04 İyul 2025 16:24
1604
Elm və texnika
A- A+
Ombudsman: “Yüksəliş” müsabiqəsi bütövlükdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir

Ombudsman: “Yüksəliş” müsabiqəsi bütövlükdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir

“Yüksəliş” müsabiqəsi ölkəmizdə strateji idarəçilik mədəniyyətinin formalaşmasına, dövlətçilikdə intellektual kapitalın önə çəkilməsinə və bacarıqlı kadrların dövlətin inkişafında iştirak etməsinə geniş imkanlar yaradır. Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, eyni zamanda, Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. O bildirib ki, ölkəmizin 2030-cu ilədək müəyyən etdiyi 5 milli prioritetindən biri olan və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx uzlaşan rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması məqsədilə müasir biliklərin və rəqəmsal bacarıqların artırılması olduqca vacibdir: “Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan məqsəd və hədəflərin hər biri üzrə, xüsusilə keyfiyyətli təhsilin, gender bərabərliyinin, layiqli əmək və iqtisadi artımın təmini sahəsində nəticələr və nailiyyətlər əldə etməkdədir.

İxtisaslı kadrların insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Tərəfimizdən gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına ünvanlanan ardıcıl maarifləndirici tədbirlər təşkil olunur ki, bu da onların bilik və təcrübələrinin artırılmasına xidmət edir.

Gənclərin potensialından daha səmərəli istifadə etmək, professional peşə vərdişlərini inkişaf etdirmək və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında ildə 2 dəfə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramı təşkil olunur. Bununla yanaşı, hər il müxtəlif ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları Ombudsman Aparatında təcrübə keçirlər. Bu baxımdan təsadüfi deyildir ki, “Yüksəliş” müsabiqəsinin əməkdaşlıq etdiyi qurumlardan biri də Ombudsman təsisatıdır.

Mentoru olduğum “Yüksəliş” müsabiqəsinin qalibi əlilliyi olan şəxslərin hüquqlarına dair layihənin icrası prosesinə də cəlb olunub. Onun layihə çərçivəsində keçirilən görüşlərdə irəli sürdüyü təklif müsbət qarşılanıb və həmin təklifin reallaşdırılması istiqamətində ona zəruri dəstək göstərilib.

İnsan kapitalının formalaşmasına və inkişafına, habelə yeni baxışların idarəetmə proseslərinə inteqrasiyasına yönəlmiş ən uğurlu layihələrdən biri olan “Yüksəliş” müsabiqəsi yalnız iştirakçıların deyil, bütövlükdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə təşəbbüslər Azərbaycanın innovativ, şəffaf və insan yönümlü idarəetmə modelinə keçidinin bariz göstəricisidir”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!