16 Yanvar 2026 17:45
1241
PARLAMENT
A- A+
Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub  

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub  


Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov ötən il dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, logistika, sosial, ordu quruculuğu və tikinti sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs edib, dövlətimizin beynəlxalq arenada daha da artan nüfuzunu vurğulayıb.

Sonra gündəliyə daxil olan məsələlər – 2025-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib. Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Regional məsələlər komitəsinin 7 iclası keçirilib, müvafiq komitələrlə birlikdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. O, sessiya müddətində komitənin müvafiq dövlət orqanları və Milli Məclis Aparatının müvafiq şöbələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Məlumat verilib ki, ötən sessiya dövründə ümumilikdə komitəyə vətəndaşlardan 1267 müraciət daxil olub, bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər dinlənilib və zəruri izahatlar verilib.

Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Siyavuş Novruzov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

Müzakirələr zamanı Regional məsələlər komitəsinin üzvləri Aydın Mirzəzadə, Vasif Qafarov, Elman Məmmədov, Arzuxan Əlizadə, Kamran Bayramov, Elşən Musayev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyib, təkliflərini irəli sürüblər.

Tədbirdə komitənin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Ukrayna üzrə Cenevrə danışıqlarının mövzu dairəsi genişləndiriləcək

15:41
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası gözlənilir

15:32
16 Fevral

Yanvarda ixrac olunan neft koksunun dəyəri 23 dəfə artıb

15:29
16 Fevral

Azərbaycandakı nəqliyyat dəhlizləri ilə daşınan yükün həcmi açıqlanıb  

15:13
16 Fevral

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

15:12
16 Fevral

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:10
16 Fevral

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib 

15:03
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!