07 Yanvar 2026 08:35
244
CƏMİYYƏT
A- A+
Ordumuzun təchizatı və texnoloji modernləşmə

Ordumuzun təchizatı və texnoloji modernləşmə


Azərbaycanın müdafiə sənayesi sürətli inkişaf yolundadır


Müasir dünyada müdafiə sənayesi hərbi təhlükəsizlik anlayışı ilə məhdudlaşmır. Bu sahə dövlətlərin siyasi çəkisini artıran, texnoloji inkişafı sürətləndirən, həmçinin gəlir gətirən strateji istiqamətə çevrilib. Azərbaycan da bu reallıqları nəzərə alaraq müdafiə sənayesinə yanaşmasını son illərdə əsaslı şəkildə yenidən formalaşdırıb. 

Uzun müddət Azərbaycan müdafiə sənayesinə klassik dövlət modeli ilə yanaşırdı. Bu sahə əsasən daxili tələbatın ödənilməsinə yönəlmişdi. Lakin zaman göstərdi ki, beynəlxalq təcrübədə ən uğurlu modellərdən biri dövlət nəzarəti ilə özəl sektorun fəal iştirakının uzlaşdırılmasıdır. Məhz bu yanaşma son iki ildə Azərbaycanda tətbiq olunmağa başlayıb. 

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, son iki il ərzində bu sahədə dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar yaradıldı. Bu qərar həm maliyyə yükünün azalmasına, həm də istehsal imkanlarının daha çevik və effektiv qurulmasına şərait yaratdı. Hazırda bu sahə ciddi lisenziya mexanizmi ilə tənzimlənir və indiyədək 15 özəl şirkətə fəaliyyət icazəsi verilib, onların 7-si artıq hərbi təyinatlı məhsul istehsalına başlayıb. 

Müdafiə sənayesinin real gücü rəqəmlərdə özünü açıq şəkildə göstərir. 2024-2025-ci illər ərzində yeni istehsal sahələrinin yaradılması və mövcud müəssisələrin genişləndirilməsi üçün 1 milyard manat sərmayə qoyulub. Bu vəsaitin təxminən  yarısı özəl sektorun payına düşür ki, bu da sahəyə biznes marağının artdığını göstərir. 

İstehsal həcmləri də diqqətçəkicidir. Dövlətimizin başçısı müsahibəsində deyib ki, keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub. Bu məhsulların əsas hissəsi Azərbaycan Silahlı Qüvvələrinin təminatına yönəlsə də, ölkəmizin ixracatında da hərbi sənaye mühüm yer tutur. Azərbaycan bu gün hərbi təyinatlı məhsullarını 20-yə yaxın ölkəyə ixrac edir. Bu fakt göstərir ki, ölkəmiz həm istehlakçı, həm də regional və beynəlxalq bazarlarda tanınan istehsalçıya çevrilməkdədir. Beləliklə, müdafiə sənayesi artıq təhlükəsizlik məsələsi ilə yanaşı, eyni zamanda gəlir gətirən sahədir. "Biz buna, o cümlədən biznes istiqaməti kimi baxırıq", - deyə Prezident İlham Əliyev bildirib. Xüsusilə qlobal silah bazarında qiymətlərin kəskin artması fonunda bu sahə Azərbaycan üçün alternativ valyuta mənbəyi rolunu oynaya bilər. Qarşıya qoyulan qısamüddətli hədəf isə kifayət qədər iddialıdır: "Qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır". Bu hədəfin 3-4 il ərzində reallaşdırılması real hesab olunur.

Müdafiə sənayesinin inkişafı yalnız məhsul istehsalı ilə məhdudlaşmır. Azərbaycan dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr yaradaraq pilotsuz uçuş aparatları, artilleriya qurğuları və müxtəlif silah-sursat növlərinin istehsalını planlaşdırır. Prezidentin sözləri ilə desək: "Biz bu sahəyə bir neçə prizmadan baxırıq… müasir kadr potensialı yaratmaq və ixrac imkanlarımızı genişləndirmək". 

Bu yanaşma uzunmüddətli perspektivdə ölkənin texnoloji müstəqilliyini gücləndirəcək və ixtisaslı kadrların formalaşmasına xidmət edəcək. Azərbaycanın müdafiə sənayesi artıq ilkin mərhələdəki "idxaldan asılılığı azaltmaq" məqsədini geridə qoyub. Müdafiə sənayesi Silahlı Qüvvələrimizin təchizatı ilə yanaşı, iqtisadi inkişafın, ixracın və texnoloji modernləşmənin mühüm alətinə çevrilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu proses sürətlə genişlənir və yaxın illərdə cəmiyyət bu sahədə əldə olunan nəticələri daha açıq şəkildə görəcək.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

15:13
08 Yanvar

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir  

14:45
08 Yanvar

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir  

14:36
08 Yanvar

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur  

14:35
08 Yanvar

Sabah bəzi rayonlarda hava fasilələrlə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:35
08 Yanvar

Abid Malik: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcıdır  

14:11
08 Yanvar

FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək  

14:01
08 Yanvar

Kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub

13:47
08 Yanvar

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

13:41
08 Yanvar

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

13:27
08 Yanvar

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb  

13:23
08 Yanvar

Qırğızıstanlı analitik : Mərkəzi Asiya-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyə xidmət edir  

13:13
08 Yanvar

Fransada etiraz edən fermerlər traktorları Parisin mərkəzinə sürüblər  

13:08
08 Yanvar

Azərbaycanda ilk dəfə keçirilən dağ xizəyi üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb  

12:57
08 Yanvar

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir  

12:39
08 Yanvar

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır  

12:17
08 Yanvar

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

12:15
08 Yanvar

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb  

11:41
08 Yanvar

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

11:36
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!