30 Aprel 2026 12:51
181
CƏMİYYƏT
A- A+
Ankarada qardaşlıq dialoqu: Günay Əfəndiyeva diplomatiya və Türk dünyasının gələcəyindən danışıb  

Ankarada qardaşlıq dialoqu: Günay Əfəndiyeva diplomatiya və Türk dünyasının gələcəyindən danışıb  


Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, Günay Əfəndiyeva səfər çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasını ziyarət edərək akademiyanın rəhbəri İsmayıl Hakkı Musa ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Türkiyənin hərtərəfli əməkdaşlığının günü-gündən daha da möhkəmləndirilməsi, parlament diplomatiyası, eləcə də ortaq mədəni irsin təbliği məsələləri müzakirə olunub.

Daha sonra Günay Əfəndiyevanın Akademiyada təhsil alan gənc diplomatlarla görüşü keçirilib.

Qarşılıqlı dialoq və fikir mübadiləsi şəraitində gerçəkləşən görüşdə o, tələbələr qarşısında çıxış edərək diplomatiyanın mahiyyəti, Azərbaycan–Türkiyə münasibətlərinin strateji dərinliyi və Türk dünyasının gələcək inkişaf perspektivləri barədə geniş fikirlərini bölüşüb.

Günay Əfəndiyeva diplomatiyanı dövlətlər arasında maraqların uzlaşdırılmasına xidmət edən vasitə kimi dəyərləndirərək, vurğulayıb: “Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər klassik diplomatik çərçivələri aşaraq, ortaq tarix, dil və mədəniyyətin üzərində yüksələn güclü qardaşlıq nümunəsidir. İki dövlətin tərəfdaşlığı beynəlxalq münasibətlərin ən səmimi və güclü təzahürlərindən biri kimi çıxış edir”.

Günay Əfəndiyeva Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsini xatırladaraq qeyd edib ki, bu yanaşma Azərbaycan və Türkiyənin xarici siyasətdə bir-birini tamamlayan strateji xəttini əks etdirir.

Deputat xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycana verdiyi qətiyyətli mənəvi dəstəyin iki ölkənin qardaşlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib. Bu həmrəyliyin məntiqi davamı kimi imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “Türk dünyası bizim ailəmizdir” ifadəsi artıq Azərbaycan–Türkiyə qardaşlığını daha geniş coğrafiyada – bütün Türk dünyasını əhatə edən diplomatik həmrəylik modelinə çevirir.

Çıxışda Türk dünyasının son onilliklərdə keçdiyi inkişaf yoluna da toxunulub. Günay Əfəndiyeva bildirib ki, sovet dövründə türk xalqları arasında parçalanmış əlaqələr bu gün müstəqil türk dövlətlərinin iradəsi ilə yenidən bərpa olunub və artıq türk əməkdaşlıq təşkilatları vasitəsilə sistemli əməkdaşlıq daha da möhkəmlənir: “Hər il türk dövlətlərinin rəhbərləri Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən Zirvə toplantılarında bir araya gəlirlər. Bu görüşlərdə ortaq gündəm və gələcək perspektivlər müzakirə olunur, tranzit, logistika, enerji, ticarət, investisiya, rəqəmsallaşma və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlər imzalanır”.

Görüşdə ortaq dil, əlifba, tarix kimi məsələlər ümumi müzakirə olunub, eyni zamanda, Günay Əfəndiyeva gənc diplomatların suallarını cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Dneprin şəhərətrafı ərazisinə dron hücumu: bir nəfərin öldüyü bildirilir  

14:45
30 Aprel

Bakıda ailə, qadın və uşaq siyasətinə həsr olunmuş konfrans işinə başlayıb

14:44
30 Aprel

WUF13 zamanı Azərbaycana səyahət edəcək şəxslər üçün viza qaydaları necədir?  

14:40
30 Aprel

Xocavənd kəndində daha 32 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2

14:31
30 Aprel

“MIZRAK” ilk dəfə “SAHA 2026”da nümayiş olunacaq

14:28
30 Aprel

Birinci rübdə SOCAR-ın idarəsi 35 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

13:32
30 Aprel

Rusiya Odessaya iki dəfə kütləvi zərbələr endirib

13:29
30 Aprel

Prezident İlham Əliyev beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən danışıb  

13:27
30 Aprel

Ukraynada cəbhə xəttində döyüşən hərbçilər üçün yeni qaydalar

13:18
30 Aprel

Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür

13:16
30 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:11
30 Aprel

Venesuelaya tətbiq edilən 1861 sanksiyadan yalnız 18-i ləğv olunub  

13:01
30 Aprel

Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq

12:56
30 Aprel

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

12:53
30 Aprel

Ankarada qardaşlıq dialoqu: Günay Əfəndiyeva diplomatiya və Türk dünyasının gələcəyindən danışıb  

12:51
30 Aprel

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib YENİLƏNİB

12:50
30 Aprel

“Goldman Sachs”: Hörmüz boğazından ixrac normal səviyyənin 4 faizinə enib

12:48
30 Aprel

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

12:40
30 Aprel

Zelenskinin Rusiyanın atəşkəs təklifinə reaksiyası

12:33
30 Aprel

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 4 milyon dolları ötüb

12:23
30 Aprel

Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı  

12:05
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!