14 Avqust 2023 21:40
913
İDMAN
A- A+
Nicat Abasov Dünya Kubokunun ¼ finalında Qucrati ilə görüşəcək

Nicat Abasov Dünya Kubokunun ¼ finalında Qucrati ilə görüşəcək


Türkəsilli Nurgül Səlimova yarımfinala vəsiqə qazanıb


Bakıda şahmat üzrə Dünya Kuboku yarışları davam edir.
Kişilərin turnirində 1/8 final, qadınlarda isə 1/4 final görüşləri keçirilib.
Azərbaycan yarışlarda 18 şahmatçı ilə təmsil olunsa da, üç turdan sonra onlardan yalnız biri – Nicat Abasov mübarizəni davam etdirir. Əvvəlki mərhələlərdə Roduel Makoto (Zimbabve), Laurent Fressine (Fransa) , Aniş Girini (Niderland) və Pyotr Svidlerı (FİDE) məğlubiyyətə uğradan azərbancanlı qrossmeyster  növbəti raundda BƏƏ təmsilçisi Saleh Səlimə qalib gəlməklə adını yarışların ən güclü 8 şahmatçısı siyahısına yazdırmağı bacarıb.  
Hər iki klassik oyunda Nicar Abasov rəqibi üzərində qələbə qazanıb və bu gün  1/4 finalda hindistanlı  qrossmeyster , iki dəfə dünya şahmat tacı uğrunda final  matçlarında iştirak etmiş Yan  Nepomnyaşşini (FİDE) məğlubiyyətə uğradan Vidit Qucrati ilə görüşəcək.
Geyd edək ki, qadınların yarışında türkəsilli bolqarıstanlı şahmatçı Nurgül Səlimova   yarımfinalda çıxış etmək hüququ qazanıb. O, turnirə  FİDE bayrağı altında qatılan güçlü rusiyalı şahmatçı Polina Şuvalova üzərində gözəl qələbə qazanıb.
Şahmat üzrə Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollar təşkil edir.
Yarışların həm kişi, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu dünya çempionu adı uğrunda  İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!