03 Aprel 2025 09:35
2541
Səhiyyə
A- A+
Orucluqdan sonra necə qidalanmalı?

Orucluqdan sonra necə qidalanmalı?


11 ayın sultanı - Ramazan ayı başa çatıb. Orucluğun bitməsi həm də qidalanma rejimində dəyişiklik deməkdir.  Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizm əvvəlki qida rejiminə birdən-birə qayıdanda müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, orqanizmin orucluqdan sonra tam normal vəziyyətə qayıtması üçün təxminən üç həftə vaxt lazımdır.

Oruc zamanı orqanizmdə maddələr mübadiləsi yavaşıdığı üçün sonrakı müddətdə ilk növbədə onu sürətləndirmək lazımdır. Bir ay müddətində boş qalmağa vərdiş edən mədə üçün  çox qida qəbulu ağır olur. Üstəlik, orucluğun sona çatması ilə birlikdə insanlarda psixoloji olaraq həddindən artıq yemək meyli  müşahidə edilir. Bu isə vəziyyəti qəlizləşdirir. Səhhətdə müəyyən problemlərin yaranmaması üçün köhnə bəslənmə vərdişinə  yavaş-yavaş  dönmək lazımdır.

Ramazan ayı ərzində susuzluq yaratmasın deyə insanlar yağlı, duzlu, turş qidalardan uzaq dururlar. Orucluq bitən kimi həmin qidaları istehlak etmək mədə-bağırsaq və həzm sistemində problemlər yarada bilər. Bu müddətdə qızardılmış, çox yağlı və şəkərli qidaların əvəzinə, sobada bişirilmiş yeməklərə üstünlük verilməlidir. Marqarin, krem, mayonez, çipsi, souslar, habelə hazır paket qidalar kimi enerji dəyəri yüksək, heç bir bəsləyici dəyəri olmayan məhsullardan da yayınmaq lazımdır.

Orucluq bitdikdən sonra gün ərzində 4-5 dəfə olmaqla meyvə-tərəvəzin üstünlük təşkil etdiyi qidaları az-az, tez-tez qəbul etmək məsləhətdir. Bu həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər. Gündəlik rasionda mövsümi meyvə-tərəvəzlərin qəbulu ilə yanaşı, quru meyvələrdən də istifadə etmək olar. Bu, itirilən mineral və vitaminlərin bərpasına kömək edir.

Bağırsaq fəaliyyətini yaxşılaşdırmaq üçün meyvə və tərəvəzlərlə birlikdə tam taxıllar kimi lifli qidalara da üstünlük verilməlidir. Qida rasionunda zülal (ət, balıq, yumurta) və sağlam yağların (zeytun yağı, qoz-fındıq) olmasına diqqət etmək lazımdır. Yeməkləri yavaş-yavaş çeynəmək və tələsmədən yemək həzm prosesini asanlaşdırır. 

Gün ərzində qəbul edilən maye miqdarını da diqqətdən kənar qoymaq olmaz. Bədəndəki maye itkisini tarazlaşdırmaq üçün gün ərzində bədən çəkisinin 3 faizi mislində, təxminən 2,5-3 litr su qəbul edilməlidir. Çay və qəhvə kimi içkilərin suyun yerini tutmadığı unudulmamalıdır. Şirin və qazlı sulardan isə ümumiyyətlə, uzaq durmaq lazımdır. 

Orucluqdan sonrakı müddətdə qida rasionu ilə birlikdə fiziki aktivliyə də diqqət ayırmaq tövsiyə edilir. O, bağırsaq hərəkətlərini artırır, qanda şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Orucluqdan sonrakı günlərdə bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməyə kömək edir. Hər gün təmiz havada yarım saat piyada gəzmək faydalıdır.

Ramazan ayından sonra yuxu rejimini qaydaya salmaq olduqca önəmlidir. İnsanlar bir ay ərzində imsak üçün istər-istəməz gecə yarısından oyaq olurlar ki, bu da yuxu rejimini pozur. Keyfiyyətli yuxunun sağlamlığın təməlini təşkil etdiyi isə hər kəsə bəllidir. Buna görə də axşam saat 23:00-da yatmağın yuxu rejimini tənzimlədiyi bildirilir. Mütəxəssislər qeyd edirlər ki, sadalanan tövsiyələrə riayət etməklə orqanizmin orucluqdan sonrakı uyğunlaşma prosesini asanlaşdırmaq mümkündür. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!