30 Aprel 2026 11:24
183
İQTİSADİYYAT
A- A+
Körfəzdə gərginlik: neftin qiyməti 140 dollara çata bilər

Körfəzdə gərginlik: neftin qiyməti 140 dollara çata bilər


ABŞ-İran qarşıdurması fonunda neftin qiymətinin yüksəlmə tendensiyasının davam edəcəyi gözlənilən idi. Tərəflərin kəskin bəyanatları və qarşılıqlı hədələri Körfəz probleminin yaxın zamanda həll olunacağını deməyə əsas vermir. Bu isə Hörmüz boğazının bağlı qalması və qiymətlərin artan templə yüksəlməsini şərtləndirir.

AZƏRTAC xəbər verir ki, bu gün London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 12,6 faiz artaraq 113 dollardan 126,3 dollara kimi artdı. WTI markalı neftin 1 barelinin qiyməti isə 10,5 faiz artaraq 96 dollardan 110,5 dollara kimi yüksəldi. Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti isə 6,43 dollar və ya 5,55 faiz artaraq 122,32 dollar olub. Lakin birja treyderlərinin məlumatına görə, “Azeri Light”ın qiymətində də sıçrayış olacaq.

İran parlamentinin sədri Məhəmməd Qalibaf bildirib ki, ABŞ Hörmüz boğazını blokadada saxlamaqla dünya bazarında neftin qiymətini süni sürətdə artıraraq külli miqdarda qazanc əldə edir. Onun fikrincə, blokadanın məqsədi də məhz budur və neftin qiyməti 140 dollara kimi yüksələcək.

“Axios” xəbər verir ki, bu gün ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığının rəhbəri admiral Bred Kuper Prezident Donald Trampa Yaxın Şərqdəki hərbi əməliyyatların gələcək ssenarisi barədə məlumat verəcək. Bu xəbər mətbuata çıxdıqdan sonra London və Nyu-York birjalarında neftin qiyməti birdən-birə sıçrayışla artdı.

“Bloomberg” isə qeyd edib ki, Pentaqon Yaxın Şərqə “Dark Eagle” raketlərinin göndərilməsi barədə Ağ Ev qarşısında məsələ qaldırıb. Bundan başqa, Yaxın Şərqdəki ABŞ hərbi bazalarına uzaq mənzilləri vurmaq üçün digər raketlər də göndərilib.

“The Wall Street Journal” nəşrinin əldə etdiyi məlumata görə, ABŞ administrasiyası bütün ölkələrdəki səfirliklərə xüsusi məktub göndərərək dövlətləri İrana qarşı müharibəyə qoşulmağa məcbur etmək tapşırığı verib. Bunun nə qədər real olacağını zaman göstərəcək. Hələlik isə qarşılıqlı hədələr davam edir. İranın Ali Liderinin müşaviri Möhsün Rezayi Körfəz və ətrafındakı ABŞ gəmilərinin məhv edəcəklərini bəyan edib. ABŞ isə İrandan təslim olmağı tələb edir.

Ekspertlər müharibənin yenidən alovlanacağını və neftin qiymətinin artacağını proqnozlaşdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Dneprin şəhərətrafı ərazisinə dron hücumu: bir nəfərin öldüyü bildirilir  

14:45
30 Aprel

Bakıda ailə, qadın və uşaq siyasətinə həsr olunmuş konfrans işinə başlayıb

14:44
30 Aprel

WUF13 zamanı Azərbaycana səyahət edəcək şəxslər üçün viza qaydaları necədir?  

14:40
30 Aprel

Xocavənd kəndində daha 32 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2

14:31
30 Aprel

“MIZRAK” ilk dəfə “SAHA 2026”da nümayiş olunacaq

14:28
30 Aprel

Birinci rübdə SOCAR-ın idarəsi 35 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

13:32
30 Aprel

Rusiya Odessaya iki dəfə kütləvi zərbələr endirib

13:29
30 Aprel

Prezident İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb  

13:27
30 Aprel

Ukraynada cəbhə xəttində döyüşən hərbçilər üçün yeni qaydalar

13:18
30 Aprel

Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür

13:16
30 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:11
30 Aprel

Venesuelaya tətbiq edilən 1861 sanksiyadan yalnız 18-i ləğv olunub  

13:01
30 Aprel

Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq

12:56
30 Aprel

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

12:53
30 Aprel

Ankarada qardaşlıq dialoqu: Günay Əfəndiyeva diplomatiya və Türk dünyasının gələcəyindən danışıb  

12:51
30 Aprel

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib YENİLƏNİB

12:50
30 Aprel

“Goldman Sachs”: Hörmüz boğazından ixrac normal səviyyənin 4 faizinə enib

12:48
30 Aprel

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

12:40
30 Aprel

Zelenskinin Rusiyanın atəşkəs təklifinə reaksiyası

12:33
30 Aprel

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 4 milyon dolları ötüb

12:23
30 Aprel

Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı  

12:05
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!