cü il ərəb neft embarqosu və 1979-cu il İran inqilabı zamanı yaşanan xam neft şoklarını xatırlada bilər. 1973-cü il embarqosu “S&P 500” indeksinin illik əsasda 29 faiz azalmasına səbəb olub. Lakin 1980-ci ildəki tənəzzülə baxmayaraq, ikinci böhran “S&P 500” indeksində illik 11,3 faiz artımla nəticələnib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!