20 Fevral 2025 08:30
1141
Mədəniyyət
A- A+
Nəriman Nərimanovun islam dininə baxışı

Nəriman Nərimanovun islam dininə baxışı


Nəriman Nərimanov Azərbaycan ədəbiyyatı tarixində yazıçı, publisist, dramaturq kimi şöhrət qazanmış, bir çox yeniliklərə və ilklərə imza atmışdır. "Nadir şah" əsəri ilə ilk tarixi faciə janrının, "Bahadur və Sona" əsəri ilə isə ilk milli romanın əsasını qoymuşdur. Sovet dövrü çağlarında Azərbaycan ədəbiyyatı Nərimanovun qələmini xalqına kommunist ideologiyası prinsiplərinə dayanaraq, ateizmi təbliğetmə yolunun böyük carçısı kimi tanıtmışdır. 

Çox təəssüf ki, onun dini görüşləri insanlara düzgün şəkildə çatdırılmamışdır. O, mənsub olduğu xalqını, yalanlarla əsarətdə saxlamaq istəyən din adamlarını tənqid atəşinə tutmuşdur. Hələ gənc yaşlarında ədib dövrünün haqsızlıqlarına etiraz edərək ilk əsəri olan "Nadanlıq" dramında zəhmətkeş kütlələri maddi və mənəvi sıxıntı içərisində, əsarətdə saxlayan feodalizm cəmiyyətinin qayda-qanunlarına, gerilik təzahürlərinə qarşı mübarizəyə qalxır, xalqı cəhalətin və dini mövhumatın amansız girdabından qurtarmağa cəhd edirdi.

N.Nərimanovun 1917-ci ildə yazdığı "Pir" povestində riyakar insanlar tərəfindən yaradılan din ocaqları tənqid edilir. "Pir" povestində o, islam dinini deyil, dindən xəbəri olmayan, bu pərdə altında insanları yalanlarla əsarətdə saxlamaq istəyən mollaları tənqid etmişdir. C.Məmmədquluzadənin "Ölülər" əsərində Şeyx Nəsrullah obrazı ilə "Pir" povestindəki Molla Cəfərqulu xarakteri arasında oxşarlıq daha çoxdur. Şeyx Nəsrullah kimi Molla Cəfərqulu da öz əxlaqsızlığını din pərdəsi altında gizlətmək istəyir. Lakin bu örtünü, insanların gözündən çəhrayı eynəyi Gülbadam obrazı qaldıraraq mollanın həqiqi simasını ifşa edir. Nərimanovun povestində "Allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt Allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan. Həqiqi məhəbbət bağladığı məbuda insan özü səcdə edəcəkdir" fikirlərindən görürük ki, ədib dinə məntiqlə yanaşır, elmli din xadimlərinə hörmət bəsləyir. 

Nəriman Nərimanov əsərlərində dinə mədəni-mənəvi və sosial hadisə kimi baxır, ona ciddi elmi mövqedən yanaşır, daxili aləminin mürəkkəbliyini, tərkibində gerçəklikdən uzaq düşmüş ünsürlərlə yanaşı, real əsasları olan sağlam ruhi dəyərlərin də olduğunu qeyd edir. Yeri gəldikcə bu dəyərlərin ümumbəşəri mənasını öz yazılarında da izah edir. Amma onun dini görüşləri uzun illər birmənalı qarşılanmayaraq mübahisə doğurmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nərimanov bir çox qəza və şəhərlərə səyahət edir, orada yaşayan insanların həyat şəraitini öyrənir, onlarla söhbətlər edirdi. O, XX əsrin 20-ci illərinin əvvəllərində Göyçayda bir acınacaqlı hadisə ilə qarşılaşır. Bir qadın təlaşlı halda Nəriman Nərimanova yaxınlaşaraq doktordan xəstə övladını müayinə etməsini istəyir. Müayinədən sonra məlum olur ki, insanların müqəddəs hesab etdikləri pirin torpağından bir qədər şəfa məqsədilə xəstəyə yedirdiblər. Bu da uşağın ağır dərd  tapmasına səbəb olub. Hadisə doktor Nərimanova çox pis təsir göstərib. 

Azərbaycan  Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi Kitabxana və onun avtomatlaşdırılması şöbəsinin müdiri Pərixanım Muradova "Nəriman Nərimanovun milli ruhlu publisistikasına dair" məqaləsində yazır: "O, savadlı, elmli din xadimlərinə böyük hörmət bəsləyirdi. İslam dininə münasibəti onun siyasətinin ən ümdə məsələlərindən olmuş və milli dövlətçilik baxışlarında önəmli yer tutmuşdur. 1920-ci il mayın 26-da onun verdiyi ilk göstərişlərdən birində yerli əhalinin milli adət-ənənələrinə və dini hisslərinə hörmətlə yanaşılması tələb olunurdu. 1921-ci ilin aprelində Nərimanov Təzəpir məscidinin bərpası, təmiri üçün xüsusi sərəncam vermişdir və bu işin icrasını hərbçilərə tapşırmışdır. Heç təəccüblü deyil ki, repressiya axınına dinimizi təbliğ edən insanlar da məruz qalmışdır. Nərimanov məşhur din xadimlərini Axund Fərəcullah Pişnamazzadə, Nurməmməd Əfəndi İmamzadə, Molla Əhməd Hacı Nəbi oğlunu həbsdən azad edərək onların bəraət qazanmalarına nail olmuşdur. İslam dininin həqiqətlərini olduğu kimi insanlara çatdırıb onları aydınlatan, dinə xidmət edən insanları Nərimanov hər zaman müdafiə etmişdir. Allahın evi sayılan məscidə daxil olarkən, müqəddəs məkanın qapısı kandarında ayaqqabılarını çıxarıb,  içəri daxil olduqda öncə mehrab qarşısında təzim etdikdən sonra müsəlman rəhbərə yaraşacaq tərzdə "Bismillahir rəhmanir rəhim" deyərək məsciddə toplaşan xalq qarşısında çıxışına başlamışdır". 

N.Nərimanov islam dininin incəliklərini dərindən mənimsəyən savadlı bir şəxs idi. O, Həştərxanda mollaların və teatr məktəbləri müəllimlərinin yığıncağındakı nitqində Məhəmməd peyğəmbərin bütlərə qarşı çıxma missiyasını nəql etmişdir:  "Heç bir qüvvə peyğəmbəri tutduğu yoldan döndərə bilməmişdir. O, millətini cahilliyin çirkli pəncəsindən qoparmaq, onlara dünyanın həqiqi gözəlliklərini aşılamaqla doğru yola, haqq yoluna çəkmişdir". Nərimanovun fikrincə, gözəllikləri və səadəti tərənnüm edən dini kitablardakı kəlamlar ya tamamilə ört-basdır edilmiş, ya da həqiqi mənaları yanlış şəklə salınmaqla dəyişdirilmişdir. O, 1906-cı il mayın 12-də "Həyat" qəzetində dərc etdirdiyi yazısı ilə islam hamilərinə üz tutaraq deyirdi: "Cənab islam hamiləri!  Siz  zəmanəyə uyuşdunuz, siz yüz illər ilə islamı qaranlıqda tutmuşdunuz, siz islamda olan azadəliyi bilmərrə basdırmışdınız". Mənafeləri naminə insanlardan əsl islamı və onun dəyərlərini gizlətmək yolunda dəridən-qabıqdan çıxan hamiləri şiddətlə məzəmmət edən Nərimanov, islamı yad ünsürlərin müdaxiləsindən qorumağı onların əsas vəzifəsi olduğunu qeyd edirdi. 

Din üzərindən yoxsulları aldatmaq və cilovlamaq üçün məharətlə çalışıb- vuruşmuş,  hətta elmə, təhsilə meyil edənləri günahkar kimi qələmə verən dövrünün bir çox fanatik dindarlarını Nərimanov "Nadanlıq" əsərində tənqid atəşinə tutaraq deyir: "Heyif, çox heyif ki, bizim millət peyğəmbər buyurduğuna da əməl etməyir! Belə millətin axırı puç olmazmı?" "Elmi kommunizmi düşünmək üçün yol" əlyazmasında müəllif yazır: "İslam fəlsəfəsi deyir ki, insan azad yaradıcıdır, daha doğrusu, özü-özündən asılıdır." Həqiqətən də Qurani-Kərimdə insanın iradə sərbəstliyinə dair ayələr vardır. Hələ çar Rusiyasının hakimiyyəti dövründə Nərimanov özünün ən möhtəşəm "Tibb və islam" əsərini yazaraq gerçəklikdən payı olmayan fikirləri darmadağın edir. Bu əsərdə o, qəflət yuxusundan oyanmaqda əziyyət çəkən xalqına islam dinini və müasir tibbi qarşı-qarşıya qoyaraq həqiqi elmi sübuta yetirir. 

N.Nərimanov əsərində gözəl sifəti, saflığı xüsusi qeyd etmişdir: "Rəbbimizin şu gözəl sifətlərindən biri də budur: hamı bəndəsinə bir gözlə baxır". Bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, köləlikdən azad olması yollarını axtaran Nərimanov, insanın insan tərəfindən istismarının əleyhinə idi. İslam dini də öz növbəsində bu zülmü qadağan edərək pisləyir. Sosializm cərəyanını qəbul edib və onu dəstəkləyən şəxs mütləq ki, "dinsiz", "allahsız" qəbul edilir. Lakin doktorun həm bədii, həm də tibbi əsərlərini diqqətlə oxusaq, o, bir yaradıcını və elçisini qəbul edir. Sosialist olmasına baxmayaraq, onun kommunizm məsələlərində bir çox mürəkkəb və qarmaqarışıq fikirlərin həyatına hakim kəsilməsini M.S.Ordubadinin Nərimanov haqqında yazdığı xatirələrində görürük. O, bu səbəblə rejimi dəstəkləyirdi ki, insanlar arasında sinif bərabərsizliyi yaransın, kimsə digərindən maddi əsnada üstün olmasın. İnqilabdan sonrakı dövrlərdə doktorda yeni bir əqidənin formalaşdığını görürük. O, dinin və milli dəyərlərin itirilməməsi üçün Şərqə məxsus kommunizm ilə islamiyyəti barışdırmaq fikrini üstün tuturdu. O deyirdi: "Dünyada bir əqidənin hakim olması milliyyətin orijinallığını itirmək deməkdir. Çünki əqidənin milli adət və milli mədəniyyət üzərində böyük bir təsiri ola bilər".


Günel MAHMUDOVA,

Nəriman Nərimanovun Xatirə muzeyinin kiçik elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

21:26
04 İyun

“SpaceX” birjaya çıxır: Şirkətin dəyəri 1,75 trilyon dollara çata bilər

20:52
04 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlub olub

20:38
04 İyun

Kolumbiyada prezident seçkiləri ikinci tura qaldı

20:19
04 İyun

Yaponiyada güclü qasırğa daşqınlar və torpaq sürüşmələrinə səbəb olub

20:12
04 İyun

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

19:57
04 İyun

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək  

19:41
04 İyun

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB 

19:15
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!