08 Mart 2024 10:46
1188
Mədəniyyət
A- A+
Parisdə Qarabağın milli geyimləri nümayiş olunub

Parisdə Qarabağın milli geyimləri nümayiş olunub

 

Parisdə Azərbaycan Səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (AAA) birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Rəmzlərin rəqsi” konserti və “Qarabağ - cəsarət və gözəllik əfsanəsi” adlı milli geyimlərin nümayişi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva çıxış edərək, Azərbaycanda qadınların mühüm rolundan, müasir cəmiyyətin qurulmasında iştirakından danışıb. Hələ 1902-ci ildə “Qadınların müdafiə cəmiyyəti”, 1904-cü ildə “Qadınların peşəkar təhsilinin təşviqi cəmiyyəti”nin yaranmasından, onların fəaliyətindən, eləcə də müsəlman Şərqində ilk qız məktəbinin məhz Bakıda açılmasından bəhs edib. Azərbaycanda 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnun verilməsi, ölkəmizin qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulması, bu gün ölkədəki gender bərabərliyi və bu bərabərlik sayəsində qadınların siyasi və vətəndaş cəmiyyəti həyatında fəal iştirakı haqqında ətraflı məlumat verib. Bildirib ki, konsert və Qarabağın milli geyimlərindən ibarət nümayiş hər kəsdə iki qitənin kəsişməsində yerləşən Azərbaycan, onun mədəniyyəti, adət-ənənələri, eləcə də Avropa və Asiya ilə bölüşdüyü dəyərlər haqqında fikir yaradacaq.

Sonra Azərbaycanda “Rəsm” adlı ilk zərgərlik brendinin yaradıcılarından olan Rəsminə Qürbətova “Rəmzlərin konserti”ni təqdim edib. O, ekranda “Rəsm” brendinin “Buta”, “Buta və Ay”, “Qoçbuynuzu”, “Zəfəran”, “Xarıbülbül”, “Xəmsə”, “Nar” kimi zərgərlik məmulatlarını təqdim edərək, Azərbaycan, fransız bəstəkarlarının, eləcə də öz bəstələrini səsləndirib. Onu “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin həmtəssisçisi, bəstəkar və musiqi rejissoru Bəbir Bəbirov sintezatorda müşayiət edib. Azərbaycan Milli Konservatoriyasını bitirən B.Bəbirov Hindistan, Estoniya, Rusiya, Türkiyə, Almaniya, İsveçrə, İsveç, Monteneqro, İspaniya, Yaponiya kimi dünyanın bir çox ölkələrində musiqiçilərlə ölkəmizi təmsil edib.

Tədbirdə Könül Vəlibəyli tərəfindən təsis edilmiş “Bakı Milli Geyim Evi”nin zərifliyi və cəsarəti təcəssüm edən Qarabağ bölgəsinə həsr olunmuş son kolleksiyası nümayiş olunub. Azərbaycanın milli geyimində xüsusi yer tutan Qarabağ libasları bölgənin zəngin mədəni irsinin tərkib hissəsidir. Geyimlərdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapır. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. Qarabağ kolleksiyası bir tarixdir, o, Qarabağın bölgələrini təcəssüm edir və həmin bölgələrin canlı obrazını yaradır. Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Qarabağ geyimləri böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, “Bakı Milli Geyim Evi” ənənəvi etnik geyim elementlərini qoruyub saxlamaqla, onların unikal və innovativ elementlərini yeni nəslə ötürür. Məqsəd tarixi milli geyimlərin elementlərini adi geyimlərlə birləşdirərək, onlardan yalnız xüsusi günlərdə deyil, həmçinin adi günlərdə də istifadə etməyə nail olmaqdır. “Bakı Milli Geyim Evi”nin hazırladığı milli geyimlər Azərbaycanda bir çox muzeylərin kolleksiyalarında yer alıb. Geyim evinin “Borçalı”, “Şuşa”, “Şəki”, “Şirvan”, “Lənkəran” kimi bir çox tanınmış kolleksiyaları var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!