19 Fevral 2026 09:15
221
Təhsil
A- A+
ADAU-da Qərbi Azərbaycana qayıdışla bağlı elmi-nəzəri konfrans keçirilmişdir

ADAU-da Qərbi Azərbaycana qayıdışla bağlı elmi-nəzəri konfrans keçirilmişdir


Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, Qərbi Azərbaycan İcmasının Qərb bölgəsi üzrə sədri Zəfər Qurbanov tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması və gənc nəslə çatdırılması mühüm vəzifələrdəndir.

Rektor qeyd edib ki, çox da uzaq olmayan tarixi yaddaşın qorunması, arxiv sənədlərinə əsaslanan tədqiqatların aparılması və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi prioritet məsələlərdəndir. Natiq Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın taleyindən, müxtəlif dövrlərdə ermənilər tərəfindən tarixi Azərbaycan torpaqlarının çar Rusiyasının dəstəyi ilə məqsədyönlü  işğalından, qədim dədə-baba yurdlarımızın erməniləşdirilməsindən, yüz minlərlə əhalinin didərgin düşməsindən  və soyqırımına məruz qalmasından söz açmışdır.

"Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu və uzaqgörən siyasət sayəsində Qarabağın mənfur düşməndən işğalına son qoyuldu və bu uğurun davamı olaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası inamla öz həllini tapmaqdadır. Tarixi torpaqlarımızda azərbaycanlılara məxsus yerli toponomlər nə qədər dəyişilsə, tarixi abidələr vandalcasına dağıdılsa belə, yaddaşlardan silinə bilməz və biz mütləq həmin torpaqlara qayıdacağıq və  bu gün hər birimiz qərbi azərbaycanlıyıq", - deyə Zəfər Qurbanov çıxışında bildirib.

Konfransda çıxış edən ADAU-nun alimləri arxiv sənədlərinə və tarixi mənbələrə istinad edərək XIX və XX əsrlərdə bölgədə baş verən proseslər, soydaşlarımızın başına  gətirilən müsibətlər, deportasiya mərhələlərinin xronologiyası və demoqrafik dəyişikliklər barədə faktları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çıxışlarda həmçinin Qərbi  Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpasından, onların tarixi torpaqlarına qayıdışından və tarixi gerçəkliyin, ədalətin bərpasından danışılıb.


Maarif RZAYEV, 

ADAU-nun "Aqrar mütəxəssis" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:24
19 Fevral

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

10:21
19 Fevral

Jan-Jakob Bisep: Müharibə təsadüfi bir hadisə deyil  

10:13
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir 

10:11
19 Fevral

Çin - Qırğızıstan - Özbəkistan - Tacikistan dəhlizi ilə ilk yük qatarı yola salınıb  

10:02
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!