20 Mart 2020 01:16
2462
Mədəniyyət
A- A+
“Novruz”un aşıq poeziyasında tərənnümü

“Novruz”un aşıq poeziyasında tərənnümü


Dədə Qorquddan bugünədək yol gələn "Saz bayramı-yaz bayramı” həm də ulu ozan sənətinin yaşadılması deməkdir


Müdriklərimiz martı tarixən "təbiətin oyanış” ayı da adlandırıblar. Çünki çayların buzu əriyir, arxın kənarlarında yarpız soyuq-sazaqdan qorxmayıb Günəşə tərəf boylanır. Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub ağ çalmasını açmağa, yaşıl şala bürünməyə hazırlaşır. Qaya dibinə sığınmış novruzgülünə elə gəlir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki qarəməngül-peşəməngül - danaqıran "onu yuxuya verib”, boynunu əyib kövrəlir, kol dibində göyərən bənövşəni səsləyir, təbiət yenidən canlanır, qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir, o da nazlanmağa başlayır.

Novruz günlərinə qədər dörd həftə yol gələn yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran yerlərində daha tez hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər. Amma bunun da öz səbəbləri var.

Novruz bayramı günlərində (hətta çərşənbələr başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir: dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhvali-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Lakin gecə ilə gündüz, axşamla səhər öz axarındadır. Demək, xeyirlə şər də qaçılmazdır.

"Kitabi-Dədə Qorqud”dan boy verən bu oyanış təəssüf ki, işğal altındakı yurdlarımızda illərdir ki, gecikir. Çünki orada yağı torpağı əkib-becərmir, əksinə, zəhərli silahlarla onu yaralayır.

Ozan-aşıq sənəti ən qədim folklor örnəklərindən olmaqla, Azərbaycan xalqının mənəvi-mədəni inkişafında mühüm yer tutur. Novruz şənliklərini saz çalğısı, aşıq musiqisi olmadan təsəvvür etmək mümkün deyil. Hətta, keçmiş sovetlər birliyi dövründə də ölkəmizdə "Saz-söz bayramı”nın keçirilməsinə qadağa qoyula bilmədi. Müstəqilliyin bərpasından sonra Azərbaycanda Novruz şənlikləri məhz ozan-aşıq sənətinin bugünkü davamçılarının ifalarında bir-birindən maraqlı çıxışlarla yadda qalır.

Azərbaycanın ustad aşıqlarından olan Sarı Aşıq, Abbas Tufarqanlı, Dirili Qurbani, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Musa, Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Şəmşir, Bozalqanlı Aşıq Hüseyn, Aşıq Mirzə Bilal, Aşıq Şakir, Aşıq Pənah və başqaları Novruz bayramının müqəddəsliyini, ümumiyyətlə, yazın gəlişini, təbiətin oyanışını, həyatın gözəlləşməsini, bolluq və xoş güzəranı tərənnüm edən gözəl, ifadəli şeir nümunələri yaratmışlar.

Aşıq sənəti Azərbaycan xalqının yaradıcılıq sahəsi olaraq UNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramı günlərində aşıqlar qədim sazı sinələrinə basıb el-el dolaşır, yurd, vətən, yaz, Novruz, sevgi haqqında nəğmələr qoşurlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezident, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz bu fəaliyyət sayəsində Azərbaycanın aşıq sənəti ilə birlikdə Novruz bayramı 2009-cu ildə UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Baharın tərənnümü, Novruzun vəsfi aşıq yaradıcılığında xüsusi yer tutur. Baharın - Novruzun təsvir-tərənnümünə həsr olunan şeirlər "Novruznamə” adlanır.

Dirili Qurbani adı ilə tanınan saz-söz ustadının poeziyasında baharın tərənnümü xüsusi yer tutur. Onun "Bənövşəni” qoşması bu gün də dillər əzbəridir:

Başına döndüyüm, ay qəşəng pəri,

Adətdi, dərərlər yaz bənövşəni.

XVI yüzilliyin sonları - XVII yüzilliyin ortalarında yaşamış, şeirləri, "Qul”, "Şikəstə”, "Bikəs” təxəllüsləri ilə daha çox tanınan Abbas Tufarqanlının həyat və yaradıcılığından söz açan, aşıqların dilinin əzbəri olan "Abbas-Gülgəz” dastanına 400-dən çox aşıq şeiri daxildir. Şair-aşığın əsərlərində bahar motivli nümunələr xüsusilə çoxluq təşkil edir:

Yenə gəlib bahar fəsli,

Süsən, sünbül, Məzə dağı.

Açılıb güllər, nərgizlər,

Bənövşələr, bəzə dağı.

Təbiətin təsviri, yazın, payızın tərənnümü Xəstə Qasımın da yaradıcılığında mühüm yer tutur:

Payız dərdim, qış möhnətim, yaz qəmim,

Hicran tapdaq etdi yayılan məni.

Götür qələm, sərxəttimi yaz mənim,

Qoyma dərgahından yayılan məni.

Yaxud "Təcnis Alı” kimi də tanınmış ustad Aşıq Alının gəraylı və qoşmalarında da bahar mövzusu xüsusi vurğulanır:

Süsənli-sünbüllü, tər bənövşəli,

Yaylaq, bizim yaylaqlara bənzərsən.

İçən ölməz abi-kövsər suyunu,

Bulaq, bizim bulaqlara bənzərsən.

Aşıq poeziyasında kamil sənət nümunələri yaradan Aşıq Hüseynin bahar güllərini vəsf edən "Sarı gül” rədifli qoşması, xanəndələrimizin repertuarında özünə əbədilik qazanıb:

Yarın bağçasında üç gül açılıb,

Ağ gül, qırmızı gül, illah sarı gül.

Hər üçü də bir-birindən öyməli,

Ağ gül, qırmızı gül, illah sarı gül.

Azərbaycanın aşıq-şeir sənətinin zirvəsini fəth etmiş Aşıq Ələsgərin əsərləri arasında baharla, yazla, Novruzla bağlı nümunələri saymaqla qurtarmaq olmaz. Aşıq Ələsgər Azərbaycanın təbiətini - başı qarlı dağlarını, ala yaylaqlarını, bahar fəsilli min rəngə boyanan çəmənlərini, əkin-biçin yerlərini, tarla və zəmilərini min bir dillə oxşayır, min bir çalarda tərənnüm edirdi:

Bahar fəsli, yaz ayları gələndə,

Süsənli-sünbüllü, lalalı dağlar...

Ana dilinin incəlikləri hesabına ərsəyə gələn təcnisin cığalı, dodaqdəyməz, dildönməz kimi nadir incilərini yaradan ustad sanki ana təbiətin fəsillərinin dördünü də eyni dərəcə sevib və vəsf edirdi. Amma bu sevgidən baharın, yazın bəxtinə daha çox düşürdü:

Qışda dağlar ağ geyinər, yaz qara,

Sağ dəstinlə ağ kağıza yaz qara.

Əsər yellər, qəhr eyləyər yaz qara,

Daşar çaylar, gələr daşlar çataçat.

Novruzun, yazın, təbiətin tərənnümü Aşıq Musa, Aşıq Rəcəb, Dədə Şəmşir, Bozalqanlı Aşıq Hüseyn, şair Vəli, Aşıq Şakir, Aşıq Pənah və digər ustad el sənətkarlarının yaradıcılığında da xüsusi yer tutur. Dədə Şəmşirin "Dağların” rədifli gəraylısı bütövlükdə bir bahar lövhəsidir. Təbiətin nadir ətirli çiçəyi olan bənövşə çox şairlərin ilham mənbəyi olmuşdur. Ustad sanki boynu bükük çiçəyi öz şeirinin gözəlinə, ilham pərisinə çevirib:

Bahar çatıb bəzəyirmi dağları,

Açılırmı sizin yerdə bənövşə?

Qımışırmı dodaqları nərgizin,

Təzə-tərmi güneylərdə bənövşə?

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!