Özbəkistan dövlət televiziyası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş veriliş yayımlayıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan dövlət televiziyası ilə birgə layihəsi əsasında “Heydər Əliyev İli” münasibəti ilə növbəti “Mənbələr sözləşəndə” adlı televiziya verilişini Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan-Özbəkistan dostluğu və dövlətlərarası münasibətlərində müstəsna xidmətləri olan Heydər Əliyevə həsr edib.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcı Dildora Hasanova müstəqil Azərbaycanın memarı, fenomen şəxsiyyət olan Heydər Əliyevin həm Sovetlər dönənimdə, həm də Azərbaycan müstəqillik qazandıqdan sonra xalq, Vətən qarşısında xidmətlərini vurğulayaraq, Ulu Öndərin Özbəkistana səfərləri, müstəqil Azərbaycan-Özbəkistan arasında münasibətlərin yüksək səviyyəyə qaldırılması istiqamətində işlərindən danışıb.
Verilişə müsahibə verən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ulu Öndərin apardığı uğurlu siyasət və çoxsahəli fəaliyyəti barədə məlumat verərək, Heydər Əliyevlə Özbəkistan dövlət rəhbəri Şərəf Rəşidov, birinci prezident İslam Kərimov arasında sıx dostluq əlaqələrinin olması, bu böyük şəxsiyyətlərin təşəbbüsü ilə keçirilən böyük, mədəni tədbirləri Özbək və Azərbaycan xalqlarının möhkəm dostluq və qardaşlığının ifadəsi kimi dəyərləndirib.
Samir Abbasov keçmiş SSRİ-də türk və müsəlman respublikalarına qarşı ədalətsiz təxribatlar fonunda Heydər Əliyevin daim öz xalqının, həm də qardaş xalqların maraqlarını qoruduğunu, Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini qeyd edib.
O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk işlərdən biri kimi Özbəkistanla dövlətlərarası əlaqələrin yaradılması və Daşkənddə Azərbaycan səfirliyinin fəaliyyət göstərməsi olub. Diplomat Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qeydolunan uğurlu siyasətin davam etdirildiyini və münasibətlərimizin daha yeni müstəviyə –strateji müttəfiqlik səviyyəsinə qaldırıldığını vurğulayıb.
Özbək tarixçi-jurnalist Şuxrat Salamov Azərbaycan və Özbək xalqlarını birləşdirən çox sayda dəyərlərin olduğunu, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin səyləri nəticəsində hələ Sovet dövründə Azərbaycanda Özbəkistan, Özbəkistanda isə Azərbaycan mədəniyyət günlərinin təşkil edildiyini qeyd edib. O, Heydər Əliyevin hələ Sovet rəhbərliyində təmsil olunarkən daim Özbəkistanı dəstəklədiyini vurğulayaraq, Özbək xalqının da Heydər Əliyevin bu xidmətlərini unutmadığını və onun adının qardaş ölkədə əbədiləşdirildiyini qeyd edib. Şuxrat Salamov söyləyib ki, bu gün Heydər Əliyevin Daşkənddə adını daşıyan küçə, böyük meydan-park və ən əsası Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində səylə çalışan, uğurlu missiya həyata keçirən Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir ki, bu da şərəfli və təqdirəlayiq hal kimi dəyərləndirilir.
Ekran əsərində Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər salan jurnalist Dildora Hasanova onun arzularının reallaşdığını, Türk dövlətləri arasında qardaşlıq və həmrəyliyin tərəqqi etdiyini qeyd edib. O, Heydər Əliyev irsinin Özbəkistanda tanıdılması və onun adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin iki xalq, iki dövlət arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə danışıb, Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyini ziyarət edərək ulu öndərlə bağlı xatirələri bölüşüb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...
26 Aprel
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib...
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
26 Aprel
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
26 Aprel
Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb ...
26 Aprel
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!