26 Fevral 2026 16:28
1794
PARLAMENT
A- A+
Milli Məclis Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı beynəlxalq parlamentlərə müraciət edib

Milli Məclis Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı beynəlxalq parlamentlərə müraciət edib


Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.

AZƏRTAC xəbər verir ki, müraciətlərdə Ermənistanın Azərbaycan Respublikasının ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü Azərbaycan xalqının bu il də dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.

Bildirilir ki, bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə görə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara qarşı misilsiz qəddarlıqlar törədilib. Meyitlər təhqir edilib, bəzi qurbanlar diri-diri yandırılıb.

Müraciətlərdə deyilir ki, Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, insan hüquqlarının, habelə soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin və xalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalı da daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidən qayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq.

Həmçinin məhz Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması və irəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin ötən ilin avqustunda ABŞ-nin Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.

Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların genişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilə daha da möhkəmləndirilir.

Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən də parlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdə bəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırış olduğu vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!